Dildəki kompleks sistemlər

dildeki-kompleks-sistemlerProfessor Jozeph Brand dad bilmə duyğusu üzərində apardığı tədqiqatlarla tanınmış bir alimdir. Brandın fikrincə, dilimizin üzərinə qoyulan bir şeyin dadını bilməyimiz yalnız 0.2-0.5 saniyə davam edir. Göz açıb-bağlamaqdan daha qısa olan bu zaman ərzində nələrin reallaşdığı əsrlərdir ki, araşdırılır.

“Dildəki kompleks sistemlər” yazısını okumaya devam et
Reklamlar

İnsan bədəni haqqında bilmədiyiniz 10 maraqlı məlumat

367148-3-4-dd6f4

  • Bir adamın ağzında olan bakteriya miqdarı dünya əhalisindən daha çoxdur.
  • Bir körpənin bədənində yetkin insana nisbətən 60 ədəd çox sümük var.
  • Bədənimizdəki bakteriyaların ümumi çəkisi təxminən 1,8 kq-dır.
  • Ayıq olanda beynimiz kiçik lampanı işlədə bilən qədər elektrik yayır.
  • Barmaq izimiz kimi hər kəsin özünəməxsus dil izi də var.
  • İnsan gözü kamera olsaydı, 576 meqapiksel olardı.
  • İnsan gözü 10 milyon fərqli rəng tonunu ayırd edə bilər.
  • Sadəcə bir addım atmaq üçün bədənimizdəki əzələlərdən təxminən 200-ündən istifadə edirik.
  • Tərləyərkən gələn qoxunun tərdən deyil, bədənimizdəki bakteriyalardan gəldiyini bilirdinizmi?
  • Bədənimizdəki dəmir nisbəti təxminən 7 santimetrlik mismarın dəmir nisbətinə bərabərdir.

Sinir hüceyrələri nə üçün enerjiyə qənaət edirlər?

beyin-1
Sinir sisteminiz və görmə sinirləriniz vasitəsilə, əslində, qeyri-adi sürətlə görə biləcəyinizi bilirdinizmi? Bəs bu sürətə mane olan nədir? Sinir hüceyrələri nə məqsədlə bu sürəti azaldırlar?

“Sinir hüceyrələri nə üçün enerjiyə qənaət edirlər?” yazısını okumaya devam et

İnsan bədəni robot olsaydı…

Həyatımız boyu bədənimizlə görür, eşidir, nəfəs alır, yeriyir və qaçırıq. Bədənimiz sümükləri, əzələləri, damarları, daxili orqanları ilə birlikdə mükəmməl nizama malikdir. Bu nizamın təfərrüatını təhlil etdikdə isə daha heyranedici həqiqətlə qarşılaşırıq: insan bədəni yer üzündəki ən kompleks sistemlərdən təşkil olunmuş canlı “robot”dır. Bu robotun içində ən üstün texnologiyalardan da üstün texnologiyaya malik cihazlar, Allah`ın izni ilə hərəkət edən, öz sahəsində ixtisaslaşmış fərdlər, tam təchizatlı əsgərlər və başqa sistemlər mövcuddur. Bədənin içindəki sistemlərin bu nizamını və bütün üstün sistemləri yaradan göylərin, yerin və bunların arasındakıların hakimi olan uca Allah`dır.
Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya saldı. (İnfitar surəsi, 6-7)
 eset-robot-1600x2560
Beyin/kompyuter

“İnsan bədəni robot olsaydı…” yazısını okumaya devam et