Niyə dərsliklərdən darvinizm çıxarılmalıdır?

Gecə 4:20-də oyanıb binanın damına çıxmaq və şəkil çəkib göndərmək… Növbəti gün ülgüclə qola mavi balina rəsmi çəkmək… və 50-ci mərhələnin sonunda intihar etmək… Bunlar Rusiya və Qırğızıstanda şagird və gənclər arasında məşhurlaşmış “Mavi balina” oyununun “mərhələləri”dir. Artıq 130-dan çox gəncin bu oyunun təsirinə düşərək intihar etdiyi məlumdur. Oyunun administratoru ona qoşulan gənclərə 50 maddədən ibarət tapşırıqları yerinə yetirdikdən sonra intihara hazır olduqlarını bildirərək onları ölümə təhrik etmişdir. Bu minvalla “ölüm qrupları” təşkil edən administrator həbs edilmişdir. Lakin həbsdən əvvəl verdiyi müsahibə olduqca nəzərəçarpandır. Jurnalistin: ““Ölüm qrupları”nı nə səbəbə təşkil etdiniz?” – sualına Budeykin bildirir ki: “Mən cəmiyyəti təmizləyirdim. O insanlardan, hansılar ki, heç bir fayda vermir. Bir insanlar var, bir də bioloji tullantılar. Bunlar o kəslərdir ki, cəmiyyət üçün heç bir dəyərləri yoxdur və cəmiyyətə ya zərər vurur, ya da zərəri özü ilə gətirir. Mən cəmiyyətimizi bu cür insanlardan təmizləyirdim. Mən layihənin konsepsiyasını, müəyyən mərhələlərini və etaplarını hazırladım. Normal insanları bioloji tullantılardan ayırmaq lazım idi”. (1) “Niyə dərsliklərdən darvinizm çıxarılmalıdır?” yazısını okumaya devam et

Reklamlar

Təkamül nəzəriyyəsinin məktəb terror aktlarında rolu

Son illərdə Avropa və ABŞ məktəblərində baş verən silahlı terror hadisələrində çoxlu sayda şagird qətlə yetirilmişdir. KİV çox vaxt bu qırğınları depressiv və ya sosiopat davranışlı (anti-sosial şəxsiyyət pozuntusu) olan insanların əməli kimi tanıdıb. Ancaq diqqətlə təhlil etdikdə bu qırğınların ardında başqa amil də nəzərə çarpır: həyatın güclü ilə zəifin mübarizəsi olduğunu iddia edən təkamül nəzəriyyəsi.

Amerika Birləşmiş Ştatlarının Kolorado ştatında Kolumbayn liseyinin sonuncu sinif şagirdləri Erik Harris və Dilan Kliboldun 20 aprel 1999-cu ildə birlikdə məktəbdə etdikləri silahlı hücumda 13 nəfəri qətlə yetirmiş və daha sonra intihar etmişdilər. Bir qəzet verdiyi xəbərdə “Kolumbayn Liseyinə hücum edərək 13 yoldaşını qətlə yetirən Erik Harris və Dilan Kliboldun Darvinin təbii seçmə nəzəriyyəsindən təsirləndiyi məlum olub” cümləsi ilə bu terrorun səbəbini açıqlamışdı.

Erik Harris hücum zamanı bu zorakılıq hərəkətinin mənbəyini “Təkamül nəzəriyyəsinin məktəb terror aktlarında rolu” yazısını okumaya devam et

Heyvanların ancaq vəhşi cəhətlərini göstərən kanallar bir növ darvinist təbliğat aparırlar

heyvan-1(1)

 

Xüsusilə son dövrlərdə TV kanallarının sənədli film proqramlarında amansız, vəhşi təbiət görüntüsü nümayiş etdirilir. Demək olar ki, proqramlarda canlıların ovlama görüntülərindən başqa heç bir səhnə göstərilmir. Canlıların möhtəşəm quruluşu, fədakar, ağıllı davranışları haqqında heç bir məlumat verilmir.

İsrarla bu cür görüntülərin sənədli film adı altında göstərilməsi əslində bir növ darvinist təbliğat metodudur. Bu yolla darvinizm və ya təkamül nəzəriyəsinin adı çəkilmədən, darvinist ideologiyanın əsasını təşkil edən vəhşilik, mübarizə və qarşıdurmanın təbiətdə “təbii olaraq” mövcud olduğu təlqin edilir. Bu sənədli filmlərə baxan insanlarda canlılar arasında güclünün zəifi əzdiyi bir sistemin hökm sürdüyü təsəvvürünü formalaşdırmağa çalışırlar. Bu təlqini alan tamaşaçılar tarixin ən böyük kütləvi yalanına, yəni təkamül nəzəriyyəsinə bir növ alışdırılırlar. Güclünün zəifi əzdiyi və beləcə zəif növlərin aradan çıxaraq güclü növlərin həyatda qaldığını iddia edən təkamül nəzəriyyəsinin əsas batil ideologiyasını mənimsəyirlər. Bir sözlə, “sənədli film” adı altında göstərilən BU VƏHŞİ SƏHNƏLƏRLƏ AÇIQ-AŞKAR DARVİNİZM TƏBLİĞATI APARILIR.

Təəccüblüdür ki, bu kanallarda HƏMİN CANLILARIN QEYRİ-ADİ XÜSUSİYYƏTLƏRİNƏ VƏ FƏDAKAR DAVRANIŞLARINA HEÇ YER VERİLMİR. Bir canlının digərini ovlayaraq qida ehtiyacını təmin etməsi doğrudur, canlıların bir qismi bu cür yaradılıblar. Ancaq ovlamaq canlının minlərlə xüsusiyyətindən sadəcə biridir. Heyvanlar o qədər möhtəşəm xüsusiyyətlərə malikdir ki, sözügedən kanallarda bu mövzulara heç yer verilməməsi həqiqətən təəccüblüdür. Fillərin sürü halında bala fili qorumaq üçün qeyri-adi tədbir görməsi, timsahın balalarını dişlərinin arasında dənizə qədər daşıması, dişi və erkək tsixlosom balıqlarının yumurtalarını zərər görməməsi və daha çox oksigen alması üçün növbə ilə yelləməsi, erkək pinqvinlərin qış boyu heç yemək yemədən və hərəkət etmədən yumurtalarını ayaqlarının üstündə saxlaması kimi möcüzəvi xüsusiyyətlərdən əsla bəhs edilmir. Quşların yuva qurma qabiliyyətləri, arıların qüsursuz bucaq altında pətək qurma bacarıqları, qunduzların inşa etdikləri bəndlər, termitlərin metrlərlə hündürlükdə evlər tikməsi, saniyədə 1000 dəfə qanad çırpan həşəratlardakı ehtişamdan heç bəhs edilmir.

Canlılar aləmindəki gözəl xüsusiyyətlərin izah edilməsi nə üçün vacibdir?

Darvinizm təbliğatı üçün əsasən demoqoqluqdan istifadə edir və hiyləgər yollarla gündəmə gətirilir. Elmi dəlillərlə tamamilə təkzib edilmiş nəzəriyyə olduğuna görə elmdən qaçır, gizli demaqoqluq metodları ilə təbliğatını davam etdirməyə çalışır (bax: Darwinist Propaganda Yöntemleri). Bəzi mühafizəkar kanallarda vəhşi sənədli filmlərin göstərilməsi də bu oyunun bir hissəsidir. Sözügedən kanallar bilərək və ya bilməyərək bu tələyə düşüblər. Bu oyunla darvinistlər mühafizəkar təbəqəni də təsir altına salmağa çalışırlar. Təkamül nəzəriyyəsinin saxtakarlıq olduğunu, təsadüfləri ilahlaşdırdığını bilməyən insanlar da bu hiyləgər təbliğatdan mənfi təsirlənirlər.

Məlum olduğu kimi, bəzən mühafizəkar mətbuatda birbaşa təkamül xarakterli xəbərlər dərc edilir, bəzisi səhvini anlayıb dərhal bu xəbərləri götürür, bəziləri hələ də bu ciddi səhvə davam edirlər. Bütün dünyaya hakim olan darvinist diktatorluq burada da təsirini göstərir. Bəzi TV kanallarında gizli aparılan təkamül təbliğatı da ya bu məlumatsızlığın nəticəsidir, ya da darvinist təlqin sistemi burada da təsirini göstərir.

Canlılar aləmi möhtəşəm, heyranedici xüsusiyyətlərlə doludur. Bu xüsusiyyətlərin hər biri insanın Allah`a iman gətirməsinə, Allah`ın ucalığını və böyüklüyünü təqdir etməsinə səbəbdir. Ona görə TV kanalların Allah`ın üstün sənətini göstərən bu incəlikləri tanıtması daha doğru olar. Əks təqdirdə, bütün dünyaya bəla, müharibə, qırğın, kommunist və faşist ideologiyaların qanlı rejimlərini gətirən, hələ də dünyada vəhşiliyin, sevgisizliyin, anarxiyanın səbəbi, PKK terroru da daxil olmaqla bütün terrorçu hərəkatların ideoloji əsası olan və təsadüfləri ilahlaşdıraraq Yaradanın varlığını inkar etmək məqsədini güdən (Allah`ı tənzih edirik) batil bir nəzəriyyəni dəstəkləyərlər.

Sənədli filmlərdə heyvanların ancaq vəhşi cəhətlərini göstərən bütün kanallar təhlükəni görməli, hansı səhvə yol verdiklərini dərk etməli və təcili surətdə bunun üçün tədbir görməlidirlər. İman həqiqətlərini göstərərək insanların imanına səbəb olmaq üçün əllərində çox mühüm imkanları var, bundan Allah`ın rizası üçün mütləq ən gözəl və təsirli şəkildə istifadə etməlidirlər.