Hüceyrə qılafının bəzi xüsusiyyətləri

huceyre-qilafinin-bezi-xususiyyetleri-1QhHMüasir dövrdə hüceyrə qılafının molekulyar quruluşu hüceyrə biologiyası və biokimya sahələri üzrə ən mühüm tədqiqat obyektlərindən biridir. Bunun səbəbi hüceyrə qılafının mühüm bioloji xüsusiyyətlərə, kompleks quruluşa sahib orqanoid olmasıdır. Hüceyrə qılafı hüceyrənin qorunması və qidalanması üçün olduqca mühüm xüsusiyyətlərlə təchiz olunmuşdur və həyata keçirdiyi bütün proseslərlə yüksək ağıl nümayiş etdirir. “Hüceyrə qılafının bəzi xüsusiyyətləri” yazısını okumaya devam et

Reklamlar

Orqanizmimizin ağıllı silahları: antitellər

servier-ve-macrogenis-den-kanser-antikor-arastirma-ortakligi-isbirligi-dartİnsan orqanizminin ən mühüm, təəccüblü sistemlərindən olan immun sisteminin çox həyati funksiyası var. İnsan fərqinə varsa da, varmasa da, bu sistemin bütün vahidləri eynilə bir ordu kimi orqanizmi qorumaq üçün vuruşur və bu işi dəqiqliklə yerinə yetirirlər.

Bakteriya, virus və bənzər mikroorqanizmlərə qarşı bədəni müdafiə edən hüceyrələr güclü döyüşçülərdir və qeyri-adi bacarıqları var.

Yad orqanizmlər bəzən dəri, tənəffüs və həzm sistemi kimi maneələrdən keçərək bədənə daxil olmağı bacarırlar. Ancaq onları immun sisteminin güclü döyüşçüləri gözləyir. İmmun hüceyrələri adlandırılan bu döyüşçülər “Orqanizmimizin ağıllı silahları: antitellər” yazısını okumaya devam et

“Adaptasiya” Səhvinə Dair Xəbərdarlıq

world_scenes-130

Yer planetinin həyat üçün xüsusi şəkildə yaradılmış və bütün xüsusiyyətləri bu məqsədə görə nizamlanmışdır. Ancaq burada bir şeyi xatırlatmaq lazımdır. Bu xüsusilə təkamül nəzəriyyəsini elmi həqiqət hesab etməyə adət etmiş və “adaptasiya” anlayışına inanan insanlara aiddir.

Adaptasiya “uyğunlaşma” deməkdir. Bütün canlıların ortaq əcdaddan təsadüflər nəticəsində törədiklərini müdafiə edən təkamül nəzəriyyəsi isə adaptasiya anlayışını tez-tez işlədir. Təkamülçülər canlıların yaşadıqları mühitə uyğunlaşması nəticədə tamamilə yeni canlı növlərinə çevrildiklərini iddia edirlər. Bu iddianın əsassızlığını, canlıların təbii şərtlərə uyğunlaşma mexanizmlərinin sadəcə müəyyən hədlər çərçivəsində həyata keçdiyini və əsla bir növü başqa bir növə çevirə bilməyəcəyini başqa yazılarımızda da nəzərdən keçirmişdik. Əslində adaptasiya ilə təkamül anlayışı Lamark dövrünün bəsit elm anlayışının qalığıdır və çoxdan elmi faktlarla təkzib edilmişdir.Ancaq elmi əsası olmasa da adaptasiya fikrini, xüsusilə də burada bəhs edəcəyimiz mövzu baxımından, çox insan qəbul edir. Bu şəxslərə Yerin həyat üçün xüsusi planet olduğu izah edildikdə dərhal “bu cür planetin şərtləri daxilində belə bir həyat meydana gəlib, başqa planetlərdə isə başqa cür həyat əmələ gələ bilər” kimi fikirlərə düşürlər. ““Adaptasiya” Səhvinə Dair Xəbərdarlıq” yazısını okumaya devam et

Meymun və İnsan Geninin Oxşarlığı Təkamül Nəzəriyyəsinin Sübutu Deyil

dnaBir çox təkamülçü mənbədə insanla meymunun 99% oxşarlıq təşkil etdiyi və bunun təkamülə dəlil olduğu iddia edilir. Bu təkamülçü iddia xüsusilə şimpanzeyə aid edilir və bu canlının meymunlar arasında insana ən yaxın növ olduğundan, insanla şimpanze arasında qohumluq olduğundan bəhs edilir. Əslində bu da təkamülçülərin cəmiyyətin bu barədə məlumat azlığından istifadə edərək ortaya atdıqları saxta dəlildir.

99% oxşarlıq iddiası insanları çaşdırmaq niyyəti güdən təbliğatdır.

Əvvəla qeyd edilməlidir ki, insan və şimpanze DNT-ləri haqqında tez-tez irəli sürülən 99% oxşarlıq iddiası aldatmaq məqsədilə edilir.

İnsanla şimpanzenin genetik quruluşlarının bir-birinə 99% oxşar olduğunu iddia etmək üçün insanın genetik quruluşu ilə yanaşı, şimpanzenin də genetik quruluşu öyrənilməli, hər ikisinin geni bir-birilə müqayisə edilməli və nəticə olmalıdır. Ancaq əslində belə bir nəticə yoxdur. Çünki indiyə qədər yalnız insanın genetik xəritəsi əldə edilmişdir. Şimpanze üzərində isə hələ bu cür tədqiqat aparılmamışdır.Əslində müəyyən zamanlardan gündəmə gətirilən insan və meymun genlərinin 99% oxşarlıq iddiası illər əvvəl ortaya atılmış təbliğat xarakterli şüardır. Bu şişirdilmiş oxşarlıq iddiası insanda və şimpanzedə olan 30-40-a qədər əsas zülallardakı amin turşusu düzülüşünun oxşarlığına əsaslanaraq aparılan ümumiləşdirmədir.

Əslində insanda 30 minə yaxın gen və bu genlərin kodlandığı 100 minə qədər zülal var. Buna görə 100 min zülalın sadəcə 40-nın oxşarlığı ilə insan və meymunun bütün genlərinin 99% eyni olduğunu iddia etmək üçün heç bir elmi əsas yoxdur. Sözügedən 40 zülala gəldikdə isə onların üzərində aparılan DNT müqayisəsi hələ də mübahisəlidir. Bu müqayisə 1987-ci ildə Sibley və Olkvist adlı iki bioloq tərəfindən aparılmış və Journal of Molecular Evolution (Molekulyar Təkamül) jurnalında dərc edilmişdir. (Sibley and Ahlquist Journal of Molecular Evolution, no 26, s. 99-121) Ancaq daha sonra bu iki bioloqun verdiyi faktları tədqiq edən Sariç adlı alim isə istifadə edilən üsulun etibarlılığının mübahisəli olduğu və faktların şişirdildiyi nəticəsinə gəlmişdir. (Sarich et al., Cladistics, 1989, 5:3-32)

İnsan DNT-si soxulcan, milçək və toyuğa da bənzəyir!

races1Yuxarıda bəhs etdiyimiz əsas zülallara gəldikdə isə digər bir çox müxtəlif canlılarda da bu əsas zülallar ortaq həyati molekullardır. Təkcə şimpanzedə deyil, ümumilikdə müxtəlif canlılardakı eyni cür zülalların quruluşu insandakılarla çox oxşardır.

New Scientist” jurnalında verilən genetik təhlillər nematod soxulcanları və insan DNT-lərində 70% oxşarlıq olduğunu ortaya qoymuşdur. Bu, əlbəttə, insan ilə bu soxulcanlar arasında sadəcə 25% fərq olduğu mənasına gəlmir!(Karen Hopkin, “The Greatest Apes”, New Scientist, 15 May 1999, s. 27) “Meymun və İnsan Geninin Oxşarlığı Təkamül Nəzəriyyəsinin Sübutu Deyil” yazısını okumaya devam et