Təkamülçülərin gözləmədikləri

kembri - haikouichthys-reconstruction (1).jpgTəkamülçülərin gözləmədiyi onurğalılar!

Onurğalılar onurğa, onurğa sütunu, sümük və ya qığırdaqdan təşkil olunmuş skeleti, kəllə qutusunun içində yerləşən beyni, qapalı qan dövranı, iki, üç və ya dörd kameradan ibarət ürəyi olan canlılardır. Onurğalılar balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər olaraq 5 sinifdən təşkil olunublar. Planetimizdə geniş yayılıblar və kompleks orqanları var. “Təkamülçülərin gözləmədikləri” yazısını okumaya devam et

Reklamlar

Tetrapodların barmaq quruluşu ilə bağlı homologiya xətası

Morfoloji homologiya iddiasının, yəni canlılardakı forma bənzərliklərinə əsaslanan təkamülçü tezisin əsassızlığını təhlil etdik. Ancaq bu barədə məşhur bir nümunəni bir az da yaxından təhlil etməkdə fayda var. Bu nümunə təkamüllə bağlı, demək olar ki, hər kitabda homologiyanın ən açıq dəlili kimi göstərilən “tetrapodların beşbarmaqlı əl və ayaq quruluşu” misalıdır.

Tetrapodların, yəni quruda yaşayan onurğalıların ön və arxa ayaqlarında beş barmaq var. Bunlar həmişə barmaq görünüşündə olmasa da, sümük quruluşu etibarilə “beşbarmaqlı” (pentadactyl) hesab edilir. Qurbağanın, kərtənkələnin, sincabın və ya meymunun əl və ayaqları bu formadadır. Hətta quşların və yarasaların da sümük quruluşları bu əsas dizayna uyğundur. “Tetrapodların barmaq quruluşu ilə bağlı homologiya xətası” yazısını okumaya devam et