Dildəki kompleks sistemlər

dildeki-kompleks-sistemlerProfessor Jozeph Brand dad bilmə duyğusu üzərində apardığı tədqiqatlarla tanınmış bir alimdir. Brandın fikrincə, dilimizin üzərinə qoyulan bir şeyin dadını bilməyimiz yalnız 0.2-0.5 saniyə davam edir. Göz açıb-bağlamaqdan daha qısa olan bu zaman ərzində nələrin reallaşdığı əsrlərdir ki, araşdırılır.

“Dildəki kompleks sistemlər” yazısını okumaya devam et
Reklamlar

İnsan bədəni haqqında bilmədiyiniz 10 maraqlı məlumat

367148-3-4-dd6f4

  • Bir adamın ağzında olan bakteriya miqdarı dünya əhalisindən daha çoxdur.
  • Bir körpənin bədənində yetkin insana nisbətən 60 ədəd çox sümük var.
  • Bədənimizdəki bakteriyaların ümumi çəkisi təxminən 1,8 kq-dır.
  • Ayıq olanda beynimiz kiçik lampanı işlədə bilən qədər elektrik yayır.
  • Barmaq izimiz kimi hər kəsin özünəməxsus dil izi də var.
  • İnsan gözü kamera olsaydı, 576 meqapiksel olardı.
  • İnsan gözü 10 milyon fərqli rəng tonunu ayırd edə bilər.
  • Sadəcə bir addım atmaq üçün bədənimizdəki əzələlərdən təxminən 200-ündən istifadə edirik.
  • Tərləyərkən gələn qoxunun tərdən deyil, bədənimizdəki bakteriyalardan gəldiyini bilirdinizmi?
  • Bədənimizdəki dəmir nisbəti təxminən 7 santimetrlik mismarın dəmir nisbətinə bərabərdir.

Orqanlarımızın bərpası və yenilənməsi

Bədənimizdə hiss etmədiyimiz, çox vaxt varlığından belə xəbərdar olmadığımız proseslər qüsursuz nizam içərsində baş verir. Həyatımız üçün əvəzsiz olan orqanların fəaliyyətini öz iradəmizlə başlatmır və davam etdirmirik. Orqanlarımız Rəbbimizin möcüzə olaraq yaratdığı mükəmməl sistemlərdən biridir. Bu orqanların hər biri insan hələ ana bətnində kiçik bir hüceyrə qrupu ikən fəaliyyətə başlayır və ölümünə qədər vəzifəsini qüsursuz şəkildə yerinə yetirir.

orqanlarin yenilenmesi

Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, ürək, beyin, qaraciyər kimi həyati əhəmiyyətə sahib olan orqanlarımızda hər hansı bir çatışmazlıq olduğu zaman bəzi zülallar və ya hüceyrələr fəaliyyətə keçərək onları bərpa edir. Əlbəttə ki, tibbi biliyi olmayan zülalların zərəri təsbit edən və buna qarşı tədbir görərək həyat xilas edə bilən şüuru yoxdur. Lakin bu vəzifəni yerinə yetirmək üçün dünyadakı bütün insanlarda mövcuddurlar. Bu mükəmməl xüsusiyyətlərə malik olan zülallar nə insan ağlının, nə də xəyali təkamül prosesinin əsəridir. Bu, hər şeyi nizamlı və qüsursuz şəkildə yaradan Allah’ın yaratmasıdır. “Orqanlarımızın bərpası və yenilənməsi” yazısını okumaya devam et