Allahın yoxdan yaratması elmi həqiqətdir

Keçmişdəki bəzi yunan filosoflarının təsirində qalan bir sıra mütəfəkkirlər materializmi son bir neçə əsrdə yenidən gündəmə gətirmişdilər. Materialistlərin ən təməl iddiası maddənin əzəli olduğu iddiası idi. Belə ki, Lavuazye adlı materialist bu düşüncəni “heç nə itmir və heç nə yoxdan yaranmır” kimi ifadə etmişdi. Bu ifadə kifayət qədər çox materialist üçün uzun müddət şüara çevrilmişdi.

Əlbəttə ki, hər hansı dəlilə söykənməyən bu iddianın əqli və vicdani cəhətdən heç bir əsası olmadığı göz qabağındadır. “Allahın yoxdan yaratması elmi həqiqətdir” yazısını okumaya devam et

Reklamlar

Zamansızlıq və Qədər Gerçəyi

ZAMAN NƏDİR?

Zaman, bir anı digər an ilə müqayisə etdiyimizdə meydana gələn anlayışdır. Yəni zaman bizim yaşadığımız hadisələr arasında apardığımız müqayisəyə söykənir. Məsələn, bir insan otağa girir, sonra yerdə olan qələmi görür və əyilib onu götürür. Daha sonra bu qələmi masaya qoyur. Həmin insan, bütün bu hərəkətlər arasında müqayisə edir. Hər biri arasında müəyyən müddət keçdiyini düşünür və beləcə zaman hissini əldə edir.

Yəni, zaman beyində xatirə olaraq saxlanan bəzi məlumatlar, daha doğrusu görüntülər arasında müqayisə aparıldığında var olur. Əgər bir insanın yaddaşı olmasaydı, o insan hal-hazırkı anı yaşayacaq, beyni bu cür şərhlər edə bilməyəcək və dolayısı ilə zaman hissi də meydana gəlməyəcəkdi. “Zamansızlıq və Qədər Gerçəyi” yazısını okumaya devam et