Zamansızlıq və Qədər Gerçəyi

ZAMAN NƏDİR?

Zaman, bir anı digər an ilə müqayisə etdiyimizdə meydana gələn anlayışdır. Yəni zaman bizim yaşadığımız hadisələr arasında apardığımız müqayisəyə söykənir. Məsələn, bir insan otağa girir, sonra yerdə olan qələmi görür və əyilib onu götürür. Daha sonra bu qələmi masaya qoyur. Həmin insan, bütün bu hərəkətlər arasında müqayisə edir. Hər biri arasında müəyyən müddət keçdiyini düşünür və beləcə zaman hissini əldə edir.

Yəni, zaman beyində xatirə olaraq saxlanan bəzi məlumatlar, daha doğrusu görüntülər arasında müqayisə aparıldığında var olur. Əgər bir insanın yaddaşı olmasaydı, o insan hal-hazırkı anı yaşayacaq, beyni bu cür şərhlər edə bilməyəcək və dolayısı ilə zaman hissi də meydana gəlməyəcəkdi. “Zamansızlıq və Qədər Gerçəyi” yazısını okumaya devam et

Reklamlar

Zaman Hissi Və Hafizənin Sirləri

“Keçmiş” qavrayışı hafizəmizdəki məlumatlara görə əmələ gəlir

Allah Qatında zaman yoxdur. Bütün hadisələr bir anda baş verir və o “bu andır”.

Biz, bizə edilən təlqinə görə keçmiş, bu an və gələcək kimi bölmələrə ayrılmış zaman hissələrini yaşadığımızı zənn edirik.

Əslində isə “keçmiş” kimi qavrayışa malik olmağımızın tək səbəbi hafizəmizə bəzi hadisələrin verilməsidir. Məsələn, orta məktəbə getdiyimiz an hafizəmizdə olan məlumatdır və biz buna görə bunu keçmiş hadisə kimi hiss edirik. Gələcəklə bağlı hadisələr isə hafizəmizdə yoxdur. Buna görə də biz hələ xəbərdar olmadığımız hadisələri “yaşanacaq”, “gələcəkdə baş verəcək” hadisələr kimi qəbul edirik. Əslində isə keçmiş bizim üçün necə yaşanmış, təcrübədən keçirilmiş, görülmüş hadisələrdirsə, gələcək də eyni şəkildə yaşanmışdır. Ancaq bu hadisələr bizim hafizəmizə verilmədiyi üçün biz bunları bilmirik. “Zaman Hissi Və Hafizənin Sirləri” yazısını okumaya devam et