Niyə dərsliklərdən darvinizm çıxarılmalıdır?

Gecə 4:20-də oyanıb binanın damına çıxmaq və şəkil çəkib göndərmək… Növbəti gün ülgüclə qola mavi balina rəsmi çəkmək… və 50-ci mərhələnin sonunda intihar etmək… Bunlar Rusiya və Qırğızıstanda şagird və gənclər arasında məşhurlaşmış “Mavi balina” oyununun “mərhələləri”dir. Artıq 130-dan çox gəncin bu oyunun təsirinə düşərək intihar etdiyi məlumdur. Oyunun administratoru ona qoşulan gənclərə 50 maddədən ibarət tapşırıqları yerinə yetirdikdən sonra intihara hazır olduqlarını bildirərək onları ölümə təhrik etmişdir. Bu minvalla “ölüm qrupları” təşkil edən administrator həbs edilmişdir. Lakin həbsdən əvvəl verdiyi müsahibə olduqca nəzərəçarpandır. Jurnalistin: ““Ölüm qrupları”nı nə səbəbə təşkil etdiniz?” – sualına Budeykin bildirir ki: “Mən cəmiyyəti təmizləyirdim. O insanlardan, hansılar ki, heç bir fayda vermir. Bir insanlar var, bir də bioloji tullantılar. Bunlar o kəslərdir ki, cəmiyyət üçün heç bir dəyərləri yoxdur və cəmiyyətə ya zərər vurur, ya da zərəri özü ilə gətirir. Mən cəmiyyətimizi bu cür insanlardan təmizləyirdim. Mən layihənin konsepsiyasını, müəyyən mərhələlərini və etaplarını hazırladım. Normal insanları bioloji tullantılardan ayırmaq lazım idi”. (1) “Niyə dərsliklərdən darvinizm çıxarılmalıdır?” yazısını okumaya devam et

Reklamlar

DƏQİQƏDƏ 36 MİLYON ƏMƏLİYYAT APARAN FERMENTLƏR

Canlıların bədənlərində hər saniyə sayıla bilməyəcək qədər çox əməliyyat həyata keçir. Bu əməliyyatlar o qədər təfsilatlıdır ki,hər mərhələdə hər şeyənəzarət edən, nizamlayan və hadisələri sürətləndirən “super nəzarət edicilərin” müdaxiləsinə ehtiyac vardır. İnsan bədənindəki bu super nəzarət edicilər, fermentlərdir.

Hər canlı hüceyrədə, hər biri öz xüsusi işini görən, məsələn DNT köçürməsinəkömək edən, qida maddələrini parçalayan, qidalardan enerji əldə edən, sadə molekullardan zəncir düzəldilməsini təmin edən və bunlar kimi saysız işlər görən minlərlə ferment var.

Fermentlər hüceyrənin içindəki mitoxondrilərdə istehsal edilir. Böyük hissəsi zülallardan ibarətdir, qalanları isə vitamin və vitaminə oxşar maddələrdir. Əgər bu fermentlər olmasaydı, ən sadəsindən ən mürəkkəbinə qədər heç bir funksiyanız işləməzya da dayanma həddinə qədər yavaşlayardı. Nəticədə hər iki halda da vəziyyət dəyişməzdi və ölüm reallaşardı. Nəfəs ala bilməz, bir şey yeyə bilməz, həzm edə bilməz, görə bilməz, danışa bilməz qısacası yaşaya bilməzdik. “DƏQİQƏDƏ 36 MİLYON ƏMƏLİYYAT APARAN FERMENTLƏR” yazısını okumaya devam et

Qurbağadakı heyranedici maddələr mübadiləsi yeni müalicələrə ilham qaynağı ola biləcək

Qurbagalarin mukemmel xususiyyetleri
Qurbagalarin mukemmel xususiyyetleri

Yaşıl zolaqlı Avstraliya qurbağasının heyranedici maddələr mübadiləsi hərəkətsizlik nəticəsində əzələ və çəki itkisinə uğrayan insanların müalicəsində və damazlıq heyvandarlığın inkişafında yeni üsullara ilham qaynağı olur.

Bu qurbağa quraq yay mövsümündə özünü palçığa basdırır və bədənində hazırladığı selikli formada olan bir barama içində aylarca hərəkətsiz qalır.

CSIRO heyvandarlıq sənayesi araşdırma quruluşundan Dr. Nick Hudson elmi adı Cyclorana alboguttata (zolaqlı yuvaqazan qurbağa)

olan qurbağanın yay yuxusu deyilə biləcək bir müddətdə (aestivation) əzələlərində heç bir dəyişiklik yaşamadığını ifadə edir. Qurbağa yay dövründə özünü palçığa basdırıb aylarla hərəkətsiz qalır.

Dr. Hudson qurbağanın ilham qaynağı olduğu işlərinin məqsədini belə açıqlayır:

“Bu kiçik heyvan palçıqda bir neçə ay boyunca basdırılmış qalır amma gücündən və ya çəkisindən heç bir şey itirmir. Əgər qurbağanın bunu necə edə bildiyini anlaya bilsək, müəyyən genlərə diqqət yetirərək və ya yeni üsullar inkişaf etdirərək ferma heyvanlarında inkişaf əsnasında əzələ kütləsini artıra bilər və ya quraqlığa bağlı olaraq qida çatışmazlığı dövründə əzələ itkisinə məhdudiyyət qoya bilərik.” (1)

“Qurbağadakı heyranedici maddələr mübadiləsi yeni müalicələrə ilham qaynağı ola biləcək” yazısını okumaya devam et

Buqələmunun dili reaktiv təyyarədən daha sürətlidir

bukalemunZoologiya dərs kitabları buqələmunun ballistik (yunanca atmaq deməkdir. Güllə və mərmiləri araşdıran bir elm sahəsidir.) dilinin sürətləndirici bir əzələ ilə gücləndirildiyini qeyd edir. Bu əzələ bürüdüyü-və sərt bir qığırdaqdan meydana gələn-dil sümüyü üzərində gərildikcə uzanar. Ancaq “Proceedings of the Royal Society of London (Series B)” jurnalına qəbul edilən bir çalışmada buqələmunun qidalanma davranışlarını araşdıran iki morfoloq (morfologiya mütəxəssisi), buqələmunun dilinin sürətli hərəkəti ilə əlaqədar daha başqa amillərin olduğunu tapdı. “Buqələmunun dili reaktiv təyyarədən daha sürətlidir” yazısını okumaya devam et

Təkamül nəzəriyyəsinin məktəb terror aktlarında rolu

Son illərdə Avropa və ABŞ məktəblərində baş verən silahlı terror hadisələrində çoxlu sayda şagird qətlə yetirilmişdir. KİV çox vaxt bu qırğınları depressiv və ya sosiopat davranışlı (anti-sosial şəxsiyyət pozuntusu) olan insanların əməli kimi tanıdıb. Ancaq diqqətlə təhlil etdikdə bu qırğınların ardında başqa amil də nəzərə çarpır: həyatın güclü ilə zəifin mübarizəsi olduğunu iddia edən təkamül nəzəriyyəsi.

Amerika Birləşmiş Ştatlarının Kolorado ştatında Kolumbayn liseyinin sonuncu sinif şagirdləri Erik Harris və Dilan Kliboldun 20 aprel 1999-cu ildə birlikdə məktəbdə etdikləri silahlı hücumda 13 nəfəri qətlə yetirmiş və daha sonra intihar etmişdilər. Bir qəzet verdiyi xəbərdə “Kolumbayn Liseyinə hücum edərək 13 yoldaşını qətlə yetirən Erik Harris və Dilan Kliboldun Darvinin təbii seçmə nəzəriyyəsindən təsirləndiyi məlum olub” cümləsi ilə bu terrorun səbəbini açıqlamışdı.

Erik Harris hücum zamanı bu zorakılıq hərəkətinin mənbəyini “Təkamül nəzəriyyəsinin məktəb terror aktlarında rolu” yazısını okumaya devam et

Heyvanların ancaq vəhşi cəhətlərini göstərən kanallar bir növ darvinist təbliğat aparırlar

heyvan-1(1)

 

Xüsusilə son dövrlərdə TV kanallarının sənədli film proqramlarında amansız, vəhşi təbiət görüntüsü nümayiş etdirilir. Demək olar ki, proqramlarda canlıların ovlama görüntülərindən başqa heç bir səhnə göstərilmir. Canlıların möhtəşəm quruluşu, fədakar, ağıllı davranışları haqqında heç bir məlumat verilmir.

İsrarla bu cür görüntülərin sənədli film adı altında göstərilməsi əslində bir növ darvinist təbliğat metodudur. Bu yolla darvinizm və ya təkamül nəzəriyəsinin adı çəkilmədən, darvinist ideologiyanın əsasını təşkil edən vəhşilik, mübarizə və qarşıdurmanın təbiətdə “təbii olaraq” mövcud olduğu təlqin edilir. Bu sənədli filmlərə baxan insanlarda canlılar arasında güclünün zəifi əzdiyi bir sistemin hökm sürdüyü təsəvvürünü formalaşdırmağa çalışırlar. Bu təlqini alan tamaşaçılar tarixin ən böyük kütləvi yalanına, yəni təkamül nəzəriyyəsinə bir növ alışdırılırlar. Güclünün zəifi əzdiyi və beləcə zəif növlərin aradan çıxaraq güclü növlərin həyatda qaldığını iddia edən təkamül nəzəriyyəsinin əsas batil ideologiyasını mənimsəyirlər. Bir sözlə, “sənədli film” adı altında göstərilən BU VƏHŞİ SƏHNƏLƏRLƏ AÇIQ-AŞKAR DARVİNİZM TƏBLİĞATI APARILIR.

Təəccüblüdür ki, bu kanallarda HƏMİN CANLILARIN QEYRİ-ADİ XÜSUSİYYƏTLƏRİNƏ VƏ FƏDAKAR DAVRANIŞLARINA HEÇ YER VERİLMİR. Bir canlının digərini ovlayaraq qida ehtiyacını təmin etməsi doğrudur, canlıların bir qismi bu cür yaradılıblar. Ancaq ovlamaq canlının minlərlə xüsusiyyətindən sadəcə biridir. Heyvanlar o qədər möhtəşəm xüsusiyyətlərə malikdir ki, sözügedən kanallarda bu mövzulara heç yer verilməməsi həqiqətən təəccüblüdür. Fillərin sürü halında bala fili qorumaq üçün qeyri-adi tədbir görməsi, timsahın balalarını dişlərinin arasında dənizə qədər daşıması, dişi və erkək tsixlosom balıqlarının yumurtalarını zərər görməməsi və daha çox oksigen alması üçün növbə ilə yelləməsi, erkək pinqvinlərin qış boyu heç yemək yemədən və hərəkət etmədən yumurtalarını ayaqlarının üstündə saxlaması kimi möcüzəvi xüsusiyyətlərdən əsla bəhs edilmir. Quşların yuva qurma qabiliyyətləri, arıların qüsursuz bucaq altında pətək qurma bacarıqları, qunduzların inşa etdikləri bəndlər, termitlərin metrlərlə hündürlükdə evlər tikməsi, saniyədə 1000 dəfə qanad çırpan həşəratlardakı ehtişamdan heç bəhs edilmir.

Canlılar aləmindəki gözəl xüsusiyyətlərin izah edilməsi nə üçün vacibdir?

Darvinizm təbliğatı üçün əsasən demoqoqluqdan istifadə edir və hiyləgər yollarla gündəmə gətirilir. Elmi dəlillərlə tamamilə təkzib edilmiş nəzəriyyə olduğuna görə elmdən qaçır, gizli demaqoqluq metodları ilə təbliğatını davam etdirməyə çalışır (bax: Darwinist Propaganda Yöntemleri). Bəzi mühafizəkar kanallarda vəhşi sənədli filmlərin göstərilməsi də bu oyunun bir hissəsidir. Sözügedən kanallar bilərək və ya bilməyərək bu tələyə düşüblər. Bu oyunla darvinistlər mühafizəkar təbəqəni də təsir altına salmağa çalışırlar. Təkamül nəzəriyyəsinin saxtakarlıq olduğunu, təsadüfləri ilahlaşdırdığını bilməyən insanlar da bu hiyləgər təbliğatdan mənfi təsirlənirlər.

Məlum olduğu kimi, bəzən mühafizəkar mətbuatda birbaşa təkamül xarakterli xəbərlər dərc edilir, bəzisi səhvini anlayıb dərhal bu xəbərləri götürür, bəziləri hələ də bu ciddi səhvə davam edirlər. Bütün dünyaya hakim olan darvinist diktatorluq burada da təsirini göstərir. Bəzi TV kanallarında gizli aparılan təkamül təbliğatı da ya bu məlumatsızlığın nəticəsidir, ya da darvinist təlqin sistemi burada da təsirini göstərir.

Canlılar aləmi möhtəşəm, heyranedici xüsusiyyətlərlə doludur. Bu xüsusiyyətlərin hər biri insanın Allah`a iman gətirməsinə, Allah`ın ucalığını və böyüklüyünü təqdir etməsinə səbəbdir. Ona görə TV kanalların Allah`ın üstün sənətini göstərən bu incəlikləri tanıtması daha doğru olar. Əks təqdirdə, bütün dünyaya bəla, müharibə, qırğın, kommunist və faşist ideologiyaların qanlı rejimlərini gətirən, hələ də dünyada vəhşiliyin, sevgisizliyin, anarxiyanın səbəbi, PKK terroru da daxil olmaqla bütün terrorçu hərəkatların ideoloji əsası olan və təsadüfləri ilahlaşdıraraq Yaradanın varlığını inkar etmək məqsədini güdən (Allah`ı tənzih edirik) batil bir nəzəriyyəni dəstəkləyərlər.

Sənədli filmlərdə heyvanların ancaq vəhşi cəhətlərini göstərən bütün kanallar təhlükəni görməli, hansı səhvə yol verdiklərini dərk etməli və təcili surətdə bunun üçün tədbir görməlidirlər. İman həqiqətlərini göstərərək insanların imanına səbəb olmaq üçün əllərində çox mühüm imkanları var, bundan Allah`ın rizası üçün mütləq ən gözəl və təsirli şəkildə istifadə etməlidirlər.

Quşların təkamülü yalanı. Arxeopteriksi ara keçid canlısı kimi təqdim edən təkamülçü mənbələr insanları aldadır

Yer üzündə minlərlə növdə quş yaşayır. Bu quşların hər biri fərqli xüsusiyyətlərə malikdir. Şahinin iti baxışları, enli qanadları və sivri caynaqları var. Kalibr quşu uzun dimdiyi ilə bitkilərin kökünü yeyir. Bəziləri hər il minlərlə kilometr yol qət edərək dünyanın bir ucundan digər ucuna köç edirlər. Bütün bu quşları digər heyvanlardan ayıran çox mühüm xüsusiyyət var: uçmaq. Bioloji cəhətdən quş sinfinə daxil edilən heyvanların demək olar ki, hamısı uçmaq qabiliyyətinə malikdir.

Bəs quşlar necə mövcud olmuşdur? “Quşların təkamülü yalanı. Arxeopteriksi ara keçid canlısı kimi təqdim edən təkamülçü mənbələr insanları aldadır” yazısını okumaya devam et

DNT-nin Yaradılışında Təsadüfə Yer Yoxdur.

 

Golden gene in DNA3.1 milyard şifrədən ibarət olan DNT-dəki məlumatlar, A-T-G-C hərflərinin bir-biri ardınca xüsusi bir sıra şəklində düzülməsi ilə meydana gəlir. Ancaq bu düzülüşdə bir hərf səhvi belə edilməməlidir. Ensiklopediyada səhv yazılmış bir söz və ya hərf elə də gözə dəymir, hətta hiss olunmaz. Amma DNT-də hər hansı bir pillədəki, məsələn 1 milyard 719 milyon 348 min 632-ci pillədəki bir hərfin səhv kodlaşdırılması hüceyrə üçün və təbii ki, insan üçün ciddi nəticələrə gətirib çıxara bilər. Məsələn, uşaqlarda görülən leykemiya (qan xərçəngi) xəstəliyi bu tip səhv kodlaşmanın nəticəsidir. “DNT-nin Yaradılışında Təsadüfə Yer Yoxdur.” yazısını okumaya devam et

Darvinizmin Meydana Gəlməsi

 

charles_darwin_biographyÇarlz Darvin 1832-ci ildə İngiltərədən yola düşən və beş il ərzində dünyanın müxtəlif bölgələrinə səyahət edən H.M.S. Biql adlı rəsmi kəşf gəmisində könüllü kimi iştirak etmişdir.  Gənc Darvin bu səyahət ərzində gördüyü müxtəlif canlı növlərindən, xüsusilə də Qalapaqos adalarında gördüyü müxtəlif alacəhrə növlərindən çox təsirlənir. Bu quşların dimdiklərindəki fərqlərin müxtəlif mühitlərə uyğunlaşmalarından irəli gəldiyini düşünür.

Darvin bu səyahətinin ardınca İngiltərədəki heyvan bazarlarını gəzməyə başladı. Maldarlıqla məşğul olanların müxtəlif inək cinslərini cütləşdirərək yeni cinslər əldə etdiklərinə şahid oldu. Qalapaqos adalarında gördüyü fərqli alacəhrə növlərini də bu müşahidələrinə əlavə etməklə beynində bir nəzəriyyə formalaşdırmağa başladı. Nəticədə bu fikirlərini 1859-cu ildə nəşr edilən “Növlərin mənşəyi” adlı kitabında açıqladı. Bu kitabda bütün canlı növlərinin ortaq bir əcdaddan əmələ gəldiyini, ancaq zamanla kiçik dəyişikliklərlə bir-birlərindən təkamüllə törədiyini iddia edirdi. “Darvinizmin Meydana Gəlməsi” yazısını okumaya devam et

Təkamül nağılları: pulcuqlar tüklərə çevrilir

 

pulcuqTəkamülçü bir mənbədə sürünənlərin məməlilərə çevrilməsi haqqında belə bir hekayə nəql edir:

Soyuq ərazilərdə yaşayan bəzi sürünənlər bədənlərini isidən bir üsul əmələ gətirdilər… Pulcuqları getdikcə daha da sivriləşərək tüklərə çevrildi. Bu məqamda həyata keçən digər bir uyğunlaşma isə tərləmənin əmələ gəlməsi oldu; bu, canlıya lazım gəldikdə suyun buxarlanması nəticəsində bədənini soyutma imkanı verirdi. Bu zaman gözlənilmədən bəzi balalar qidalanmaq üçün analarının bədənindəki təri yalamağa başladılar. Bəzi tər vəziləri bu səbəbdən getdikcə daha çox tər ifraz etməyə başladı və bu ifrazat nəticədə südə çevrildi. Beləliklə, bu ilk məməlilərin balaları həyata daha yaxşı başladılar. (Эеорэе Эамоw, Мартйнас Йъас, Мр. Томпкинс Ынсиде Щимселф, Аллен & Унwин, Лондон, 1966, с. 149) “Təkamül nağılları: pulcuqlar tüklərə çevrilir” yazısını okumaya devam et