Niyə dərsliklərdən darvinizm çıxarılmalıdır?

Gecə 4:20-də oyanıb binanın damına çıxmaq və şəkil çəkib göndərmək… Növbəti gün ülgüclə qola mavi balina rəsmi çəkmək… və 50-ci mərhələnin sonunda intihar etmək… Bunlar Rusiya və Qırğızıstanda şagird və gənclər arasında məşhurlaşmış “Mavi balina” oyununun “mərhələləri”dir. Artıq 130-dan çox gəncin bu oyunun təsirinə düşərək intihar etdiyi məlumdur. Oyunun administratoru ona qoşulan gənclərə 50 maddədən ibarət tapşırıqları yerinə yetirdikdən sonra intihara hazır olduqlarını bildirərək onları ölümə təhrik etmişdir. Bu minvalla “ölüm qrupları” təşkil edən administrator həbs edilmişdir. Lakin həbsdən əvvəl verdiyi müsahibə olduqca nəzərəçarpandır. Jurnalistin: ““Ölüm qrupları”nı nə səbəbə təşkil etdiniz?” – sualına Budeykin bildirir ki: “Mən cəmiyyəti təmizləyirdim. O insanlardan, hansılar ki, heç bir fayda vermir. Bir insanlar var, bir də bioloji tullantılar. Bunlar o kəslərdir ki, cəmiyyət üçün heç bir dəyərləri yoxdur və cəmiyyətə ya zərər vurur, ya da zərəri özü ilə gətirir. Mən cəmiyyətimizi bu cür insanlardan təmizləyirdim. Mən layihənin konsepsiyasını, müəyyən mərhələlərini və etaplarını hazırladım. Normal insanları bioloji tullantılardan ayırmaq lazım idi”. (1) “Niyə dərsliklərdən darvinizm çıxarılmalıdır?” yazısını okumaya devam et

Reklamlar

MAĞARALARDA İNKİŞAF ETMİŞ İNCƏSƏNƏT

Incesenet

Təkamülçülər guya meymunabənzər insanların Avropada bundan təqribən 30-40 min il əvvəl, Afrikada bir az daha qədim dövrdə ani keçid dövrü yaşadıqlarını, beləliklə də, birdən-birə müasir insanlar kimi düşünmək və istehsal etmək qabiliyyəti qazandıqlarını irəli sürürlər. Çünki həmin dövrə aid arxeoloji tapıntılar təkamül nəzəriyyəsi ilə açıqlanması mümkün olmayan dəlillərdir. Darvinist bir iddiaya görə, təxminən 200 min il ərzində dəyişməmiş qalan daş alət texnologiyasının yerini birdən birə daha inkişaf etmiş və sürətlə inkişaf edən əl sənəti texnologiyası tutmuşdur. Guya bir müddət əvvəl ağacdan yerə düşən və müasirləşməyə başlayan xəyali ibtidai insan birdən-birə mahir qabiliyyətlər əldə etmiş, mağara divarlarını oyaraq və ya rəngləyərək heyranedici rəsmlər çəkməyə başlamış, boyunbağı, gərdənlik kimi olduqca estetik bəzək əşyaları düzəltmişlər. Bəs nə oldu ki, belə bir inkişaf yarandı? “Yarı meymun ibtidai varlıqlar” hansı səbəbdən və necə birdən birə incəsənətə meyil göstərdi? “MAĞARALARDA İNKİŞAF ETMİŞ İNCƏSƏNƏT” yazısını okumaya devam et

“Növlərin Təkamülü” İddiasının Elmə Verdiyi Zərərlər

manzara_170Yer üzündə milyonlarla canlı növu var və bu canlı növləri bir-birlərindən bir çox cəhətlərinə görə fərqlənirlər. Atlar, quşlar, ilanlar, kəpənəklər, balıqlar, pişiklər, yarasalar, soxulcanlar, qarışqalar, fillər, ağcaqanadlar, arılar, delfinlər, dəniz ulduzları, meduzalar, dəvələr… Bu canlıların hər birinin fiziki xüsusiyyətləri, yaşadıqları mühit, ov üsulları, müdafiə taktikaları, qidalanma vərdişləri, çoxalmaları, qısaca olaraq, malik olduqları hər cür xüsusiyyətləri arasında böyük fərqlər var.

Bəs bu canlılar necə meydana çıxıblar? ““Növlərin Təkamülü” İddiasının Elmə Verdiyi Zərərlər” yazısını okumaya devam et

Təkamülü Sübut Edə Bilən Fosil Yoxdur

fosil2Təkamül nəzəriyyəsinin elmə qazandırdığı vaxt itkisinin digər səbəbi paleontologiyanın (daşlaşmış qalıqları araşdıran elm) bu nəzəriyyəni sübut etmək üçün çıxılmaz bir vəziyyətə düşməsidir. Əlbəttə, dünya üzərindəki həyatın tarixini öyrənmək üçün paleontoloji araşdırmalara ehtiyac var. Ancaq təkamül nəzəriyyəsinin səhv baxışları daşlaşmış qalıqların araşdırmalarına mənfi təsir edir və elm adamlarını yanlış istiqamətə yönəldir. Xüsusilə “insanın əcdadı”  mövzusunu araşdıran paleontoloqların bəziləri tamamilə çıxılmaz vəziyyətə düşmüşlər. Xəyali yarı meymun-yarı insan canlıları tapmaq üçün apardıqları bütün araşdırmalar nəticəsiz qalmışlar. “Təkamülü Sübut Edə Bilən Fosil Yoxdur” yazısını okumaya devam et

Təkamül Nəzəriyyəsinin Süqutu və İdeoloji Səbəbləri

04-05a-animalcell-lTəkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi qanun, sübut edilmiş həqiqət deyil, elmilik pərdəsi altında cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları hiylə, saxtakarlıq, təhrif, yalanlardan ibarət təlqin və təbliğat üsullarıdır.

XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi “Təkamül Nəzəriyyəsinin Süqutu və İdeoloji Səbəbləri” yazısını okumaya devam et