Suzanbağından “Kristal saray”

Londonda 1851-ci ildəki Birinci Dünya Yarmarkası üçün tikilmiş “Kristal saray” şüşə və dəmirin birləşdirilməsi ilə düzəldilmiş texnologiya möcüzəsi idi. Bu saray 35 m hündürlüyündə idi və təqribən 7500 m2-lik sahəsi vardı. Bundan əlavə, 30×120 sm ölçülərində 200.000-dən çox şüşə lövhədən təşkil olunmuşdu. “Suzanbağından “Kristal saray”” yazısını okumaya devam et

Reklamlar

Sadə yarpaqların mürəkkəb quruluşu.

XVII əsrdə yaşamış belçikalı fizik  Yan Baptist van Helmont elmi təcrübələrindən birində söyüd ağacının böyüməsini müşahidə edir və müxtəlif ölçmələr aparır. Ağacı əvvəlcə çəkir, 5 il sonra yenidən çəkir və ağırlığının 75 qr artdığını görür. Bitkinin böyüdüyü qabdakı torpağı çəkdikdə isə 5 il ərzində sadəcə bir neçə qram azaldığını görür. Fizik van Helmont bu təcrübəsində söyüd ağacının böyüməsinin səbəbinin sadəcə dibçəkdəki torpaq olmadığını aşkar edir. Bitki böyümək üçün torpağın çox az hissəsindən istifadə etdiyinə görə, deməli, başqa yerdən qida alır.

XVII əsrdə van Helmontun kəşf etməyə çalışdığı bu hadisə bəzi mərhələləri dövrümüzdə belə tam məlum olmayan fotosintez prosesidir. Yəni bitkilər qidalarını özləri hasil edirlər.

Bitkilər qida hasil edərkən təkcə torpaqdan faydalanmırlar. Torpaqdakı minerallarla yanaşı, sudan və havadakı karbon qazından istifadə edirlər. Bu xammalları götürüb yarpaqlardakı mikroskopik fabriklərdə emal edərək fotosintez edirlər.

Yarpaqlar xüsusilə bitkilərin qida hasil etməsi, tənəffüs etməsi kimi proseslər üçün dizayn olunublar. Bir az sonra təfərrüatı ilə görəcəyimiz bu dizayn, əlbəttə, bizə yarpaqları dizayn edən üstün qüvvət sahibi Allah`ın varlığını sübut edən dəlillərdəndir.

 Yarpaqların xüsusi formasının səbəbi

images

 Həm ümumi quruluş cəhətdən, həm də mikroskopik cəhətdən təhlil edildikdə yarpaqların ən çox enerji hasilatını təmin etmək üçün yaradılmış, çox dəqiq, kompleks sistemlərə malik olduğunu görərik. Yarpaq enerji hasil etmək üçün temperatur və karbon qazını xarici mühitdən almalıdır. Yarpağın quruluşu da bu iki maddəni asanlıqla qəbul edəcək şəkildə tənzimlənmişdir.

Əvvəlcə, yarpaqların xarici quruluşunu təhlil edək.

Yarpaqların xarici səthi genişdir. Bu da fotosintez üçün lazım olan qaz mübadiləsinin (karbon qazının qəbul edilməsi və oksigenin xaric edilməsi) asanlıqla həyata keçirilməsini təmin edir.

Yarpağın yastı forması isə bütün hüceyrələrin xarici mühitə yaxın olmasına səbəb olur. Bu sayədə, qaz mübadiləsi asanlaşır və günəş şüaları fotosintez edən hüceyrələrin hamısına çatır. Bunun əksini təsəvvür edək. Yarpaqlar yastı və zərif quruluşda deyil, hər hansı həndəsi və ya mənasız formada olsaydı, yarpaq fotosintez prosesini sadəcə günəşin birbaşa təmas etdiyi hissələrdə həyata keçirərdi. Bu da bitkilərin kifayət qədər enerji və oksigen hasil etməsinə mane olardı. Nəticədə, canlılar enerjidən məhrum olardılar.

Yarpaqlar bitkilərin həm nüvə enerjisi hasil edən stansiyaları, həm qida hasil edən fabrikləri, həm də mühüm reaksiyaları həyata keçirdikləri laboratoriyalarıdır. Yarpaqlarda həyati əhəmiyyət daşıyan proseslərin necə baş verdiyini anlamaq üçün yarpaqların fizioloji quruluşunu da təhlil etmək lazımdır.

Yarpaqların daxili quruluşu

Yarpağı eninə kəsərək təhlil etsək, dörd təbəqəli quruluşla qarşılaşarıq.

biologiya-yarpan-daxili-quruluu-3-638

Bu təbəqələrdən birincisi xloroplast olmayan epidermis təbəqəsidir. Yarpağı altdan və üstdən örtən epidermis təbəqəsinin xüsusiyyəti yarpağı xarici amillərin təsirindən qorumaqdır. Epidermisin üstü qoruyucu, sukeçirməz mumabənzər maddə ilə örtülüdür. Bu maddə kutikula adlanır. Yarpağın daxili toxumasına baxdıqda isə, əsasən, 2 hüceyrə təbəqəsindən ibarət olduğunu görürük. Daxili toxumanı təşkil edən palisad toxumada xloroplastla zəngin olan hüceyrələr aralarında heç boşluq buraxmadan yan-yana düzülürlər. Bu toxuma fotosintezi həyata keçirən toxumadır. Palisad toxumanın altında yerləşən süngər toxuma isə tənəffüsü təmin edir. Süngər toxumadakı hüceyrələr digər hissələrdəki hüceyrələrə nisbətən daha boş şəkildə bir-birinə birləşiblər. Bundan əlavə, bu toxumanın hüceyrələri arasında hava ilə dolu boşluqlar var.

Göründüyü kimi, bu toxumaların hamısı yarpağın quruluşunda mühüm funksiyalar yerinə yetirir. Bu quruluş yarpaqda işığın daha yaxşı paylanmasını təmin edərək fotosintez prosesinin baş verməsi üçün böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, yarpağın səthinin ölçüsünə görə yarpağın funksionallıq (tənəffüs, fotosintez) qabiliyyəti artır. Məsələn, sıx tropik meşələrdə, əsasən, geniş yarpaqlı bitkilər yetişir. Bunun çox mühüm səbəbləri var. Daima çoxlu miqdarda yağış yağan, sıx ağaclardan ibarət tropik meşələrdə günəş işığının bitkilərin hər tərəfinə bərabər çatması çox çətindir. Bu da işığı qəbul etmək üçün yarpaq səthinin geniş olmasını tələb edir. Günəş işığının çətinliklə daxil olduğu sahələrdə bitkilərin qida hasil etməsi üçün yarpaq səthlərinin geniş olması böyük əhəmiyyət daşıyır. Çünki bu xüsusiyyətləri sayəsində tropik bitkilər müxtəlif yerlərdən ən çox faydalanacaqları şəkildə günəş işığı ala bilirlər.

Əksinə, quru, sərt iqlim qurşaqlarında kiçik yarpaqlı bitkilər yetişir. Çünki bu iqlim şəraitində bitkilər temperatur itirməməlidirlər. Yarpaq səthi geniş olduqda su buxarlanması, dolayısilə, temperatur itkisi artır. Bu səbəbdən, işığı qəbul edən yarpaq səthi bitkinin suya qənaət etməsi üçün xüsusi dizayn edilmişdir. Səhra mühitində yarpaq səthi bir az da kiçilir. Məsələn, kaktuslarda yarpaq əvəzinə tikanlar var. Bu bitkilərdə fotosintez ətli gövdədə həyata keçirilir. Gövdə həm də suyun tədarük edildiyi yerdir.

Buraya qədər verilən bir neçə nümunədən də göründüyü kimi, bitkilərdə qüsursuz sistemlər qurulub və bu sistemlər yaradıldıqları andan etibarən heç bir dəyişiklik olmadan dövrümüzə qədər gəlib çatmışdır. Yarpaq tökülməsi, bitkilərin özlərini günəşə doğru çevirməsi, bitkilərin yaşıl rəngi, gövdələrindəki oduncaq quruluş, kökləri, meyvələrin əmələ gəlməsi kimi bütün xüsusiyyətləri bənzərsizdir. Bitkilərdəkindən daha yaxşı sistemlərin əmələ gətirilməsi, hətta yarpaqlarda baş verən proseslərin (məsələn, fotosintez) müasir texnologiya ilə həyata keçirilməsi qeyri-mümkündür.

Bu isə yarpaqların təsadüfən əmələ gəlmədiyini sübut edir. Yarpaqları ən mükəmməl quruluşda yaradan bütün aləmlərin Rəbbi olan Allah`dır:

“Sadə yarpaqların mürəkkəb quruluşu.” yazısını okumaya devam et

Ağaclar nə qədər uzana bilir?

Şimali Arizona Universitetindən olan tədqiqatçılar dünyanın ən uzun ağacları üzərində apardıqları tədqiqat nəticəsində ağacların böyüməsini idarə edən faktorları aşkara çıxardılar. (1) (2)

Ağacda açıq-aşkar bir dizayn var. Ağacı meydana gətirən hüceyrələr kök, gövdə, qabıq, su daşıyıcılar, budaqlar və yarpaqları meydana gətirəcək şəkildə mütəşəkkil təşkil olunmuşdur. Hüceyrələr ağacın həyatını davam etdirməsi üçün lazımlı funksiyaları yerinə yetirəcək hissələri meydana gətirir və bu hissələr arasında da müntəzəm uzlaşma həyata keçirilir.

Həmçinin bir ağacı kimyəvi məhsul istehsal edən nəhəng bir fabrikə də bənzətmək olar. Burada çox mürəkkəb kimyəvi proseslər qüsursuz plan daxilində həyata keçirilir. Bu prosesləri həyata keçirən orqanların kompüter kimi hesablamalar apardığına dair dəlillər mövcuddur.

Ağacla bağlı həqiqətlərdən ən təəccüblüsü odur ki, bu cür mütəşəkkillik və sistemlərin məlumatı ağac hələ kiçik bir toxum ikən DNT-sinə yüklənmişdir. Toxum DNT-sinə yüklənmiş təlimatları ardıcıl yerinə yetirərək özünün görünüş və ölçüsünə heç bir bənzərliyi olmayan nəhəng bir ağaca çevrilər. Bir toxumun torpağa düşdükdən və bir az nəmləndikdən sonra kök salıb budaqlanaraq bir ağaca çevrilməsi Allahın qüsursuz yaratdığına açıq-aydın bir göstəricidir.

Bu möcüzəvi canlıda böyümənin müəyyən bir mərhələdən sonra dayanması da Allahın yer üzündə yaratdığı tarazlığın bir hissəsidir. Əgər ağacları meydana gətirən hüceyrələr nəzarətsiz şəkildə dayanmadan böyüsəydilər, yer üzündə həyatın məhv olmasına aparan nəticələr ortaya çıxardı.

Ağacların nə qədər ucalacağını müəyyən edən faktorları tədqiq edən elm adamları dünyanın ən uzun ağacları üzərində maraqlı bir tədqiqat həyata keçirdilər. Yüksəkliyi 100 metri keçən ağacların başına çıxan tədqiqatçılar ölçümə işləri apararaq bu faktorlara dair əlamət axtardılar.

Dünyanın ən hündür ağacı hesab olunan 112.7 metrlik nəhəng sərv ağacı (Sequia semperviens) da daxil olmaqla, ən hündür beş ağac üzərində tədqiqatlar aparılmışdır. Belə hündürlükdəki bir ağacın hündürlüyü 30 mərtəbəli binanın hündürlüyünə bərabərdir.

agac “Ağaclar nə qədər uzana bilir?” yazısını okumaya devam et