Niyə dərsliklərdən darvinizm çıxarılmalıdır?

Gecə 4:20-də oyanıb binanın damına çıxmaq və şəkil çəkib göndərmək… Növbəti gün ülgüclə qola mavi balina rəsmi çəkmək… və 50-ci mərhələnin sonunda intihar etmək… Bunlar Rusiya və Qırğızıstanda şagird və gənclər arasında məşhurlaşmış “Mavi balina” oyununun “mərhələləri”dir. Artıq 130-dan çox gəncin bu oyunun təsirinə düşərək intihar etdiyi məlumdur. Oyunun administratoru ona qoşulan gənclərə 50 maddədən ibarət tapşırıqları yerinə yetirdikdən sonra intihara hazır olduqlarını bildirərək onları ölümə təhrik etmişdir. Bu minvalla “ölüm qrupları” təşkil edən administrator həbs edilmişdir. Lakin həbsdən əvvəl verdiyi müsahibə olduqca nəzərəçarpandır. Jurnalistin: ““Ölüm qrupları”nı nə səbəbə təşkil etdiniz?” – sualına Budeykin bildirir ki: “Mən cəmiyyəti təmizləyirdim. O insanlardan, hansılar ki, heç bir fayda vermir. Bir insanlar var, bir də bioloji tullantılar. Bunlar o kəslərdir ki, cəmiyyət üçün heç bir dəyərləri yoxdur və cəmiyyətə ya zərər vurur, ya da zərəri özü ilə gətirir. Mən cəmiyyətimizi bu cür insanlardan təmizləyirdim. Mən layihənin konsepsiyasını, müəyyən mərhələlərini və etaplarını hazırladım. Normal insanları bioloji tullantılardan ayırmaq lazım idi”. (1) “Niyə dərsliklərdən darvinizm çıxarılmalıdır?” yazısını okumaya devam et

Reklamlar

Biogenez: Həyat Həyatdan Gəlir

tovuzqusuHəyatın mənbəyi nədir? Bir quşu və ya bir zürafəni daşdan, sudan, torpaqdan, qısası, cansız maddədən fərqləndirən nədir?

Bu sualın cavabı tarixin qədim dövrlərindən bəri axtarılır. Bu mövzuda ortaya atılan fikirlər  isə iki fərqli qrupda toplanır. Birinci fikir canlılar ilə cansız maddə arasında çox incə bir sərhəd olduğunu, bu sərhədin asanlıqla keçilə bildiyi və cansız maddənin öz-özünə canlana biləcəyini müdafiə edir. Bu görüşə elmi dildə “abiogenez” deyilir. “Biogenez: Həyat Həyatdan Gəlir” yazısını okumaya devam et