Sonsuz sayda birləşmə əmələ gətirən həyat elementi: Karbon

Dövri cədvəldə altıncı yerdə yerləşən karbon, qırmızı nəhəng adlandırılan böyük ulduzlarda hədsiz fövqəladə proses nəticəsində əmələ gəlir. Karbonun bu qədər fövqəladə şəkildə əmələ gəlməsini kəşf edən Fred Hoylun (Fred Hoyle); “fizika qanunları, ulduzlarda yaratdıqları nəticələrə baxılsa, şüurlu şəkildə nizamlanıblar” dediyinə də şahid olmuşduq.(1)

Karbonu araşdırdığımız vaxt, bu atomun təkcə əmələ gəlməsinin deyil, kimyəvi xüsusiyyətlərinin də tənzimləndiyi görərik.

 

carbon-element-heqiqetibilmek

“Sonsuz sayda birləşmə əmələ gətirən həyat elementi: Karbon” yazısını okumaya devam et

Reklamlar

“Adaptasiya” Səhvinə Dair Xəbərdarlıq

world_scenes-130

Yer planetinin həyat üçün xüsusi şəkildə yaradılmış və bütün xüsusiyyətləri bu məqsədə görə nizamlanmışdır. Ancaq burada bir şeyi xatırlatmaq lazımdır. Bu xüsusilə təkamül nəzəriyyəsini elmi həqiqət hesab etməyə adət etmiş və “adaptasiya” anlayışına inanan insanlara aiddir.

Adaptasiya “uyğunlaşma” deməkdir. Bütün canlıların ortaq əcdaddan təsadüflər nəticəsində törədiklərini müdafiə edən təkamül nəzəriyyəsi isə adaptasiya anlayışını tez-tez işlədir. Təkamülçülər canlıların yaşadıqları mühitə uyğunlaşması nəticədə tamamilə yeni canlı növlərinə çevrildiklərini iddia edirlər. Bu iddianın əsassızlığını, canlıların təbii şərtlərə uyğunlaşma mexanizmlərinin sadəcə müəyyən hədlər çərçivəsində həyata keçdiyini və əsla bir növü başqa bir növə çevirə bilməyəcəyini başqa yazılarımızda da nəzərdən keçirmişdik. Əslində adaptasiya ilə təkamül anlayışı Lamark dövrünün bəsit elm anlayışının qalığıdır və çoxdan elmi faktlarla təkzib edilmişdir.Ancaq elmi əsası olmasa da adaptasiya fikrini, xüsusilə də burada bəhs edəcəyimiz mövzu baxımından, çox insan qəbul edir. Bu şəxslərə Yerin həyat üçün xüsusi planet olduğu izah edildikdə dərhal “bu cür planetin şərtləri daxilində belə bir həyat meydana gəlib, başqa planetlərdə isə başqa cür həyat əmələ gələ bilər” kimi fikirlərə düşürlər. ““Adaptasiya” Səhvinə Dair Xəbərdarlıq” yazısını okumaya devam et