Rudiment orqan iddialarına cavab

image1) APPENDİKS

Appendiks dərsliklərdə “rudiment” orqan nümunəsi kimi göstərilən ən məşhur orqandır. Alman təkamülçü anatomu R.Viderşeym 1895-ci ildə ortaya atdığı “rudiment insan orqanları” siyahısına appendiksi də daxil etmişdi. Appendiks, əsasən, “appendisit” kimi tanınan orqandır. “Rudiment orqan iddialarına cavab” yazısını okumaya devam et

Reklamlar

Science Mag saytından xəyali «insanabənzər» nağılı: Denisovanlar

f84f8e39_denisova2DENİSOVAN İNSANI NECƏ QURAŞDIRILDI?

Məlum olduğu kimi, 2010-cu ilin dekabr ayında «Nature» jurnalında dərc edilən bir məqalə ilə yeni kəşf edilən «nəsli kəsilmiş «insanabənzər növün» tapıldığı» elan edilmişdi. Sibirin Altay dağlarında yerləşən Denisova mağarasında tapılan fosil qalıqlarından əldə edilmiş məlumatlara görə, bu nəticəyə gəlindiyi üçün «yeni növə» denisovan adamı (və ya Homo altai) adı verildi. “Science Mag saytından xəyali «insanabənzər» nağılı: Denisovanlar” yazısını okumaya devam et

Təkamülçülərdən 77 etiraf

ea227015_darwin0011. Təkamül nəzəriyyəsinin banisi Çarlz Darvin:

“Fərqli məsafələrə fokuslanmağı tənzimləyən, müxtəlif miqdarlarda işığı içəri buraxan, sferik və xromatik yayınmaya düzəliş edən bütün misilsiz mexanizmləri ilə göz kimi bir orqanın təbii seçmə yoluyla əmələ gəlmiş ola biləcəyini düşünmək, ürəkdən etiraf edirəm ki, cəfəngiyatın pik nöqtəsidir”.1

Niyə dərsliklərdən darvinizm çıxarılmalıdır?

Gecə 4:20-də oyanıb binanın damına çıxmaq və şəkil çəkib göndərmək… Növbəti gün ülgüclə qola mavi balina rəsmi çəkmək… və 50-ci mərhələnin sonunda intihar etmək… Bunlar Rusiya və Qırğızıstanda şagird və gənclər arasında məşhurlaşmış “Mavi balina” oyununun “mərhələləri”dir. Artıq 130-dan çox gəncin bu oyunun təsirinə düşərək intihar etdiyi məlumdur. Oyunun administratoru ona qoşulan gənclərə 50 maddədən ibarət tapşırıqları yerinə yetirdikdən sonra intihara hazır olduqlarını bildirərək onları ölümə təhrik etmişdir. Bu minvalla “ölüm qrupları” təşkil edən administrator həbs edilmişdir. Lakin həbsdən əvvəl verdiyi müsahibə olduqca nəzərəçarpandır. Jurnalistin: ““Ölüm qrupları”nı nə səbəbə təşkil etdiniz?” – sualına Budeykin bildirir ki: “Mən cəmiyyəti təmizləyirdim. O insanlardan, hansılar ki, heç bir fayda vermir. Bir insanlar var, bir də bioloji tullantılar. Bunlar o kəslərdir ki, cəmiyyət üçün heç bir dəyərləri yoxdur və cəmiyyətə ya zərər vurur, ya da zərəri özü ilə gətirir. Mən cəmiyyətimizi bu cür insanlardan təmizləyirdim. Mən layihənin konsepsiyasını, müəyyən mərhələlərini və etaplarını hazırladım. Normal insanları bioloji tullantılardan ayırmaq lazım idi”. (1) “Niyə dərsliklərdən darvinizm çıxarılmalıdır?” yazısını okumaya devam et

Təkamül nəzəriyyəsinin məktəb terror aktlarında rolu

Son illərdə Avropa və ABŞ məktəblərində baş verən silahlı terror hadisələrində çoxlu sayda şagird qətlə yetirilmişdir. KİV çox vaxt bu qırğınları depressiv və ya sosiopat davranışlı (anti-sosial şəxsiyyət pozuntusu) olan insanların əməli kimi tanıdıb. Ancaq diqqətlə təhlil etdikdə bu qırğınların ardında başqa amil də nəzərə çarpır: həyatın güclü ilə zəifin mübarizəsi olduğunu iddia edən təkamül nəzəriyyəsi.

Amerika Birləşmiş Ştatlarının Kolorado ştatında Kolumbayn liseyinin sonuncu sinif şagirdləri Erik Harris və Dilan Kliboldun 20 aprel 1999-cu ildə birlikdə məktəbdə etdikləri silahlı hücumda 13 nəfəri qətlə yetirmiş və daha sonra intihar etmişdilər. Bir qəzet verdiyi xəbərdə “Kolumbayn Liseyinə hücum edərək 13 yoldaşını qətlə yetirən Erik Harris və Dilan Kliboldun Darvinin təbii seçmə nəzəriyyəsindən təsirləndiyi məlum olub” cümləsi ilə bu terrorun səbəbini açıqlamışdı.

Erik Harris hücum zamanı bu zorakılıq hərəkətinin mənbəyini “Təkamül nəzəriyyəsinin məktəb terror aktlarında rolu” yazısını okumaya devam et

Kommunizm nə üçün bəşəriyyət üçün böyük təhlükədir ?

Dünyada olduğu kimi, ölkəmizdə də bəzi insanlar başlarına gələcək şeyləri dərk etmədən kommunizm adlı təhlükənin müasir dövrdə olmadığını deyərək yanılırlar. Kommunizmin XX əsrin fəlakəti olduğunu, o dövrdə hakim olub süqut etdiyini və artıq bu təhlükənin keçdiyini zənn edirlər. Bu fikrə o qədər inanıblar ki, nə başlarına gələcək təhlükədən xəbərdardırlar, nə də buna qarşı tədbir görürlər. Əksinə, “Kommunizm təhlükəsi yoxdur”, – deyərək həm ətrafdakı insanları laqeydliyə sürükləyir, həm də özləri bu bəlanın içinə düşürlər. Bu yanaşma tərzi ilə kommunist ideologiyanın asanlıqla güclənməsinə, kök salaraq yayılmasına imkan verirlər. Çünki insanlar: “Artıq kommunist təhlükə yoxdur”, – deyərək rahatladıqda və bu bəlaya qarşı heç bir tədbir almadıqda kommunizm güclənib yayılır.

kommunizm

“Kommunizm təhlükəsi XX əsrdə sona çatıb” deyənlər “Kommunizm nə üçün bəşəriyyət üçün böyük təhlükədir ?” yazısını okumaya devam et

Təkamül Yalanı

tekamulTəkamül nəzəriyyəsi canlıların varlığını və mənşəyini təsadüflərlə izah edə bilmək məqsədi ilə müxtəlif doğru olmayan ehtimallar, fərziyyələr və xəyal məhsulu olan ssenarilər hazırlayan fəlsəfə və dünya görüşüdür. Bu fəlsəfənin mənbəyi qədim dövrlərə, antik Yunanıstana qədər gedib çıxır.

Yaradılışı inkar edən bütün ateist fəlsəfələr dolayı və ya birbaşa şəkildə təkamül düşüncəsini qəbul edir və müdafiə edir. Eyni vəziyyət bu gün də bütün din əleyhində olan ideologiyalara və sistemlərə aiddir.

Təkamül nəzəriyyəsi düşüncəsi son yarım əsrdir hamıya qəbul etdirilmək üçün elmi görkəm almışdır. XIX əsrin ortalarında guya elmi nəzəriyyə olaraq irəli sürülmüş, ancaq, müdafiəçilərinin bütün cəhdlərinə baxmayaraq, bugünə qədər heç bir elmi kəşf və ya təcrübə tərəfindən sübut olunmamışdır. Nəticədə nəzəriyyənin özünə böyük ümid bağladıqları “elm” hər keçən gün nəzəriyyəni süqutuna daha da yaxınlaşdırmışdır. “Təkamül Yalanı” yazısını okumaya devam et

Darvinizmin Meydana Gəlməsi

 

charles_darwin_biographyÇarlz Darvin 1832-ci ildə İngiltərədən yola düşən və beş il ərzində dünyanın müxtəlif bölgələrinə səyahət edən H.M.S. Biql adlı rəsmi kəşf gəmisində könüllü kimi iştirak etmişdir.  Gənc Darvin bu səyahət ərzində gördüyü müxtəlif canlı növlərindən, xüsusilə də Qalapaqos adalarında gördüyü müxtəlif alacəhrə növlərindən çox təsirlənir. Bu quşların dimdiklərindəki fərqlərin müxtəlif mühitlərə uyğunlaşmalarından irəli gəldiyini düşünür.

Darvin bu səyahətinin ardınca İngiltərədəki heyvan bazarlarını gəzməyə başladı. Maldarlıqla məşğul olanların müxtəlif inək cinslərini cütləşdirərək yeni cinslər əldə etdiklərinə şahid oldu. Qalapaqos adalarında gördüyü fərqli alacəhrə növlərini də bu müşahidələrinə əlavə etməklə beynində bir nəzəriyyə formalaşdırmağa başladı. Nəticədə bu fikirlərini 1859-cu ildə nəşr edilən “Növlərin mənşəyi” adlı kitabında açıqladı. Bu kitabda bütün canlı növlərinin ortaq bir əcdaddan əmələ gəldiyini, ancaq zamanla kiçik dəyişikliklərlə bir-birlərindən təkamüllə törədiyini iddia edirdi. “Darvinizmin Meydana Gəlməsi” yazısını okumaya devam et

“Növlərin Təkamülü” İddiasının Elmə Verdiyi Zərərlər

manzara_170Yer üzündə milyonlarla canlı növu var və bu canlı növləri bir-birlərindən bir çox cəhətlərinə görə fərqlənirlər. Atlar, quşlar, ilanlar, kəpənəklər, balıqlar, pişiklər, yarasalar, soxulcanlar, qarışqalar, fillər, ağcaqanadlar, arılar, delfinlər, dəniz ulduzları, meduzalar, dəvələr… Bu canlıların hər birinin fiziki xüsusiyyətləri, yaşadıqları mühit, ov üsulları, müdafiə taktikaları, qidalanma vərdişləri, çoxalmaları, qısaca olaraq, malik olduqları hər cür xüsusiyyətləri arasında böyük fərqlər var.

Bəs bu canlılar necə meydana çıxıblar? ““Növlərin Təkamülü” İddiasının Elmə Verdiyi Zərərlər” yazısını okumaya devam et

Təkamülçülərin Nəzəriyyələrinə Dair Heç Bir Elmi Dəlili Yoxdur

 

charles_darwin_by_g-_richmondTəkamülçülər insanın m

eymunlarla ortaq əcdaddan təkamül yolu ilə əmələ gəldiyi iddiasını dəlilsiz surətdə qəbul edirlər, ancaq bu təkamülün necə baş verdiyi sualına “bilmirik, bəlkə gələcəkdə bir gün başa düşərik” şəklində heç bir elmi dəyəri olmayan cavab verirlər. Təkamülçü paleoantropoloq İleyn Morqan belə etiraf edir: “Təkamülçülərin Nəzəriyyələrinə Dair Heç Bir Elmi Dəlili Yoxdur” yazısını okumaya devam et