Günəş sistemindəki həssas nizam

image
Kainatdakı nizamı ən açıq şəkildə müşahidə etdiyimiz sahələrdən biri də, planetimizin yerləşdiyi Günəş sistemidir. Günəş sistemində yer kürəsindən başqa 8 ayrı planet və bu planetlərə aid 54 ayrı peyk var. Bu planetlər Günəşə olan məsafələrinə görə; Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun, Urandır. Bu planetlərin və 54 peyklərinin içində həyata uyğun bir səth və atmosferə sahib olan yeganə göy cismi isə Dünyadır. “Günəş sistemindəki həssas nizam” yazısını okumaya devam et

Reklamlar

Allahın yoxdan yaratması elmi həqiqətdir

Keçmişdəki bəzi yunan filosoflarının təsirində qalan bir sıra mütəfəkkirlər materializmi son bir neçə əsrdə yenidən gündəmə gətirmişdilər. Materialistlərin ən təməl iddiası maddənin əzəli olduğu iddiası idi. Belə ki, Lavuazye adlı materialist bu düşüncəni “heç nə itmir və heç nə yoxdan yaranmır” kimi ifadə etmişdi. Bu ifadə kifayət qədər çox materialist üçün uzun müddət şüara çevrilmişdi.

Əlbəttə ki, hər hansı dəlilə söykənməyən bu iddianın əqli və vicdani cəhətdən heç bir əsası olmadığı göz qabağındadır. “Allahın yoxdan yaratması elmi həqiqətdir” yazısını okumaya devam et

Maddənin Ardındakı Möhtəşəm Elm

Düşünmək və araşdırmaq insanın bilmədiklərini öyrənməsini, “baxıb görə bilmədiklərini” görməsini, dünya həyatının gerçəyini kəşf etməsini təmin edir. Ancaq əsas olan insanın səmimi düşüncə ilə əldə etdiyi gerçəklərdən qaçmaması, kəşf etdiyi gerçəklərə uyğun yeni bir həyata başlayacaq iradəni göstərə bilməsidir. Bu yazıda bu günə qədər heç vaxt rast gəlmədiyiniz, heyrətamiz, həyata baxışınızı tamamilə dəyişdirən bir elm izah ediləcək. Bu elm, tarix boyunca böyük İslam alimlərinin diqqət çəkdiyi, müasir elmin qəti şəkildə sübut etdiyi həqiqətdir. İnsan, həyatının ilk çağlarından etibarən içində yaşadığı dünyanın mütləq maddi həqiqət olduğuna şərtlənmişdir. İnsan bu şərtlənmə daxilində böyüyür və bütün həyatını bu dünyagörüşü üzərində qurur. Ancaq müasir elmin nail olduğu nəticələr düşünüldüyündən daha fərqli və daha mühüm bir gerçəyi ortaya çıxarmışdır. Allahın yaratma sənətindəki ən əhəmiyyətli gerçəklərdən biri olan bu elm, insanın həm özünə, həm ətrafına, həm həyata, həm də hadisələrə baxışını tamamilə dəyişdirəcək səviyyədədir. Bu maddənin, kainatın və onun içindəki hər şeyin xəyal, “hisslər aləmi” olduğu həqiqətindən qaynaqlanır. Bu heyrətamiz həqiqəti anlamaq üçün ilk növbədə maddə zənn etdiyimiz varlıqları bizə tanıdan duyğularımızın və beynimizin necə işlədiyinə nəzər salaq. “Maddənin Ardındakı Möhtəşəm Elm” yazısını okumaya devam et

Maddənin Həqiqi Mahiyyəti – 6 (Son)

Hisslərin Beyində Meydana Gəlməsi Fəlsəfə Deyil, Elmi Həqiqətdir

Materialistlər, burada izah etdiklərimizin fəlsəfi görüş olduğunu iddia edirlər. Halbuki bizim “xarici dünya” dediyimiz şeyin hisslər cəmi olduğu, fəlsəfə deyil, elmi gerçəkdir. Görüntünün və hisslərin beyində necə meydana gəldiyi bütün tibb fakültələrində təfərrüatlı şəkildə öyrədilir. Müasir fizika başda olmaqla 20-ci əsr elminin ortaya qoyduğu gerçəklər, maddənin konkret həqiqətə sahib olmadığını, açıq-aydın hər kəsin “beynindəki ekranı” izlədiyini göstərir. Bunu, istər ateist olsun, istər budist olsun, istər başqa düşüncəyə sahib olsun, elmə inanan hər kəs qəbul etmək məcburiyyətindədir. Bir materialist öz aləmində Allahın varlığını inkar edə bilər, amma bu elmi gerçəyi inkar edə bilməz.

Yaşadıqları dövrün elm anlayışı və elmi imkanları kifayət qədər olmasa da, Karl Marks, Fridrix Engels, Corc Politzer və digərlərinin bu qədər asan və açıq gerçəyi qavraya bilməmələri çox qəribədir. Amma müasir dövrdə elmin və texnologiyanın imkanları hədsiz dərəcədə inkişaf etmişdir və bu imkanlar onsuz da çox açıq olan bu gerçəyin qavranılmasını daha da asanlaşdırır. Materialistlər isə qismən də olsa bu mövzunu qavramağın və ümumiyyətlə bu mövzunun öz fəlsəfələrini necə çökdürdüyünü anlamağın verdiyi böyük qorxu içindədirlər. “Maddənin Həqiqi Mahiyyəti – 6 (Son)” yazısını okumaya devam et

Maddənin Həqiqi Mahiyyəti – 5

MATERİALİSTLƏRİN MƏNTİQ ÇATIŞMAZLIĞI

Bu hissənin əvvəlindən etibarən maddənin materialistlərin iddia etdikləri kimi mütləq varlıq olmadığı, əksinə Allah tərəfindən yaradılan qavrayışlar cəmindən ibarət olduğu elmi cəhətdən izah edildi. Materialistlər isə bütün fəlsəfələrini yox edən bu aşkar həqiqətə qarşı son dərəcə doqmatik şəkildə müqavimət göstərir və əsassız məntiqi mühakimələr irəli sürürlər.

Məsələn, materialist fəlsəfənin 20-ci əsrdəki ən böyük müdafiəçilərindən biri olan qatı marksist düşüncəli Corc Politzer maddənin varlığının “böyük dəlili” olaraq “avtobus nümunəsi”ni vermişdir. Politzerə görə maddənin qavrayış olduğunu müdafiə edən mütəfəkkirlər də şosedə avtobus gördükləri zaman əzilməmək üçün qaçırlar və bu maddənin obyektiv varlığının isbatıdır. (1) “Maddənin Həqiqi Mahiyyəti – 5” yazısını okumaya devam et

Maddənin Həqiqi Mahiyyəti – 1

XƏBƏRDARLIQ!

OXUYACAĞINIZ BU MƏQALƏ, HƏYATIN ÇOX MÜHÜM SİRRİNİ EHTİVA EDİR. MADDİ DÜNYAYA BAXIŞ BUCAĞINIZI KÖKÜNDƏN DƏYİŞDİRƏCƏK BU MÖVZUNU, ÇOX DİQQƏTLİ ŞƏKİLDƏ VƏDƏRK EDƏRƏK OXUMALISINIZ.BURADA İZAH EDİLƏN MƏSƏLƏLƏR FƏRQLİ DÜNYAGÖRÜŞÜ, FƏRQLİ YANAŞMA VƏ YA HƏR HANSI FƏLSƏFİ DÜŞÜNCƏ DEYİL; DİNƏ İNANAN-İNANMAYAN HƏR KƏSİN QƏBUL EDƏCƏYİ, MÜASİR ELMİN DƏ SÜBUT ETDİYİ QƏTİ HƏQİQƏTDİR. “Maddənin Həqiqi Mahiyyəti – 1” yazısını okumaya devam et

Kvant Fizikası Determinizmi Əsassız Edir

Nyutondan sonra bəzi materialistlər kainatı müəyyən qanunlara görə öz-özünə fəaliyyət göstərən bir saat kimi göstərməyə çalışırdı. Burada əsas məqsəd guya kainatda Allahın müdaxiləsinin olmadığını isbat etməyə çalışmaqdı. Fəlsəfədə determinizm adlandırılan bu hərəkat bir çox insanın Allaha yəqinliklə iman etməsinə mane olmuşdu. Eləcə də materializmin bir çox cəmiyyətdə inkişafı üçün münasib zəmin meydana gətirmişdi. Ancaq bunu bilmək lazımdır ki, bütün səbəb-nəticə əlaqələri Allahın ehtişamlı yaradılış sənətinin nümunələridir. Kainatda səbəblər öz-özünə var olmur, Allahın istəyi nəticəsində mövcud olur.Digər halda isə sonsuz ziddiyyət meydana gəlir. Çünki bizə məlum olan səbəblər də kainatda olduğuna görə onların da səbəbi olmalı, o səbəblərin də başqa səbəbləri olmalıdır. Bu halda bu proses sonsuza qədər davam edər. “Kvant Fizikası Determinizmi Əsassız Edir” yazısını okumaya devam et