Suzanbağından “Kristal saray”

Londonda 1851-ci ildəki Birinci Dünya Yarmarkası üçün tikilmiş “Kristal saray” şüşə və dəmirin birləşdirilməsi ilə düzəldilmiş texnologiya möcüzəsi idi. Bu saray 35 m hündürlüyündə idi və təqribən 7500 m2-lik sahəsi vardı. Bundan əlavə, 30×120 sm ölçülərində 200.000-dən çox şüşə lövhədən təşkil olunmuşdu. “Suzanbağından “Kristal saray”” yazısını okumaya devam et

Reklamlar

Susamasaydınız, nə baş verərdi?

Allah bütün ehtiyaclarımızı mükəmməl sistemlə var etmişdir.  Oxuyacağınız iki nümunə bunun ən gözəl dəlillərindəndir…
İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk? Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz? (Vaqiə surəsi, 68-70)
İnsan qidalanmadan 1-2 həftə yaşaya bilər, su içmədən isə 3-4 gündən çox yaşaya bilməz. İnsan bədəninin 75%-i sudan ibarətdir. Tərləmə və tənəffüs vasitəsilə insan gündə 2-3 litr su itirir. İtirilən su susadıqdan sonra içilən su ilə kompensasiya edilir.
Bəs  susamasaydınız, nə baş verərdi?

“Susamasaydınız, nə baş verərdi?” yazısını okumaya devam et

Bakteriyalardakı dizayn

bakdizaynBakteriyalar gözlə görünmürlər, ancaq xüsusi hüceyrə quruluşu sayəsində hər cür şəraitə dözümlüdürlər. Bakteriyalar bitkilərdən və heyvanlardan fərqli olaraq sürətli çoxalan və biokimyəvi təsirləri baxımından canlılar aləminin tarazlığını təmin etməkdə çox böyük əhəmiyyət daşıyan bir qrupu meydana gətirirlər. Demək olar ki, hər yerdə yaşayabilirlər, bu səbəblə də hər hansı bir növ orqanizmdən daha çoxdurlar. Bu canlılar dünyanın sayca ən çox olan üzvləridir. Bütün ekosistem bakteriyaların fəaliyyətlərindən asılıdır və bakteriyalar insan həyatına bir çox şəkildə təsir edirlər.

Bakteriyalar bəzən oksigeni bol olan mühitlərə üstünlük verir, bəzən də oksigensiz torpaq altında yaşaya bilirlər. Bir qismi qidasını fotosintez yolu ilə təmin edərkən, bir qismi də üzvi maddələri tərkib hissələrinə ayıraraq enerji əldə edirlər. Hətta bir-birləri ilə eyni olduğu düşünülən bakteriyaların maddələr mübadilələri araşdırıldıqda belə, bunların, əslində, bir-birlərindən fərqli növlər olduqları aydın olur.

Bakteriyalar canlılar aləmində prokaryotlar adlandırılırlar. Sahib olduqları tək hüceyrə içində bir nüvə və sərbəst şəkildə gəzən məlumat bankları -DNT- var.  Olduqca kompleks quruluşda hüceyrə pərdəsinə və ribosoma sahibdirlər. Yer üzündəki bütün canlıların həyati funksiyalarının bir çoxu bu prokaryotik hüceyrələrin fəaliyyətlərinə bağlı olaraq reallaşır.

Bakteriyalar olduqca yüksək vəya aşağı temperatura uyğunlaşır, torpaqaltına girəbilir, havada uçur, okeanın dibində yaşaya bilir və hətta radiasiyaya qarşı dözümlü hala gələbilirlər.

Mikroorqanizmlərin quruluşunu izah edəbiləbilməyən bu canlıların strukturlarında olan estetik görünüşə heç bir məna verilə bilmir. Uyğun şəraitlərdə bakteriyalar hər 10-30 dəqiqə içində saylarını iki dəfə artırırlar. Tək bir bakteriyanın sayı əvvəl ikiyə, sonra dördə, daha sonra səkkizə çıxaraq çoxalır və bu əməliyyat bu şəkildə davam   edir. Bakteriyaların bəzi növləri -271C soyuqdan və bir neçə saat içində -190C dərəcədən müsbət 25 C-yə qədər dəyişən sürətli temperatur dəyişikliklərindən təsirlənmirlər. Bəzi növlər isə insan üçün öldürücü olan dozanın 2000qat dan çox olan bir atom radiasiyasına belə dözə bilir. Bəziləri insan və bitkilərdəki maddələr mübadiləsinin faydalı üzvü olduğu halda, bəziləri də müxtəlif xəstəliklərə səbəb olur.

Qar Kristallarındakı Dizayn

picture61Qar dənələrini araşdıran bir insan bu dənələrin çox müxtəlif formalara sahib olduqlarını görəcək. Bir kub metr qarda təxminən 350 milyon ədəd qar dənəciyi var. Bunların hamısı altıbucaqlı və kristalvari quruluşdadır, ancaq hər biri fərqli formalara malikdir. Bu formaların, fərqli şəkillərin necə yarandığı, simmetriyanın necə qurulduğu sualları alimlər tərəfindən illərdir araşdırılır. Əldə edilən hər məlumat isə qar dənələrindəki möhtəşəm sənəti ortaya çıxarır.

picture15İncə və kiçik təbəqələr, çox budaqlı ulduzlar ya da kiçik iynə başlıqlarına bənzər şəkillərdəki qar dənələrinin meydana gəlməsi tamamilə heyrətamizdir. Bir qar dənəsi 200-dən çox buz kristalından ibarətdir. Qar kristalları mükəmməl nizam içində düzülmüş su molekullarından meydana gəlir. Memarlıq şahəsəri olaraq xarakterizə edilən qar kristalları su buxarının buludlardan keçərək soyuması nəticəsində formalaşır. “Qar Kristallarındakı Dizayn” yazısını okumaya devam et

Atomdakı Qüsursuz Nizam

atomicHava, su, dağlar, heyvanlar, bitkilər, vücudunuz, oturduğunuz stul, xülasə, ən ağırından ən yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz nə varsa, hamısı atomlardan əmələ gəlmişdir. Atomlar elə kiçik hissəciklərdirlər ki, hətta ən güclü mikroskoplar belə onları göstərə bilmir. Bir atomun ölçüləri millimetrin milyonda biri qədərdir. Bu kiçikliyin insan gözündə canlandırılması mümkün deyil. Bununla bağlı belə bir nümunə gətirək. Əlinizdə bir açar olduğunu düşünün. Şübhəsiz ki, bu açarın atomlarını görməyiniz qeyri-mümkündür. Yox, əgər “atomları mütləq görmək istəyirəm” deyirsinizsə, həmin açarı təsəvvürünüzdə Yer kürəsinin miqyasına gətirin. Əlinizdəki açar dünya boyda böyüyərsə, onda içindəki atomların da hərəsi bir gilas boyda olar və siz onları görərsiniz.

Yenə də bu kiçikliyi qavramaq və hər yerin atomlarla dolu olduğunu anlada bilmək üçün bir nümunə də göstərək.Fərz edək ki, bircə duz dənəsindəki atomları saymaq istəyirik. Əgər saniyədə bir milyard (1.000.000.000) atom saya bilsəydik, bir duz dənəciyinin içindəki atomları 500 ilə sayıb qurtarmaq mümkün olardı.Yaxşı, bəs bu qədər kiçik cismin – atomun içində nə var? Məsələ ondadır ki, hədsiz dərəcədə kiçik olmasına baxmayaraq, atomun içində kainatla müqayisə olunacaq qədər qüsursuz, bənzərsiz və kompleks sistem var. Hər atom bir nüvə və nüvənin ətrafındakı orbitlərdə fırlanan elektronlardan ibarətdir. Nüvənin özü isə proton və neytron adlı hissəcikərdən meydana gəlmişdir.

Nüvədəki gizli güc

Nüvə atomun mərkəzində yerləşir və hər kimyəvi elementin atomunun xüsusiyyətinə uyğun sayda proton və neytronlardan meydana gəlmişdir. Nüvənin radiusu atomun radiusunun on mində biri qədərdir; rəqəmlə göstərsək, atomun radiusu 10-8 (0,00000001) sm, nüvənin radiusu isə 10-12 (0,000000000001) sm bərabərdir. Yəni, nüvənin həcmi atomun həcminin 10 milyardda birinə bərabərdir.

fund-particles_0001

Bu kiçikliyi təsəvvür etmək üçün bayaqkı gilas məsəlini yada salın. Əgər əlinizdək açarı dünyanın ölçülərinə gətirsəniz, onun içindəki atomların hər biri gilas boyda olardı. İndi isə həmin “gilas”ların içindəki nüvəni axtaraq. Amma bu axtarış boş yerədir – çünki hətta indiki ölçülərdə də nüvə gözlə görünməyəcək qədər kiçikdir. Nüvəni görə bilmək üçün ölçüləri yenidən dəyişdirmək lazımdır. Bu dəfə həmin “gilası”ı iki yüz metr enində nəhəng şara çevirməliyik. Həmin ölçüyə qədər böyüdülən atomun nüvəsi yenə də çox kiçik – vur-tut bir toz dənəciyi boyda olacaq. “Atomdakı Qüsursuz Nizam” yazısını okumaya devam et