Atmosfer və nəfəs

65b932e2_0101-0510-2301-0652_satellite_image_of_hurricane_katrina_oHəyatımızın hər dəqiqəsində nəfəs alarıq. Həmişə ciyərlərimizə hava çəkər və tezliklə həmin havanı geri verərik. Bunu o qədər çox edərik ki, “normal” bir əməliyyat olduğunu düşünərik. Halbuki əslində nəfəs almaq çox mürəkkəb əməliyyatdır. “Atmosfer və nəfəs” yazısını okumaya devam et

Reklamlar

Arı alqoritmi

Arılar möhtəşəm inşaat mühəndisləri olmaqla yanaşı, həm də öz sosial həyatları və aralarındakı ünsiyyətlə elm adamlarını heyrətə gətirən canlılardır.
On minlərlə arının pətəkdə nizam-intizamı necə təmin etməsi, qaranlıqda necə xəbərləşməsi, necə sürətlə və rahatlıqla ən məhsuldar qida mənbələrini tapa bilməsi hələ də araşdırılan bir mövzudur.
Yem axtaran kəşfiyyatçı arılar “Arı alqoritmi” yazısını okumaya devam et

Müxtəlif rəngli bitkilər sənətkarlıq nümunəsidir

  • Ətrafınızdakı çiçəklərin nə üçün bu qədər müxtəlif rəngləri olduğunu heç düşünmüsünüzmü?
  • Bitkilərin yarpaqları nə üçün yaşıldır?
  • Metrlərlə hündürlüyü olan ağacların ən ucdakı budaqları belə yaşıl rəngini necə qoruyur?

Meyvələr, tərəvəzlər, çiçəklər və ağacların hər birinin müxtəlif rəngi, qoxusu və dadı var. Şübhəsiz ki, bu xüsusiyyət Allah`ın yaratma sənətinin dəlillərindəndir. Ətrafınızda hər an gördüyünüz, bəzən də ancaq kitablardan tanıdığınız bitkilərin hər birinin özünəməxsus rəng və naxışları var. Hamısının çoxalma forması fərqlidir, tərkiblərindəki nektarın miqdarı, qoxuları da fərqlənir. Gülləri düşünək. Qırmızı, ağ, sarı, narıncı, çəhrayı, kənarları ağ, əlvan rəngli, hətta bir-birinə keçid edən rəngləri olan növbənöv çiçəklər var. Sözsüz ki, bunları görən insanın heyran olmaması, çiçəkləri yaradan uca Allah`ın sonsuz qüdrətini qavramaması korluqdur.

Bitkilərin nə üçün yaşıl rəngdə olduğunu heç düşünmüsünüzmü?

Məlum olduğu kimi, bitkilər aləmində hakim rəng yaşıl və yaşılın çalarlarıdır. Yaşıl rəngi əmələ gətirən əsas maddə isə xlorofildir. Çox mühüm maddə olan xlorofil bitki hüceyrəsinin sitoplazmasında yayılmış halda yerləşən xloroplastlardakı piqmentdir. Günəşdən qəbul etdikləri işığı asanlıqla udan bu piqmentlər ancaq yaşıl rəngi əks etdirirlər. Bu xüsusiyyət yarpaqlara yaşıl rəng verməklə yanaşı, fotosintez kimi həyati əhəmiyyətli prosesin həyata keçməsini də təmin edir.

Bitkilər fotosintez prosesində fərqli rənglərin birləşməsindən təşkil olunmuş günəş işığından istifadə edirlər. Günəş işığındakı rənglərin ən əsas xüsusiyyətlərindən biri enerji yüklərinin fərqli olmasıdır. Bu rənglərin ayrılması ilə ortaya çıxan və spektr adlanan rəng ardıcıllığının bir ucunda qırmızı və sarı rəngin çalarları, digər ucunda isə mavi və bənövşəyi rəngin çalarları yerləşir. Ən çox enerji daşıyanlar spektrin mavi ucundakı rənglərdir.

Rənglər arasındakı bu enerji fərqi bitkilər üçün böyük əhəmiyyət daşıyır. Çünki fotosintez etmək üçün çox enerjiyə ehtiyacları var. Odur ki, bitkilər fotosintez zamanı günəş şüalarından ən çox enerji daşıyanları, yəni spektrin ultrabənövşəyi ucundakı rənglərlə (mavi və bənövşəyi) yanaşı, spektrin infraqırmızı ucundakı rəngləri (qırmızı, narıncı və sarı) udurlar. Yarpaqlar bütün bu prosesləri xloroplastlardakı xlorofil piqmenti sayəsində bacarırlar.

Bitkinin fotosintez etməsi üçün xlorofilin udduğu işıq zərrəciklərinin enerji səviyyəsi lazımi qədər olmalıdır. Qısa şəkildə fotosintez prosesini şərh edək. Bitki işıq zərrəciklərindən aldığı enerji ilə su molekullarını parçalayır və oksigen və hidrogen molekullarını əldə edir. Əldə edilən hidrogen bitkinin həyatını davam etdirməsi üçün karbon qazındakı karbon atomları ilə reaksiyaya girərək bitkinin şirəsinə çevrilir. Yəni bitki öz qida maddəsini əmələ gətirir. İstifadə edilməyən oksigen isə havaya verilir. Atmosferdən qəbul etdiyimiz oksigenin böyük faizi bu yolla əmələ gəlir.

Göründüyü kimi, bitkilərin yaşıl olması estetik görüntü ilə yanaşı, həm bitkilərin, həm də digər canlıların həyatı üçün böyük əhəmiyyət daşıyır. Allah bitkilərin və bütün digər canlıların qidalanmasında xlorofil maddəsini səbəb edir.

Çiçəklərin rəngləri və naxışları bənzərsizdir. Yer üzündəki minlərlə çiçək növünün hər birinin özünəməxsus xüsusiyyətləri var. Dövrümüzdə insanlar təbiətdəki bənzərlərini təqlid etməklə ətirlər, naxışlar və rənglər istehsal edirlər. Məsələn, bənövşələrin məxməri yumşaqlığı, yarpaqlarının bənövşəyi rəngi və yarpaq toxumalarının hamarlığı möhtəşəmdir. Məxmər parçalar bənövşələrin təqlid edilməsi ilə istehsal olunur, ancaq yenə də həmin keyfiyyət əldə edilə bilmir. Bu şəkildə düşünərək yer üzündəki hansı bitkini təhlil etsək, mükəmməl yaradılışla qarşılaşarıq. Yaratmada heç bir ortağı olmayan Allah dadı, qoxusu, rəngi,  naxışı fərqli olan bitkiləri insan üçün yaratmışdır. Biz isə Allah`ın yaratdığı dəlillər üzərində düşünüb şükür etməliyik.

Bitkilərin fərqli rəngləri necə meydana gəlir?

Hər maddənin əks etdirdiyi rəng həmin maddənin piqment molekullarından asılıdır. Yaşıl bitkilərdəki piqment molekulu xlorofildir. Bununla yanaşı, bitkilərdə başqa rəngləri əmələ gətirən piqmentlər də var və bu piqment növləri bitkilərdəki qeyri-adi rəng müxtəlifliyinin əmələ gəlməsinə səbəb olur.

Xlorofildən əlavə, bitkilərdə karotinoid adlanan piqmentlər var. Bu piqmentlərdən bəzisi sarıdır: qarğıdalıya, limona, günəbaxana rəng verir. Digər karotinoidlər isə daha çox qırmızıya çalırlar. Bunlar şəkər çuğundurunda, pomidorda, güllərdə, yerkökündə olur. Karotinoidlər həm də yaşıl yarpaqların içində var. Bəs niyə yarpaqlar qırmızı, sarı və ya narıncı deyil, yaşıl rəngdə görünürlər? Bunun səbəbi xlorofilin yaşılının digər rənglərin görünməsinin qarşısını alacaq qədər güclü olmasıdır.

Bununla yanaşı, payızda dəyişikliklər baş verir. Günəş işığının azalması ilə bitkilər xlorofil hasil etməyi dayandırırlar və buna görə də yaşıl rəng verən piqmentlərin gücü azalır və yarpaqlardakı yaşıl rəng solmağa başlayır.

Karotinoidlər yarpaqları qəhvəyi, sarı və qırmızı rəngə boyayırlar. Eyni zamanda, payızda bəzi yarpaqların xarici təbəqələrində antosian adlanan piqmentlər hasil edilir. Parlaq qırmızı və mavi rəngdə olan bu piqmentlər yarpaqlarda qırmızı və çəhrayı rəng əmələ gətirən maddələrdir. Əgər bitkidə birdən çox piqment olarsa, onda bitkidə piqmentlərin əks etdirdiyi rənglərin qarışığı görünür.

Dünyanın hər yerində eyni növdəki çiçəklərin eyni naxışları və rəngləri var və əsla dəyişmirlər

Bitkiyə rəng verən piqmentlərin hamısının məlumatı bitkinin DNT-sində şifrlənib. Ona görə də bir bitki növü dünyanın hər yerində eyni xüsusiyyətləri daşıyır. Məsələn, dünyanın hər yerindəki portağalların rəngi eynidir, formaları və qabıqlarının toxuması da fərqlənmir. Portağalın qabığının içində yerləşən narıncı rəngli, ətirli, şirin su dolu torbacıqları əmələ gətirən şəffaf pərdənin rəngi dünyanın hər yerində eynidir, dəyişmir. Bananlar dünyanın hər yerində eynidir, pomidorlar qırmızı, güllər, bənövşələr, qərənfillər də eynidir. Dünyanın hər yerində təbii olaraq yetişən çiyələyin fərqli rəngdə olduğunu görə bilməzsiniz. Dünyanın hər yerindəki çiyələklərin DNT-sində çiyələyə məxsus xüsusiyyətlər qeyd olunub. Çiyələyin rəngi, qoxusu, dadı da eynidir. Bu, bənzərsiz nizamdır. Belə bir nizamın öz-özünə, təsadüfən əmələ gəldiyini iddia etmək olmaz.

Gəlin, eyni torpaqdan müxtəlif bitkilərin çıxmasını ətrafımızdakı tərəvəz və meyvələr üzərində düşünək. Məsələn, qarpız, yemiş, kivi, banan, gilas, badımcan, pomidor, üzüm, şaftalı, lobya… Tünd sarı rəngli qabığını açdıqda içindən gözəl ətirli, açıq-sarı rəngli banan çıxır. Almanın qırmızı, yaşıl və sarı rəngli qabığı hamar və cilalıdır. Almanın ətirli şirin şirəsinin dadı və qoxusu insanlar tərəfindən əsla təqlid edilə bilmir. İnsan yeni bir rəng yarada bilmir. İnsanların əmələ gətirdiyi bütün rənglər təbiətdə olan rənglər əsasında əldə edilir. Ancaq Allah yoxdan yaradandır və yer üzündəki canlıları tamamlayan rənglərin hamısını O yaradıb. Allah`ın yaratma sənətinin tayı-bərabəri yoxdur.

Yer üzündəki bütün rəngləri yaradan Allah`dır. Göy üzü, dağlar, tarlalar, kəpənəklər, qırmızı almalar, portağallar, tutuquşular, qırqovullar, üzümlər, ağaclar, qısası, ətrafınızda gördüyünüz hər şey Allah istədiyi üçün bu rənglərə malikdirlər.

Mənbə: http://www.biologiya.az

http://biologiya.az/166-bitkilerin-rengarengliyi-senet-numunesidir.html

Insanı genlər idarə edir?

Təkamülçü media yolu ilə insanlara təlqin edilən materialist fərziyyələrdən biri insan davranışlarının təkcə genetik amillərin təsiri ilə müəyyən edildiyi iddiasıdır. Bu iddianın tərəfdarları insanın göz rəngi kimi fiziki xüsusiyyətləri ilə yanaşı davranışlarının da genlər tərəfindən müəyyən edildiyini fərz edirlər. “Insanı genlər idarə edir?” yazısını okumaya devam et

Kainatın yaradıldığını qəbul edən məşhur alimlər

XX əsr elmi, kainatın Allah tərəfindən yaradıldığını sübut edən açıq dəlillər ortaya qoymuşdur. “Antropik prinsip” (“anthropic principle”)məhfumu, kainatın hər bir incəliyinin canlıların yarana bilməsi üçün tənzimləndiyini və bu sistemdə təsadüfə yer olmadığını göstərir.

Qəribə olan, bəhs olunan tapıntıları ortaya çıxardan və “kainat təsadüflə izah oluna bilməz” nəticəsinə gələn elm adamlarının çox böyük hissəsinin, əslində bu nəticəyə gəlməyi elə də arzulamayan, çünki materialist dünyagörüşünə sahib elm adamları olmasıdır. Əvvəlki səhifələrdə sözlərini nəql etdiyimiz Pol Devis (Paul Davies), Arno Penzias, Fred Hoyl (Fred Hoyle), Rocer Penrouz (Roger Penrose) kimi elm adamlarının heç biri dindar elm adamları deyil. Elmlə məşğul olarkən Allahın varlığına dəlil axtarmaq niyyəti ilə hərəkət etməyiblər. Lakin hamısı, bəlkə də əksəriyyəti bunu heç istəmədiyi halda, kainatın yalnız fövqəladə yaradılışla izah olunacağı nəticəsinə gəlibdirlər. Amerikalı astronom Corc Qrinsteyn (George Greenstein), “the symbiotic universe” (“simbiotik kainat”) adlı kitabında bu həqiqəti belə etiraf edir:

“Bu, (fizika qanunlarının həyat üçün xüsusi olaraq yaradılmış olması) necə mümkün ola bilər?.. Dəlilləri araşdırdıqca, həmişə mühüm bir həqiqətlə qarşılaşırıq; bir fövqəltəbii Ağıl işə araya girmiş olmalıdır. Yoxsa görəsən bir anda, qətiyyən bu niyyətə sahib olmamağımıza baxmayaraq, ilahi bir Varlığın olduğuna dair elmi dəlillərləmi üz-üzə gəlirik?”(1)

Bir ateist olan Qrinşteyn (Greenstein) “görəsən” deyə başlayan sualıyla, gördüyü açıq-aydın həqiqəti anlamazlıqdan gəlməyə çalışır. Lakin mövzuya daha ön mühakiməsiz yaxınlaşan bir çox elm adamı, kainatın Allah tərəfindən insanın yaşaması üçün xüsusi olaraq yaradıldığını qəbul edir. Amerikalı astrofizik Hyu Ros (Hugh Ross), “dizayn və antropik prinsip” başlıqlı bir məqaləsini bu sözlərlə bitirir:

“Ağıllı və üstün bir Yaradıcı kainatı yoxdan yaratmış olmalıdır. Ağıllı və üstün bir Yaradıcı kainatı dizayn etmiş olmalıdır. Ağıllı və üstün bir Yaradıcı Yer planetini dizayn etmiş olmalıdır. Eləcə də, ağıllı və üstün bir Yaradıcı həyatı dizayn etmiş olmalıdır”.(2)

Beləliklə də, elm yaradılışı sübut edir: Allah vardır və ətrafınızda gördüyünüz və ya görə bilmədiyiniz bütün varlıqların Yaradıcısıdır. O, göylərin və yerin, kainatdakı böyük tarazlıq və nizamın yeganə sahibidir.

Materializm isə, artıq elmin hüdudlarından sıxışdırılıb çıxardılmış batil bir inanc kimi yaşayır. Amerikalı genetik Robert Qriffits (Robert Griffiths), bu həqiqəti; “özüylə mübahisə etmək üçün bir ateist axtardığım vaxt, (universitetin) fəlsəfə bölməsinə gedirəm. Lakin fizika bölməsindən, artıq bu cür insanlar elə də çıxmır” deyərək zarafatla ifadə edir.(3) Bir sözlə, kainatdakı hansı fiziki qanun, hansı dəyişən araşdırılsa, bunların insanın yaşamasına imkan verə biləcək xüsusi qiymətlərə sahib olduğu görülür. Pol Devis (Paul Davies) bunun nəticəsini “the cosmic blueprint” (“kosmik plan”) adlı kitabının son abzasında “bir dizayn olduğu düşüncəsi, kəskin şəkildə qalib gəlir” deyə bildirir.(4)

Əlbəttə ki, kainatın “dizayn olunmuş” olması, Allah tərəfindən yaradılıb nizamlanmış olması deməkdir. Kainatdakı həssas tarazlıqlar, canlı-cansız bütün varlıqlar Allahın üstün yaratma sənətinin açıq-aydın dəlillərindəndir. Hal-hazırda elmin gəldiyi bu nəticə isə, Quranda bundan 14 əsr əvvəl bildirilmiş bir həqiqətin müəyyənləşdirilməsindən başqa bir şey deyil. Bu həqiqət Quranda belə bildirilir:

Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər ucadır. (Əraf surəsi, 54)

1) George Greenstein, The Symbiotic Universe, səh. 27

2) Hugh Ross, “Design and the Anthropic Principle”, Reasons To Believe, CA, 1988

3) Hugh Ross, The Creator and the Cosmos, səh. 123

4) Paul Davies, The Cosmic Blueprint, London: Penguin Books, 1987, səh. 203

Proton-elektron tarazlığı

Atomun içində çox mühüm bir tarazlıq var. Bu, atom nüvəsi ilə xaricindəki elektronlar arasındakı tarazlıqdır.

Elektronların, nüvənin ətrafında fasiləsiz şəkildə fırlandıqlarını bilirik. Bunun səbəbi, elektrik yüküdür. Bütün elektronlar mənfi (-) elektrik yükünə, bütün protonlar isə müsbət (+) elektrik yükünə malikdir. Eləcə də, əks yüklər bir-birini cəzb edər, eyni yüklər isə, bir-birini itələyər. Dolayısilə atomun nüvəsindəki müsbət yük, elektronları özünə cəzb edər. Bundan ötrü də, elektronlar, sürətlərinin özlərinə qazandırdığı mərkəzdənqaçma qüvvəsinə baxmayaraq, nüvənin ətrafından ayrılmazlar.
Atomlarda bu elektrik yüküylə əlaqədar çox mühüm tarazlıq var. Nüvədə nə qədər proton olsa, atomun xaricində də bir o qədər elektron olar. Məsələn, oksigen atomunun nüvəsində 8 proton var və dolayısilə 8 ədəd də elektronu var. Bu sayədə atomların elektrik yükü tarazlanır.
Bunlar çox təməl kimya məlumatlarıdır. Lakin bu məlumatlarda əksər insanın diqqət yetirmədiyi bir xüsus var: Proton, elektrondan olduqca böyükdür. Protonun həcmi də, kütləsi də, elektrondan olduqca çoxdur. Əgər böyüklük müqayisəsi aparmaq lazımdırsa, aralarındakı fərq bir insanla bir fındıq arasındakı fərq kimidir. Yəni elektronla protonun “tarazlı” fiziki strukturları yoxdur.
Lakin elektrik yükləri bərabərdir!
Biri müsbət elektrik yükünə, o biri isə, mənfi elektrik yükünə malikdir, lakin bu yüklər bərabərdir. Halbuki bunu tələb edən heç bir səbəb yoxdur. Əksinə, fiziki cəhətdən gözlənilən vəziyyət, elektronun elektrik yükünün olduqca az olmasıdır.
Bəs görəsən vəziyyət belə olsaydı, yəni proton və elektronun elektrik yükləri bərabər olmasaydı, nə baş verərdi?
Belə olduqda kainatdakı bütün atomlar, protondakı artıq müsbət elektrik yükündən ötrü, əlavə elektrik yükünə sahib olacaqdılar. Bunun nəticəsində isə, kainatdakı bütün atomlar bir-birini itələyəcəkdilər.
Görəsən bu vəziyyət indinin özündə baş versə nə olar? Kainatdakı bütün atomlar bir-birini itələsə nələr baş verər?
Çox fövqəladə şeylər baş verər. Əvvəlcə sizin bədəninizdə baş verəcək bu dəyişikliklərlə nəzər salmaqla başlayaq. Atomlarda bu dəyişiklik yarandığı anda, hal-hazırda bu kitabı tutan əlləriniz və qollarınız bir anda parça-parça olardılar. Yalnız əlləriniz və qollarınız deyil, bədəniniz, ayaqlarınız, başınız, gözləriniz, dişləriniz, bir sözlə, bədəninizin hər hissəsi bir anda parça-parça olar. İçində oturduğunuz otaq, pəncərədən görünən xarici aləm də bir anda parça-parça olar. Yer üzündəki bütün dənizlər, dağlar, Günəş sistemindəki bütün planetlər və kainatdakı bütün göy cisimləri eyni anda sonsuz hissələrə ayrılıb yox olarlar. Həmçinin kainatda bir daha gözlə görüləsi heç bir cisim olmaz. Kainat dediyimiz şey, fasiləsiz şəkildə bir-birlərini itələyən atomların qarşığından ibarət olar.
Bəs görəsən bu mütləq fəlakətin yaşanması üçün, elektron və protonun elektrik yüklərində hansı səviyyədə natarazlıq meydana gəlməlidir? Yüzdə bir fərq olsa belə, yenə də bu fəlakət yaşanarmı? Yoxsa kritik sərhəd mində bir ola bilərmi? Corc Qrinsteyn (George Greenstein), “the symbiotic universe” (“simbiotik kainat”) adlı kitabında bu mövzu barədə bunları söyləyir:
“Əgər iki elektrik yükü arasında 100 milyarda bir belə fərq yaransaydı, bu, insanlar və daşlar kimi kiçik cisimlərin parçalanmasına kifayət edəcəkdi. Dünya və Günəş kimi daha böyük cisimlər üçünsə, bu tarazlıq daha həssasdır. Göy cisimlərinin ehtiyac duyacaqları tarazlıq, milyard dəfə milyardda 1-lik bir nizamdır”.(1)
Bu tarazlıq bizə bir daha, kainatın təsadüfən yaranmadığını müəyyən məqsəd üçün nizamlandığını sübut edir. Astrofizik U. Presin (W.Press) “Nature” jurnalında dərc olunmuş bir məqaləsində yazdığı kimi; “kainatda ağıllı həyatın formalaşmasını dəstəkləyən böyük dizayn var”.(2)
Eləcə də, hər dizayn, özünü meydana gətirən bir ağıl Sahibinin varlığını sübut edir. Bütün kainatı yoxdan yaradan və üstün güc və qüdrət sahibi olan aləmlərin Rəbbi Allahdır. Quranda bildirildiyi kimi; “…Allah göyü qurmuş və sonra ona müəyyən nizam vermişdir” (Naziat surəsi, 27-28).
Kainatdakı cisimlərin yuxarıda araşdırdığımız fövqəladə tarazlıqlar sayəsində qətiyyətli şəkildə varlıqlarını davam etdirmələri isə, Allahın yaratmasındakı mükəmməlliyi göstərən bir dəlildir. Quranda bildirildiyi kimi: “Göyün və yerin Onun əmri ilə öz yerlərində sabit qalması da Onun dəlillərindəndir…” (Rum surəsi, 25).
1) George Greenstein, The Symbiotic Universe, səh. 64-65
2) W. Press, “A Place for Teleology?”, Nature, vol. 320, 1986, səh. 315

MAĞARALARDA İNKİŞAF ETMİŞ İNCƏSƏNƏT

Incesenet

Təkamülçülər guya meymunabənzər insanların Avropada bundan təqribən 30-40 min il əvvəl, Afrikada bir az daha qədim dövrdə ani keçid dövrü yaşadıqlarını, beləliklə də, birdən-birə müasir insanlar kimi düşünmək və istehsal etmək qabiliyyəti qazandıqlarını irəli sürürlər. Çünki həmin dövrə aid arxeoloji tapıntılar təkamül nəzəriyyəsi ilə açıqlanması mümkün olmayan dəlillərdir. Darvinist bir iddiaya görə, təxminən 200 min il ərzində dəyişməmiş qalan daş alət texnologiyasının yerini birdən birə daha inkişaf etmiş və sürətlə inkişaf edən əl sənəti texnologiyası tutmuşdur. Guya bir müddət əvvəl ağacdan yerə düşən və müasirləşməyə başlayan xəyali ibtidai insan birdən-birə mahir qabiliyyətlər əldə etmiş, mağara divarlarını oyaraq və ya rəngləyərək heyranedici rəsmlər çəkməyə başlamış, boyunbağı, gərdənlik kimi olduqca estetik bəzək əşyaları düzəltmişlər. Bəs nə oldu ki, belə bir inkişaf yarandı? “Yarı meymun ibtidai varlıqlar” hansı səbəbdən və necə birdən birə incəsənətə meyil göstərdi? “MAĞARALARDA İNKİŞAF ETMİŞ İNCƏSƏNƏT” yazısını okumaya devam et

Begemotların ifraz etdikləri maye günəş kremi funksiyasını yerinə yetirir

Yaponiyalı tədqiqatçılar begemotların dərilərini günəşə və bakteriyalara qarşı mühafizə edən qırmızımtıl iki piqment ifraz etdiklərini kəşf etdilər.

Bir qrup yaponiyalı tədqiqatçı begemotu günəşə və bakteriyalara qarşı mühafizə edən bir piqment üzərində tədqiqatları genişləndirdilər. Bu maraqlı hadisəni meydana gətirən piqmentləri tədqiq edən Kimiko Hashimotonun Yokohamadakı Keio Universitetindəki həmkarlarıyla birlikdə icra etdiyi işlərin nəticələri “Nature” jurnalında nəşr olundu.

a six-day-old hippopotamus is pictured next to his mother, Kara, aged 21, on September 12, 2012 at "Planet sauvage" (wild planet) zoo in Port-Saint-Pere, western France. The birth, a rare event for this species in captivity, occured on September 7, 2012 in the zoo. AFP PHOTO FRANK PERRY

Begemotlar əslində tərləməzlər. Begemot sudan kənarda olduğu zaman dərisindəki epidermis toxumaları bədəninin istiliyinə nəzarət etməyə, onu günəşə və bakteriyalara qarşı mühafizə edə biləcək bir növ yapışqan maye ifraz edər. “Begemotların ifraz etdikləri maye günəş kremi funksiyasını yerinə yetirir” yazısını okumaya devam et