Təcridlər (izolyasiyalar) və növləşmə barədəki təkamülçü iddialara cavab

tecridler-izolyasiyalar-ve-novlesme-baredeki-tekamulcu-iddialara-cavab-0PGATəkamül nəzəriyyəsinə əsasən, canlılar təsadüflərlə əmələ gəlmiş və yenə təsadüflərlə inkişaf etmişdir. Bundan təqribən 3.8 milyard il əvvəl dünyada heç bir canlı yox ikən əvvəlcə canlı hüceyrələr, sonra çoxhüceyrəli kompleks canlılar əmələ gəlmiş və getdikcə daha mürəkkəb növlər ortaya çıxmışdır. Başqa sözlə, darvinizmə əsasən təbiətdəki bəzi amillər sadə cansız elementlərdən çox kompleks və qüsursuz dizayna malik canlılar meydana gətirmişdir. “Təcridlər (izolyasiyalar) və növləşmə barədəki təkamülçü iddialara cavab” yazısını okumaya devam et

Reklamlar

Sinir hüceyrələri nə üçün enerjiyə qənaət edirlər?

beyin-1
Sinir sisteminiz və görmə sinirləriniz vasitəsilə, əslində, qeyri-adi sürətlə görə biləcəyinizi bilirdinizmi? Bəs bu sürətə mane olan nədir? Sinir hüceyrələri nə məqsədlə bu sürəti azaldırlar?

“Sinir hüceyrələri nə üçün enerjiyə qənaət edirlər?” yazısını okumaya devam et

Təkamül Yalanı

tekamulTəkamül nəzəriyyəsi canlıların varlığını və mənşəyini təsadüflərlə izah edə bilmək məqsədi ilə müxtəlif doğru olmayan ehtimallar, fərziyyələr və xəyal məhsulu olan ssenarilər hazırlayan fəlsəfə və dünya görüşüdür. Bu fəlsəfənin mənbəyi qədim dövrlərə, antik Yunanıstana qədər gedib çıxır.

Yaradılışı inkar edən bütün ateist fəlsəfələr dolayı və ya birbaşa şəkildə təkamül düşüncəsini qəbul edir və müdafiə edir. Eyni vəziyyət bu gün də bütün din əleyhində olan ideologiyalara və sistemlərə aiddir.

Təkamül nəzəriyyəsi düşüncəsi son yarım əsrdir hamıya qəbul etdirilmək üçün elmi görkəm almışdır. XIX əsrin ortalarında guya elmi nəzəriyyə olaraq irəli sürülmüş, ancaq, müdafiəçilərinin bütün cəhdlərinə baxmayaraq, bugünə qədər heç bir elmi kəşf və ya təcrübə tərəfindən sübut olunmamışdır. Nəticədə nəzəriyyənin özünə böyük ümid bağladıqları “elm” hər keçən gün nəzəriyyəni süqutuna daha da yaxınlaşdırmışdır. “Təkamül Yalanı” yazısını okumaya devam et

Nebraska Adamı Saxtakarlığı

nebraska-adami-sahte1922-ci ildə Amerika Təbiət Tarixi Muzeyinin müdiri Henry Fairfeild Osborn Qərbi Nebraskadakı İlan dərəsi yaxınlığında Plieocen dövrünə aid bir azı dişi skeleti tapdığını açıqladı.

İddiaya görə bu diş insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Çox dərin elmi mübahisələr başlamışdı. Bəziləri bu dişi Pithecanthropus erectus olaraq şərh edir, bəziləri isə bunun insana daha yaxın olduğunu söyləyirdilər. Böyük mübahisələr yaradan bu skeletə “Nebraska adamı” adı verildi. “Elmi” – latınca adı da qoyuldu: “Hesperopithecus Haroldcooki”.

Bir çox məhşur alim Osbornu dəstəklədi. Bu tək dişə əsaslanaraq Nebraska adamının kəllə sümüyü və vücudunun rekonstruksiyası şəkilləri çəkildi. Hətta daha da irəli gedərək ailəvi şəkilləri nəşr edildi.

Ancaq 1927-ci ildə skeletin digər hissələri də tapıldı. Tapılan yeni hissələrə görə bu diş nə meymuna, nə də insana aid idi. Dişin Prosthennops isimli yabanı Amerika donuzunun nəsli kəsilmiş bir cinsinə aid olduğu aydın oldu.