Suzanbağından “Kristal saray”

Londonda 1851-ci ildəki Birinci Dünya Yarmarkası üçün tikilmiş “Kristal saray” şüşə və dəmirin birləşdirilməsi ilə düzəldilmiş texnologiya möcüzəsi idi. Bu saray 35 m hündürlüyündə idi və təqribən 7500 m2-lik sahəsi vardı. Bundan əlavə, 30×120 sm ölçülərində 200.000-dən çox şüşə lövhədən təşkil olunmuşdu. “Suzanbağından “Kristal saray”” yazısını okumaya devam et

Reklamlar

Bayquşlar başlarını 270 dərəcə necə çevirirlər?

Bayquşlar, demək olar ki, başlarını tam dairə şəklində çevirə bilirlər. Əgər biz bunu etməyə cəhd etsək, beynimizə gedən qan axını dayanar və huşumuzu itirərik. Amma ABŞ-da iki alim bayquşların kəllə sümüyündə və boynunda fərqli sümük və damar sisteminin olduğunu müəyyən edib. Bu xüsusiyyət sayəsində bayquşun damarları zədələnmir və bayquş başını 270 dərəcə çevirdikdə belə başına gedən qan axını dayanmır.

ABŞ-dakı Con Xopkins Universitetində Tibb fakultəsindən dr.Filip Qeyllud bayquşların bunu müxtəlif səbəblərə görə bacardığını bildirir.

Bayquşlar gecə ov ovlamaq üçün başlarını 270 dərəcə çevirməlidirlər. Çünki gözləri kəllədəki göz çuxurlarında sabit vəziyyətdə dayanır. Buna görə də görmə bucağını dəyişdirmək üçün başlarını hərəkət etdirməlidirlər.

Bayquşların boynu insanın boynundan daha elastikdir. Onlarda 14, bizdə isə 7 boyun fəqərəsi var. Bundan başqa, bayquşda oksigenli qanın beyinə daşınma forması çox maraqlı yaradılış möcüzəsidir.

Dr. Qeyllud və elmi dizayner Fabian de Kok-Merkado 12 ölü bayquş üzərində dəqiq anatomik tədqiqatlar aparıb. Tədqiqat nəticəsində məlum olub ki, bayquşlarda böyük arteriya damarı insandakı kimi boyunun yan tərəfində deyil, onurğa sütununun qarşısında, dönmə mərkəzinə yaxın yerdən keçir. Beləliklə, bu damarlar daha az çevrilmə və gərilməyə məruz qalır və zərər çəkmə ehtimalı azalır.

Bu, təkcə bayquşa deyil, digər quşlara da xasdır. Lakin bayquşu digər quşlarından fərqləndirən cəhət boyun fəqərələri arasında əsas arteriya üçün daha geniş boşluq olmasıdır.

Dr. Qeyllud insanda boyun fəqərələri arasındakı boşluğun yalnızca damarın keçə biləcəyi genişlikdə olduğunu, lakin bayquşda bu kanalın damardan 10 dəfə geniş və hava torbacığı ilə örtülü olduğunu deyir.

Bayquşlarda əsas arteriyaya əlavə birləşən və qan üçün alternativ daşıma yolu olan çoxlu sayda kiçik damarlar da var. Beləliklə, başını çevirərkən əsas arteriyadan qan keçməsində mane yaranarsa, əlavə damarlar işə düşür.

Bayquşların boyun arteriyasının kəllənin alt hissəsinə yaxın yerdə böyük bölmələri olduğu və bunların qan rezervuarı funksiyası daşıdığı da müəyyən edilib.

Elmi işini bayquşlar haqqında yazan Kok-Merkado: “Bayquşlarla bağlı hər şeyi bildiyimizi düşünürdük, ancaq texnologiya sayəsində yeni xüsusiyyətlərini kəşf edirik”, – deyib.

Bu elmi tədqiqat “Science” jurnalı ilə ABŞ Milli Elm Fondunun birlikdə təşkil etdiyi “2012-ci il Beynəlxalq Elm və Mühəndislik Əsərləri” sərgisində mükafata layiq görülüb.

www.bbc.co.ukbaykuslarin_kafasi_nasil_270_derece_donebiliyor_heqiqetibilmek

Orqanlarımızın bərpası və yenilənməsi

Bədənimizdə hiss etmədiyimiz, çox vaxt varlığından belə xəbərdar olmadığımız proseslər qüsursuz nizam içərsində baş verir. Həyatımız üçün əvəzsiz olan orqanların fəaliyyətini öz iradəmizlə başlatmır və davam etdirmirik. Orqanlarımız Rəbbimizin möcüzə olaraq yaratdığı mükəmməl sistemlərdən biridir. Bu orqanların hər biri insan hələ ana bətnində kiçik bir hüceyrə qrupu ikən fəaliyyətə başlayır və ölümünə qədər vəzifəsini qüsursuz şəkildə yerinə yetirir.

orqanlarin yenilenmesi

Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, ürək, beyin, qaraciyər kimi həyati əhəmiyyətə sahib olan orqanlarımızda hər hansı bir çatışmazlıq olduğu zaman bəzi zülallar və ya hüceyrələr fəaliyyətə keçərək onları bərpa edir. Əlbəttə ki, tibbi biliyi olmayan zülalların zərəri təsbit edən və buna qarşı tədbir görərək həyat xilas edə bilən şüuru yoxdur. Lakin bu vəzifəni yerinə yetirmək üçün dünyadakı bütün insanlarda mövcuddurlar. Bu mükəmməl xüsusiyyətlərə malik olan zülallar nə insan ağlının, nə də xəyali təkamül prosesinin əsəridir. Bu, hər şeyi nizamlı və qüsursuz şəkildə yaradan Allah’ın yaratmasıdır. “Orqanlarımızın bərpası və yenilənməsi” yazısını okumaya devam et

İnsan bədəni robot olsaydı…

Həyatımız boyu bədənimizlə görür, eşidir, nəfəs alır, yeriyir və qaçırıq. Bədənimiz sümükləri, əzələləri, damarları, daxili orqanları ilə birlikdə mükəmməl nizama malikdir. Bu nizamın təfərrüatını təhlil etdikdə isə daha heyranedici həqiqətlə qarşılaşırıq: insan bədəni yer üzündəki ən kompleks sistemlərdən təşkil olunmuş canlı “robot”dır. Bu robotun içində ən üstün texnologiyalardan da üstün texnologiyaya malik cihazlar, Allah`ın izni ilə hərəkət edən, öz sahəsində ixtisaslaşmış fərdlər, tam təchizatlı əsgərlər və başqa sistemlər mövcuddur. Bədənin içindəki sistemlərin bu nizamını və bütün üstün sistemləri yaradan göylərin, yerin və bunların arasındakıların hakimi olan uca Allah`dır.
Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya saldı. (İnfitar surəsi, 6-7)
 eset-robot-1600x2560
Beyin/kompyuter

“İnsan bədəni robot olsaydı…” yazısını okumaya devam et

PİNQVİNLƏRİN XÜSUSİ YARADILIŞI

pinkilerQuş növü olan pinqvinlər, qütblərdə buz üstündəböyük qruplar şəklində yaşayırlar. Digər quşlar kimi havada uça bilmirlər, amma dərin suların ən usta üzücüləridirlər. Suyun altında bu cür çevik və sürətli ola bilmələrini bənzərsiz bədən xüsusiyyətlərinə borcludurlar. Bədənlərini
örtən kürkləri, dərilərindən çıxarılan xüsusi bir yağ sayəsində su keçirmir. Sürüşkən bir dalğıc paltarına sahib pinqvinlər, beləlikləsualtında saatda 25 km-ə çatan bir sürətlə üzə bilərlər. “PİNQVİNLƏRİN XÜSUSİ YARADILIŞI” yazısını okumaya devam et

İnsan bədəni mütənasib şəkildə necə böyüyür?

altinoranMinlərlə kimyəvi və fiziki hadisə bədəninizin dərinliklərində insanın məlumatı və iradəsi xaricində reallaşır. Məsələn, insan boyunun uzunluğu, orqanlarının böyüklüyü ilə bağlı qərar verə bilməz. Bunları hipofiz vəzi tərəfindən ifraz olunan böyümə hormonu yerinə yetirir. Böyümə prosesi iki fərqli şəkildə reallaşır. Bəzi hüceyrələr həcmlərini artırırlar “İnsan bədəni mütənasib şəkildə necə böyüyür?” yazısını okumaya devam et