Proton-elektron tarazlığı

Atomun içində çox mühüm bir tarazlıq var. Bu, atom nüvəsi ilə xaricindəki elektronlar arasındakı tarazlıqdır.

Elektronların, nüvənin ətrafında fasiləsiz şəkildə fırlandıqlarını bilirik. Bunun səbəbi, elektrik yüküdür. Bütün elektronlar mənfi (-) elektrik yükünə, bütün protonlar isə müsbət (+) elektrik yükünə malikdir. Eləcə də, əks yüklər bir-birini cəzb edər, eyni yüklər isə, bir-birini itələyər. Dolayısilə atomun nüvəsindəki müsbət yük, elektronları özünə cəzb edər. Bundan ötrü də, elektronlar, sürətlərinin özlərinə qazandırdığı mərkəzdənqaçma qüvvəsinə baxmayaraq, nüvənin ətrafından ayrılmazlar.
Atomlarda bu elektrik yüküylə əlaqədar çox mühüm tarazlıq var. Nüvədə nə qədər proton olsa, atomun xaricində də bir o qədər elektron olar. Məsələn, oksigen atomunun nüvəsində 8 proton var və dolayısilə 8 ədəd də elektronu var. Bu sayədə atomların elektrik yükü tarazlanır.
Bunlar çox təməl kimya məlumatlarıdır. Lakin bu məlumatlarda əksər insanın diqqət yetirmədiyi bir xüsus var: Proton, elektrondan olduqca böyükdür. Protonun həcmi də, kütləsi də, elektrondan olduqca çoxdur. Əgər böyüklük müqayisəsi aparmaq lazımdırsa, aralarındakı fərq bir insanla bir fındıq arasındakı fərq kimidir. Yəni elektronla protonun “tarazlı” fiziki strukturları yoxdur.
Lakin elektrik yükləri bərabərdir!
Biri müsbət elektrik yükünə, o biri isə, mənfi elektrik yükünə malikdir, lakin bu yüklər bərabərdir. Halbuki bunu tələb edən heç bir səbəb yoxdur. Əksinə, fiziki cəhətdən gözlənilən vəziyyət, elektronun elektrik yükünün olduqca az olmasıdır.
Bəs görəsən vəziyyət belə olsaydı, yəni proton və elektronun elektrik yükləri bərabər olmasaydı, nə baş verərdi?
Belə olduqda kainatdakı bütün atomlar, protondakı artıq müsbət elektrik yükündən ötrü, əlavə elektrik yükünə sahib olacaqdılar. Bunun nəticəsində isə, kainatdakı bütün atomlar bir-birini itələyəcəkdilər.
Görəsən bu vəziyyət indinin özündə baş versə nə olar? Kainatdakı bütün atomlar bir-birini itələsə nələr baş verər?
Çox fövqəladə şeylər baş verər. Əvvəlcə sizin bədəninizdə baş verəcək bu dəyişikliklərlə nəzər salmaqla başlayaq. Atomlarda bu dəyişiklik yarandığı anda, hal-hazırda bu kitabı tutan əlləriniz və qollarınız bir anda parça-parça olardılar. Yalnız əlləriniz və qollarınız deyil, bədəniniz, ayaqlarınız, başınız, gözləriniz, dişləriniz, bir sözlə, bədəninizin hər hissəsi bir anda parça-parça olar. İçində oturduğunuz otaq, pəncərədən görünən xarici aləm də bir anda parça-parça olar. Yer üzündəki bütün dənizlər, dağlar, Günəş sistemindəki bütün planetlər və kainatdakı bütün göy cisimləri eyni anda sonsuz hissələrə ayrılıb yox olarlar. Həmçinin kainatda bir daha gözlə görüləsi heç bir cisim olmaz. Kainat dediyimiz şey, fasiləsiz şəkildə bir-birlərini itələyən atomların qarşığından ibarət olar.
Bəs görəsən bu mütləq fəlakətin yaşanması üçün, elektron və protonun elektrik yüklərində hansı səviyyədə natarazlıq meydana gəlməlidir? Yüzdə bir fərq olsa belə, yenə də bu fəlakət yaşanarmı? Yoxsa kritik sərhəd mində bir ola bilərmi? Corc Qrinsteyn (George Greenstein), “the symbiotic universe” (“simbiotik kainat”) adlı kitabında bu mövzu barədə bunları söyləyir:
“Əgər iki elektrik yükü arasında 100 milyarda bir belə fərq yaransaydı, bu, insanlar və daşlar kimi kiçik cisimlərin parçalanmasına kifayət edəcəkdi. Dünya və Günəş kimi daha böyük cisimlər üçünsə, bu tarazlıq daha həssasdır. Göy cisimlərinin ehtiyac duyacaqları tarazlıq, milyard dəfə milyardda 1-lik bir nizamdır”.(1)
Bu tarazlıq bizə bir daha, kainatın təsadüfən yaranmadığını müəyyən məqsəd üçün nizamlandığını sübut edir. Astrofizik U. Presin (W.Press) “Nature” jurnalında dərc olunmuş bir məqaləsində yazdığı kimi; “kainatda ağıllı həyatın formalaşmasını dəstəkləyən böyük dizayn var”.(2)
Eləcə də, hər dizayn, özünü meydana gətirən bir ağıl Sahibinin varlığını sübut edir. Bütün kainatı yoxdan yaradan və üstün güc və qüdrət sahibi olan aləmlərin Rəbbi Allahdır. Quranda bildirildiyi kimi; “…Allah göyü qurmuş və sonra ona müəyyən nizam vermişdir” (Naziat surəsi, 27-28).
Kainatdakı cisimlərin yuxarıda araşdırdığımız fövqəladə tarazlıqlar sayəsində qətiyyətli şəkildə varlıqlarını davam etdirmələri isə, Allahın yaratmasındakı mükəmməlliyi göstərən bir dəlildir. Quranda bildirildiyi kimi: “Göyün və yerin Onun əmri ilə öz yerlərində sabit qalması da Onun dəlillərindəndir…” (Rum surəsi, 25).
1) George Greenstein, The Symbiotic Universe, səh. 64-65
2) W. Press, “A Place for Teleology?”, Nature, vol. 320, 1986, səh. 315

Reklamlar

Sonsuz sayda birləşmə əmələ gətirən həyat elementi: Karbon

Dövri cədvəldə altıncı yerdə yerləşən karbon, qırmızı nəhəng adlandırılan böyük ulduzlarda hədsiz fövqəladə proses nəticəsində əmələ gəlir. Karbonun bu qədər fövqəladə şəkildə əmələ gəlməsini kəşf edən Fred Hoylun (Fred Hoyle); “fizika qanunları, ulduzlarda yaratdıqları nəticələrə baxılsa, şüurlu şəkildə nizamlanıblar” dediyinə də şahid olmuşduq.(1)

Karbonu araşdırdığımız vaxt, bu atomun təkcə əmələ gəlməsinin deyil, kimyəvi xüsusiyyətlərinin də tənzimləndiyi görərik.

 

carbon-element-heqiqetibilmek

“Sonsuz sayda birləşmə əmələ gətirən həyat elementi: Karbon” yazısını okumaya devam et

Yerin Qorunan Tavanı: Atmosfer

van-allenƏksər hallarda bizim xəbərimiz olmadığı halda hər planetə olduğu kimi, Yerə də çoxlu sayda meteorit düşür. Digər planetlərə düşdükdə nəhəng kraterlər meydana gətirən bu meteoritlərin Yerə zərər verməmələrinin səbəbi planetimizi əhatə edən atmosferin düşən meteoritlərə qarşı güclü müqavimət göstərməsidir. Meteorit bu müqavimətə çox dözmür və sürtünmə nəticəsində yanaraq kütləsinin böyük hissəsini itirir. Beləliklə, böyük fəlakətlərə səbəb ola bilən bu təhlükə atmosfer sayəsində aradan qaldırılır.

Göy üzünün “qorunmuş tavan” olmasının ən mühüm nümunələrindən biri Yeri əhatə edən maqnetik sahədir. Atmosferin ən yuxarı təbəqəsi “Van Allen” adlandırılan maqnetik qurşaqdan ibarətdir. Bu qurşaq Yerin nüvəsinin malik olduğu xüsusiyyətlər nəticəsində əmələ gəlmişdir. “Yerin Qorunan Tavanı: Atmosfer” yazısını okumaya devam et

Atomdakı Qüsursuz Nizam

atomicHava, su, dağlar, heyvanlar, bitkilər, vücudunuz, oturduğunuz stul, xülasə, ən ağırından ən yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz nə varsa, hamısı atomlardan əmələ gəlmişdir. Atomlar elə kiçik hissəciklərdirlər ki, hətta ən güclü mikroskoplar belə onları göstərə bilmir. Bir atomun ölçüləri millimetrin milyonda biri qədərdir. Bu kiçikliyin insan gözündə canlandırılması mümkün deyil. Bununla bağlı belə bir nümunə gətirək. Əlinizdə bir açar olduğunu düşünün. Şübhəsiz ki, bu açarın atomlarını görməyiniz qeyri-mümkündür. Yox, əgər “atomları mütləq görmək istəyirəm” deyirsinizsə, həmin açarı təsəvvürünüzdə Yer kürəsinin miqyasına gətirin. Əlinizdəki açar dünya boyda böyüyərsə, onda içindəki atomların da hərəsi bir gilas boyda olar və siz onları görərsiniz.

Yenə də bu kiçikliyi qavramaq və hər yerin atomlarla dolu olduğunu anlada bilmək üçün bir nümunə də göstərək.Fərz edək ki, bircə duz dənəsindəki atomları saymaq istəyirik. Əgər saniyədə bir milyard (1.000.000.000) atom saya bilsəydik, bir duz dənəciyinin içindəki atomları 500 ilə sayıb qurtarmaq mümkün olardı.Yaxşı, bəs bu qədər kiçik cismin – atomun içində nə var? Məsələ ondadır ki, hədsiz dərəcədə kiçik olmasına baxmayaraq, atomun içində kainatla müqayisə olunacaq qədər qüsursuz, bənzərsiz və kompleks sistem var. Hər atom bir nüvə və nüvənin ətrafındakı orbitlərdə fırlanan elektronlardan ibarətdir. Nüvənin özü isə proton və neytron adlı hissəcikərdən meydana gəlmişdir.

Nüvədəki gizli güc

Nüvə atomun mərkəzində yerləşir və hər kimyəvi elementin atomunun xüsusiyyətinə uyğun sayda proton və neytronlardan meydana gəlmişdir. Nüvənin radiusu atomun radiusunun on mində biri qədərdir; rəqəmlə göstərsək, atomun radiusu 10-8 (0,00000001) sm, nüvənin radiusu isə 10-12 (0,000000000001) sm bərabərdir. Yəni, nüvənin həcmi atomun həcminin 10 milyardda birinə bərabərdir.

fund-particles_0001

Bu kiçikliyi təsəvvür etmək üçün bayaqkı gilas məsəlini yada salın. Əgər əlinizdək açarı dünyanın ölçülərinə gətirsəniz, onun içindəki atomların hər biri gilas boyda olardı. İndi isə həmin “gilas”ların içindəki nüvəni axtaraq. Amma bu axtarış boş yerədir – çünki hətta indiki ölçülərdə də nüvə gözlə görünməyəcək qədər kiçikdir. Nüvəni görə bilmək üçün ölçüləri yenidən dəyişdirmək lazımdır. Bu dəfə həmin “gilası”ı iki yüz metr enində nəhəng şara çevirməliyik. Həmin ölçüyə qədər böyüdülən atomun nüvəsi yenə də çox kiçik – vur-tut bir toz dənəciyi boyda olacaq. “Atomdakı Qüsursuz Nizam” yazısını okumaya devam et

Maddənin Həqiqi Mahiyyəti – 2

Beynimizin İçində Yaranan “Xarici Dünya”

Bura qədər izah etdiyimiz fiziki həqiqətlər bizi mübahisə edilməz nəticəyə gətirir: gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və adına “maddə”, “dünya” ya da “kainat” dediyimiz anlayışlar, yalnız və yalnız beynimizdə yaranan elektrik siqnallarıdır.

Məsələn, meyvə yeyən bir insan meyvənin əslini deyil, beyinindəki kopiyasını hiss edir. Bir insanın “meyvə” deyə adlandırdığı şey, meyvənin ölçüsü, dadı, qoxusu və yumşaqlığına aid elektrik sinallarından ibarət informasiyanın beyində qavranılmasından ibarətdir. Əgər beyinə gedən görmə sinirini kəssəniz, meyvə görüntüsü də o anda yox olar. Və ya burundakı qəbul edicilərdən beyinə gedən sinirlərdə meydana gələn hər hansı qüsur qoxu hissinizi tamamilə ortadan qaldırar. Çünki, meyvə bir sıra elektrik siqnallarının beyin tərəfindən şərhindən başqa bir şey deyil. “Maddənin Həqiqi Mahiyyəti – 2” yazısını okumaya devam et

Kvant Fizikası Determinizmi Əsassız Edir

Nyutondan sonra bəzi materialistlər kainatı müəyyən qanunlara görə öz-özünə fəaliyyət göstərən bir saat kimi göstərməyə çalışırdı. Burada əsas məqsəd guya kainatda Allahın müdaxiləsinin olmadığını isbat etməyə çalışmaqdı. Fəlsəfədə determinizm adlandırılan bu hərəkat bir çox insanın Allaha yəqinliklə iman etməsinə mane olmuşdu. Eləcə də materializmin bir çox cəmiyyətdə inkişafı üçün münasib zəmin meydana gətirmişdi. Ancaq bunu bilmək lazımdır ki, bütün səbəb-nəticə əlaqələri Allahın ehtişamlı yaradılış sənətinin nümunələridir. Kainatda səbəblər öz-özünə var olmur, Allahın istəyi nəticəsində mövcud olur.Digər halda isə sonsuz ziddiyyət meydana gəlir. Çünki bizə məlum olan səbəblər də kainatda olduğuna görə onların da səbəbi olmalı, o səbəblərin də başqa səbəbləri olmalıdır. Bu halda bu proses sonsuza qədər davam edər. “Kvant Fizikası Determinizmi Əsassız Edir” yazısını okumaya devam et