Science Mag saytından xəyali «insanabənzər» nağılı: Denisovanlar

f84f8e39_denisova2DENİSOVAN İNSANI NECƏ QURAŞDIRILDI?

Məlum olduğu kimi, 2010-cu ilin dekabr ayında «Nature» jurnalında dərc edilən bir məqalə ilə yeni kəşf edilən «nəsli kəsilmiş «insanabənzər növün» tapıldığı» elan edilmişdi. Sibirin Altay dağlarında yerləşən Denisova mağarasında tapılan fosil qalıqlarından əldə edilmiş məlumatlara görə, bu nəticəyə gəlindiyi üçün «yeni növə» denisovan adamı (və ya Homo altai) adı verildi. “Science Mag saytından xəyali «insanabənzər» nağılı: Denisovanlar” yazısını okumaya devam et

Reklamlar

Niyə dərsliklərdən darvinizm çıxarılmalıdır?

Gecə 4:20-də oyanıb binanın damına çıxmaq və şəkil çəkib göndərmək… Növbəti gün ülgüclə qola mavi balina rəsmi çəkmək… və 50-ci mərhələnin sonunda intihar etmək… Bunlar Rusiya və Qırğızıstanda şagird və gənclər arasında məşhurlaşmış “Mavi balina” oyununun “mərhələləri”dir. Artıq 130-dan çox gəncin bu oyunun təsirinə düşərək intihar etdiyi məlumdur. Oyunun administratoru ona qoşulan gənclərə 50 maddədən ibarət tapşırıqları yerinə yetirdikdən sonra intihara hazır olduqlarını bildirərək onları ölümə təhrik etmişdir. Bu minvalla “ölüm qrupları” təşkil edən administrator həbs edilmişdir. Lakin həbsdən əvvəl verdiyi müsahibə olduqca nəzərəçarpandır. Jurnalistin: ““Ölüm qrupları”nı nə səbəbə təşkil etdiniz?” – sualına Budeykin bildirir ki: “Mən cəmiyyəti təmizləyirdim. O insanlardan, hansılar ki, heç bir fayda vermir. Bir insanlar var, bir də bioloji tullantılar. Bunlar o kəslərdir ki, cəmiyyət üçün heç bir dəyərləri yoxdur və cəmiyyətə ya zərər vurur, ya da zərəri özü ilə gətirir. Mən cəmiyyətimizi bu cür insanlardan təmizləyirdim. Mən layihənin konsepsiyasını, müəyyən mərhələlərini və etaplarını hazırladım. Normal insanları bioloji tullantılardan ayırmaq lazım idi”. (1) “Niyə dərsliklərdən darvinizm çıxarılmalıdır?” yazısını okumaya devam et

İnsan orqanizminin daxilində sağ-sol seçimi edən kirpikli hüceyrələr

kirpikcikli huceyrelerQarşımızda duran bir insana və ya güzgüyə baxdıqda qüsursuz bir simmetriya dərhal diqqətimizi çəkərkən, kirpikli hüceyrələrin daxili orqanlarımızı asimmetrik olaraq yerləşdirməsindəki hikmətlər nələrdir? Ağlı və şüuru olmayan bu hüceyrələr necə olur ki, embrionda hələ beyin belə formalaşmamışkən, sağı və solu ayırd edə və bütün insanlarda orqanların harada yerləşdirilməli olduğunu müəyyən edə bilirlər? Bu proseslər əsnasında kirpikli hüceyrələrin yaratdıqları qabarcıqların funksiyası nədir?

“İnsan orqanizminin daxilində sağ-sol seçimi edən kirpikli hüceyrələr” yazısını okumaya devam et

Hörümçəyin yabanı arını ovlama səhnəsini əks etdirən 110 milyon il yaşı olan fosillər

images1

Paleontoloqlar hörümçəklə yabanı arının kəhrəba içində mükəmməl şəkildə qorunmuş fosilini tapıblar. Myanmada tapılmış fosilin təxminən 97-110 milyon il yaşında olduğu bildirilir. Ən maraqlısı budur ki, hörümçəyin yabanı arını ovlama səhnəsi bütün incəlikləri ilə kəhrəbanın içində mükəmməl şəkildə qalmışdır.

 

Amerikanın Oreqon Universitetindən (Oregon State University) zoologiya üzrə professor Corc Poynar (George Poinar): “Cavan hörümçək balaca yabanı arını yeməyə hazırlaşırdı, lakin bu ona qismət olmayıb. Bitkidən axan qətran hər ikisini əhatəyə alaraq udub və hörümçəyi əbədi intizarda qoyub”.

 

Amerikanın Kentukki ştatından olan alim, həmçinin kolleksioner Ron Bakli (Ron Buckley) isə bildirib ki, hörümçəyin ova hazırlaşma səhnəsini əks etdirən kəhrəba ilk dəfədir ki, rast gəlinmişdir. Kəhrəbada hörümçəyin torunu da görmək mümkündür. Bu barədə Historical Biology jurnalı xəbər verdi.

 

Quşların təkamülü yalanı. Arxeopteriksi ara keçid canlısı kimi təqdim edən təkamülçü mənbələr insanları aldadır

Yer üzündə minlərlə növdə quş yaşayır. Bu quşların hər biri fərqli xüsusiyyətlərə malikdir. Şahinin iti baxışları, enli qanadları və sivri caynaqları var. Kalibr quşu uzun dimdiyi ilə bitkilərin kökünü yeyir. Bəziləri hər il minlərlə kilometr yol qət edərək dünyanın bir ucundan digər ucuna köç edirlər. Bütün bu quşları digər heyvanlardan ayıran çox mühüm xüsusiyyət var: uçmaq. Bioloji cəhətdən quş sinfinə daxil edilən heyvanların demək olar ki, hamısı uçmaq qabiliyyətinə malikdir.

Bəs quşlar necə mövcud olmuşdur? “Quşların təkamülü yalanı. Arxeopteriksi ara keçid canlısı kimi təqdim edən təkamülçü mənbələr insanları aldadır” yazısını okumaya devam et

İnsana Aid Tapıntılar Nə Qədər Qədimdir? Bu Tapıntılar Niyə Təkamül Nəzəriyyəsini Dəstəkləmir?

turkana-usagi

İnsanın yer üzündə peyda olduğu zamanı ilə bağlı sualın cavabını tapmaq üçün fosillərə müraciət etmək lazımdır. Fosillər insanla bağlı tapıntıların milyonlarla il əvvələ aid olduğunu göstərir. Bu tapıntılar skelet və kəllə sümüyü hissələri və müxtəlif dövrlərdə yaşamış insanlara aid qalıqlardan ibarətdir. İnsana aid qalıqların ən qədimi tanınmış paleontoloq Meri Likey tərəfindən 1977-ci ildə Tanzaniyanın Laetoli bölgəsində tapılmış “ayaq izləri”dir.

Bu qalıqlar elm dünyasında böyük əks-səda doğurdu. Aparılan işlər bu ayaq izlərinin 3.6 milyon illik təbəqədə yerləşdiyi göstərirdi. İzləri tədqiq edən Rasel Tatl bu sözləri yazmışdı: “İnsana Aid Tapıntılar Nə Qədər Qədimdir? Bu Tapıntılar Niyə Təkamül Nəzəriyyəsini Dəstəkləmir?” yazısını okumaya devam et

Təkamül nağılları: pulcuqlar tüklərə çevrilir

 

pulcuqTəkamülçü bir mənbədə sürünənlərin məməlilərə çevrilməsi haqqında belə bir hekayə nəql edir:

Soyuq ərazilərdə yaşayan bəzi sürünənlər bədənlərini isidən bir üsul əmələ gətirdilər… Pulcuqları getdikcə daha da sivriləşərək tüklərə çevrildi. Bu məqamda həyata keçən digər bir uyğunlaşma isə tərləmənin əmələ gəlməsi oldu; bu, canlıya lazım gəldikdə suyun buxarlanması nəticəsində bədənini soyutma imkanı verirdi. Bu zaman gözlənilmədən bəzi balalar qidalanmaq üçün analarının bədənindəki təri yalamağa başladılar. Bəzi tər vəziləri bu səbəbdən getdikcə daha çox tər ifraz etməyə başladı və bu ifrazat nəticədə südə çevrildi. Beləliklə, bu ilk məməlilərin balaları həyata daha yaxşı başladılar. (Эеорэе Эамоw, Мартйнас Йъас, Мр. Томпкинс Ынсиде Щимселф, Аллен & Унwин, Лондон, 1966, с. 149) “Təkamül nağılları: pulcuqlar tüklərə çevrilir” yazısını okumaya devam et

“Allah Canlıları Təkamüllə Yaratmışdır” Fikri Nə üçün Səhvdir?

iynece1Kainatdakı canlı və cansız bütün varlıqlardakı üstün yaradılış açıq şəkildə ortaya qoyulduqda, bu cür mükəmməl sistemlərin məqsədsiz təbii amillərlə, təsadüflərlə meydana gəlməsinin mümkün olmadığını elmi cəhətdən sübut etdikdə bəzi insanlar bu dəfə də bir Yaradanın var olduğunu, ancaq canlıları təkamül prosesilə yaratdığını iddia edirlər.

Bütün kainatı və canlıları sonsuz qüdrət sahibi Allahın yaratdığı son dərəcə aşkardır. Yaratmasının mərhələli və ya birdən-birə olması isə Allahın təqdiridir. Biz bunun nə şəkildə olduğunu, ancaq Allahın bizə bu mövzuda verdiyi məlumatdan (yəni Qurandakı müvafiq ayələrdən) və təbiətdə göstərdiyi elmi dəlillərdən anlaya bilərik.

Bu iki mənbəyə baxdıqda “təkamüllə yaratma” ““Allah Canlıları Təkamüllə Yaratmışdır” Fikri Nə üçün Səhvdir?” yazısını okumaya devam et

İnsan Fosilləri Təkamülü Təkzib Edir

footprints-from-laetoli-site

Tanzaniyada Laetolidə tapılan 3.6 milyon illik insan ayaq izləri

İnsana aid tapıntılar nə qədər qədimdir? Bu tapıntılar niyə təkamül nəzəriyyəsini dəstəkləmir?

İnsanın dünyada nə vaxtdan etibarən var olduğunu öyrənmək üçün fosilləri (daşlaşmış qalıqlar) araşdırmaq lazımdır. Fosillər insanla bağlı qalıqların milyonlarla il əvvələ aid olduğunu göstərir. Bu tapıntılar skelet və kəllə sümüyü hissələri və müxtəlif dövrlərdə yaşamış insanlara aid qalıqlardan ibarətdir. İnsana aid qalıqların ən qədimi tanınmış paleontoloq Meri Likey (Mary Leakey) tərəfindən 1977-ci ildə Tanzaniyanın Laetoli bölgəsində tapılmış “ayaq izləri”dir.

Bu qalıqlar elm dünyasında böyük əks-səda doğurmuşdu. Aparılan araşdırmalar bu ayaq izlərinin 3.6 milyon illik təbəqədə yerləşdiyi göstərirdi. İzləri tədqiq edən Rassel Tatl (Russell Tuttle) bunları qeyd edir: “İnsan Fosilləri Təkamülü Təkzib Edir” yazısını okumaya devam et

Fossillər Təkamülü Təkzib Edir

picture3

Darvinizmin Saxta İddiaları

Təkamül nəzəriyyəsi, bütün canlıların bir-birlərindən törədiklərini iddia edir. Buna görə əvvəldən var olan canlı növü zaman keçdikcə digərinə çevrilmiş və bütün növlər bu şəkildə ortaya çıxmışdır. Nəzəriyyəyə görə bu çevrilmə yüz milyonlarla illik dövr ərzində baş vermiş və mərhələ-mərhələ irəliləmişdir. “Fossillər Təkamülü Təkzib Edir” yazısını okumaya devam et