Kainatda maddə israfı yoxdur

ad533c1c_karl-saqan-sekilAteizmin məşhur iddialarından biri kainatda maddə israfının olmasıdır. Karl Saqan, Viktor Stencer, Stiven Hokinq kimi ateistlər iddia edirlər ki, əgər Allah Yer kürəsini canlıların və insanın yaşaması üçün yaradıbsa, bəs onda digər qalaktikalara nə ehtiyac var? “Kainatda maddə israfı yoxdur” yazısını okumaya devam et

Reklamlar

Atomdakı Qüsursuz Nizam

atomicHava, su, dağlar, heyvanlar, bitkilər, vücudunuz, oturduğunuz stul, xülasə, ən ağırından ən yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz nə varsa, hamısı atomlardan əmələ gəlmişdir. Atomlar elə kiçik hissəciklərdirlər ki, hətta ən güclü mikroskoplar belə onları göstərə bilmir. Bir atomun ölçüləri millimetrin milyonda biri qədərdir. Bu kiçikliyin insan gözündə canlandırılması mümkün deyil. Bununla bağlı belə bir nümunə gətirək. Əlinizdə bir açar olduğunu düşünün. Şübhəsiz ki, bu açarın atomlarını görməyiniz qeyri-mümkündür. Yox, əgər “atomları mütləq görmək istəyirəm” deyirsinizsə, həmin açarı təsəvvürünüzdə Yer kürəsinin miqyasına gətirin. Əlinizdəki açar dünya boyda böyüyərsə, onda içindəki atomların da hərəsi bir gilas boyda olar və siz onları görərsiniz.

Yenə də bu kiçikliyi qavramaq və hər yerin atomlarla dolu olduğunu anlada bilmək üçün bir nümunə də göstərək.Fərz edək ki, bircə duz dənəsindəki atomları saymaq istəyirik. Əgər saniyədə bir milyard (1.000.000.000) atom saya bilsəydik, bir duz dənəciyinin içindəki atomları 500 ilə sayıb qurtarmaq mümkün olardı.Yaxşı, bəs bu qədər kiçik cismin – atomun içində nə var? Məsələ ondadır ki, hədsiz dərəcədə kiçik olmasına baxmayaraq, atomun içində kainatla müqayisə olunacaq qədər qüsursuz, bənzərsiz və kompleks sistem var. Hər atom bir nüvə və nüvənin ətrafındakı orbitlərdə fırlanan elektronlardan ibarətdir. Nüvənin özü isə proton və neytron adlı hissəcikərdən meydana gəlmişdir.

Nüvədəki gizli güc

Nüvə atomun mərkəzində yerləşir və hər kimyəvi elementin atomunun xüsusiyyətinə uyğun sayda proton və neytronlardan meydana gəlmişdir. Nüvənin radiusu atomun radiusunun on mində biri qədərdir; rəqəmlə göstərsək, atomun radiusu 10-8 (0,00000001) sm, nüvənin radiusu isə 10-12 (0,000000000001) sm bərabərdir. Yəni, nüvənin həcmi atomun həcminin 10 milyardda birinə bərabərdir.

fund-particles_0001

Bu kiçikliyi təsəvvür etmək üçün bayaqkı gilas məsəlini yada salın. Əgər əlinizdək açarı dünyanın ölçülərinə gətirsəniz, onun içindəki atomların hər biri gilas boyda olardı. İndi isə həmin “gilas”ların içindəki nüvəni axtaraq. Amma bu axtarış boş yerədir – çünki hətta indiki ölçülərdə də nüvə gözlə görünməyəcək qədər kiçikdir. Nüvəni görə bilmək üçün ölçüləri yenidən dəyişdirmək lazımdır. Bu dəfə həmin “gilası”ı iki yüz metr enində nəhəng şara çevirməliyik. Həmin ölçüyə qədər böyüdülən atomun nüvəsi yenə də çox kiçik – vur-tut bir toz dənəciyi boyda olacaq. “Atomdakı Qüsursuz Nizam” yazısını okumaya devam et