Atmosferin Həyat üçün Uyğunluğu

2004-0917station-fullYer kürəsi həm həyat üçün lazımi temperatura, həm lazımi kütləyə, həm də həyatı qoruyan xüsusi qalxanlara malikdir. Amma bunlar Yerdəki həyatın mövcud olması üçün qaneedici şərtlər deyl. Çox vacib başqa bir şərt isə atmosferin quruluşudur.

Elmi-fantastik filmlər insanları bəzən səhv istiqamətləndirirlər. Buna bir misal olaraq bu filmlərdə tez-tez rast gəlinən “asan atmosfer uyğunluğu”nu göstərmək olar. Kosmik gəmidə uzaq bir planetə yaxınlaşan insanlar planetə enməzdən əvvəl atmosferinin tənəffüs üçün yararlı olub-olmadığını yoxlayırlar. Və adətən tənəffüs üçün yararlı çıxır. Bu ssenarilər insanın asanlıqla və təsadüfən uyğun atmosferlər tapa biləcəyi kimi bir təsəvvür verir. Lakin əgər həqiqətən kosmik gəmilər ilə kainatın dərinliklərinə səyahət etsəydik, Yerdən başqa digər planetlərdə tənəffüs üçün yararlı atmosfer tapmaq demək olar ki, mümkün olmazdı. Çünki Yerin atmosferi həyat üçün lazımlı son dərəcə xüsusi şərtləri birləşdirərək nizamlanmış qeyri-adı tərkibdir.Yerin atmosferi 77% azot, 21% oksigen və 1% karbondioksid və arqon kimi digər qazların qarışığından ibarətdir.  Bu qazlardan ən vacibi olan oksigendən başlayaq. Oksigen çox vacibdir, çünki insan kimi kompleks orqanizmlərə malik canlıların enerji əldə etmək üçün istifadə etdikləri kimyəvi reaksiyaların çoxu oksigen vasitəsilə baş tutur. Karbon birləşmələri oksigenlə reaksiyaya girirlər. Reaksiya nəticəsində su, karbondioksid və enerji ayrılır. Hüceyrələrimizdə istifadə etdiyimiz və ATF (adenozin trifosfat) adlandırılan enerji torbacıqları bu reaksiya nəticəsində əmələ gəlir. Bizim də məhz bu səbəbdən davamlı olaraq oksigenə ehtiyacımız var və bu ehtiyacı təmin etmək üçün tənəffüs edirik.

İşin maraqlı tərəfi budur ki, nəfəs aldığımız havadakı oksigen nisbəti son dərəcə həssas şəkildə tarazlanmışdır. Maykl Denton bu barədə belə yazır:

“Atmosferimiz daha çox oksigenə malik ola və buna baxmayaraq, həyat üçün imkan yarada bilərdi? Xeyr! Oksigen çox reaktiv elementdir. Hal-hazırda atmosferdə olan oksigenin nisbəti, yəni 21% həyat üçün lazım olan ideal ölçüdədir. 21%-dən artıq olan hər 1%-lik oksigen bir ildırımın meşə yanğınını əmələ gətirmə ehtimalını 70% artıracaqdır.”  (Michael Denton, Nature’s Destiny, s. 121) “Atmosferin Həyat üçün Uyğunluğu” yazısını okumaya devam et

Reklamlar

DNT molekulundakı mükəmməl təfərrüatlar

  • dnkDNT-nin kimyəvi quruluşu necədir?
  • Atomların düzülüşündəki yaradılış xüsusiyyətləri nə üçün həyati əhəmiyyət daşıyır?

DNT (dezoksiribo nuklein turşusu) karbon, hidrogen, oksigen, azot, fosfat atomlarından ibarətdir və hüceyrənin bütün həyati funksiyalarında rol oynayan böyük molekuldur. İnsana aid DNT molekulunda bu atomlar milyardlarladır və hər insanda özünəməxsus formada düzülmüşdür. DNT bu molekulun kimyəvi quruluşunu ifadə edən dezoksiribo (D), nuklein (N) və turşu (T) sözlərinin qısa yazılışıdır.

DNT-nin kimyəvi quruluşu

Hər insan hüceyrəsinin nüvəsindəki DNT molekulu 5 mikron (1 mikron millimetrin 1000-də 1-inə bərabərdir) diametri olan, kiçik yumaq formasında sarılmış nuklein turşusundan ibarətdir. Nuklein turşuları bədənimizin sadəcə 2%-ini təşkil edən, ancaq çox vacib birləşmələrdir. Nuklein turşularının əsas quruluşu isə nukleotidlərdir. Nukleotidlərdən 6 000 000 000 (6 milyard) ədədi kimyəvi cəhətdən cüt spiral formasında birləşərək DNT-ni təşkil edirlər. “DNT molekulundakı mükəmməl təfərrüatlar” yazısını okumaya devam et

Təkamül Nəzəriyyəsinin Süqutu və İdeoloji Səbəbləri

04-05a-animalcell-lTəkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi qanun, sübut edilmiş həqiqət deyil, elmilik pərdəsi altında cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları hiylə, saxtakarlıq, təhrif, yalanlardan ibarət təlqin və təbliğat üsullarıdır.

XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi “Təkamül Nəzəriyyəsinin Süqutu və İdeoloji Səbəbləri” yazısını okumaya devam et