Keçid forma kimi tanıdılan əsl quşlar və nəsli kəsilmiş dinozavrlar

archaeopteryx.jpgKeçid forma olaraq iddia olunan əsl QUŞLAR:

  1. ARXEOPTERİKS (Archæopteryx)

Təkamülçülərin teropod dinozavrlarından quşlara keçid forma hesab etdikləri 150 milyon il yaşı olan bu məşhur fosilin, əslində, bütün xüsusiyyətlərilə tam bir quş olduğu məlum olmuşdur1. Təkamülçülər öncələr bu fosilin döş tili olmadığını, buna görə də, uça bilmədiyini önə sürmüş, lakin 1992-ci ildə tapılmış 7-ci (Münix) arxeopteriks nümunəsində döş tilinin olduğu məlum olmuşdur2. Bundan əlavə, arxeopteriks müasir quşlarınkından fərqsiz olan asimmetrik lələk quruluşuna malik idi3. Təkamülçülərin irəli sürdüyü digər iddialar arxeopteriksin ön ətraflarında caynaqlara və dişlərə sahib olmasıdır. Lakin bu iddialara da elm adamları tərəfindən təfsilatlı cavablar verilmişdir. Caynaqların bu gün yaşayan dəvəquşu, mahmızquşu, hoazin kimi quşlarda da mövcud olduğu4, arxeopteriksin diş strukturunun isə teropod dinozavrlarınkından olduqca fərqli olduğu üzə çıxmışdır. “Keçid forma kimi tanıdılan əsl quşlar və nəsli kəsilmiş dinozavrlar” yazısını okumaya devam et

Reklamlar

Piltdown Adamı Saxtakarlığı

piltdaunHəvəskar paleontoloq olan Charles Dawson 1912-ci ildə İngiltərədə Piltdown yaxınlığındakı çuxurda bir çənə və bir kəllə sümüyü tapdığı iddiası ilə ortaya çıxdı. Çənə sümüyü meymun çənəsinə oxşamasına baxmayaraq, dişlər və kəllə sümüyü insanlarınkına oxşayırdı. Bu nümunəyə “Piltdown Adamı” adı verilib, 500 min illik yaş təyin edilərək müxtəlif muzeylərdə insan təkamülünə dəqiq dəlil olaraq nümayiş etdirildi. 40 ildən çox bu barədə elmi məqalələr yazıldı, izahlar verildi və rəsimlər çəkildi, insanın təkamülünə əhəmiyyətli dəlil olaraq təqdim olundu. Ancaq 1949-cu ildə skeleti bir daha araşdıran mütəxəssislər bunun saxta olduğunu, insanın kəllə sümüyünə bir oranqutan çənəsi birləşdirməklə düzəldildiyini aşkar etdilər. “Piltdown Adamı Saxtakarlığı” yazısını okumaya devam et