Fosillərin göstərdiyi həqiqət: Yaradılış

fosillerin-gosterdiyi-heqiqet-yaradilis-ThSBBu günə qədər əldə edilən fosil qeydlərinin iki əsas xüsusiyyəti var və hər iki xüsusiyyət təkamül nəzəriyyəsinin iddialarına ziddir:

Durğunluq. Növlər yer üzündə mövcud olduqları müddət ərzində heç bir dəyişikliyə məruz qalmayıblar. Fosil qeydlərində ortaya çıxdıqları anda quruluşları necə olubsa, yox olduqları anda da quruluşları eynidir. Morfoloji (forma) dəyişiklik əsasən məhduddur və müəyyən istiqaməti yoxdur. “Fosillərin göstərdiyi həqiqət: Yaradılış” yazısını okumaya devam et

Reklamlar

Kommunizm nə üçün bəşəriyyət üçün böyük təhlükədir ?

Dünyada olduğu kimi, ölkəmizdə də bəzi insanlar başlarına gələcək şeyləri dərk etmədən kommunizm adlı təhlükənin müasir dövrdə olmadığını deyərək yanılırlar. Kommunizmin XX əsrin fəlakəti olduğunu, o dövrdə hakim olub süqut etdiyini və artıq bu təhlükənin keçdiyini zənn edirlər. Bu fikrə o qədər inanıblar ki, nə başlarına gələcək təhlükədən xəbərdardırlar, nə də buna qarşı tədbir görürlər. Əksinə, “Kommunizm təhlükəsi yoxdur”, – deyərək həm ətrafdakı insanları laqeydliyə sürükləyir, həm də özləri bu bəlanın içinə düşürlər. Bu yanaşma tərzi ilə kommunist ideologiyanın asanlıqla güclənməsinə, kök salaraq yayılmasına imkan verirlər. Çünki insanlar: “Artıq kommunist təhlükə yoxdur”, – deyərək rahatladıqda və bu bəlaya qarşı heç bir tədbir almadıqda kommunizm güclənib yayılır.

kommunizm

“Kommunizm təhlükəsi XX əsrdə sona çatıb” deyənlər “Kommunizm nə üçün bəşəriyyət üçün böyük təhlükədir ?” yazısını okumaya devam et

Təkamül Yalanı

tekamulTəkamül nəzəriyyəsi canlıların varlığını və mənşəyini təsadüflərlə izah edə bilmək məqsədi ilə müxtəlif doğru olmayan ehtimallar, fərziyyələr və xəyal məhsulu olan ssenarilər hazırlayan fəlsəfə və dünya görüşüdür. Bu fəlsəfənin mənbəyi qədim dövrlərə, antik Yunanıstana qədər gedib çıxır.

Yaradılışı inkar edən bütün ateist fəlsəfələr dolayı və ya birbaşa şəkildə təkamül düşüncəsini qəbul edir və müdafiə edir. Eyni vəziyyət bu gün də bütün din əleyhində olan ideologiyalara və sistemlərə aiddir.

Təkamül nəzəriyyəsi düşüncəsi son yarım əsrdir hamıya qəbul etdirilmək üçün elmi görkəm almışdır. XIX əsrin ortalarında guya elmi nəzəriyyə olaraq irəli sürülmüş, ancaq, müdafiəçilərinin bütün cəhdlərinə baxmayaraq, bugünə qədər heç bir elmi kəşf və ya təcrübə tərəfindən sübut olunmamışdır. Nəticədə nəzəriyyənin özünə böyük ümid bağladıqları “elm” hər keçən gün nəzəriyyəni süqutuna daha da yaxınlaşdırmışdır. “Təkamül Yalanı” yazısını okumaya devam et

“Ana Təbiət” Kimdir?

birds_011Təkamülçülər təbiətin yaradıcı gücə sahib olduğunu fərz edirlər. Bu qəribə fərziyyəyə həm özləri inanır, həm də digər insanları buna inandırmağa çalışırlar. Bu məqsəd üçün əllərindəki bütün imkanları da səfərbər edirlər. Məsələn, televiziyadakı bəzi sənədli filmlərdə, jurnal, qəzet və kitablarda təbiətdəki hər hansı bir gözəllikdən danışarkən “Bu, təbiətin insana hədiyyəsidir”, “Ana Təbiətin möcüzəsidir”, “Təbiət vergisi olaraq qunduzlar özlərinə möhtəşəm bəndlər inşa edirlər” kimi ifadələrdən istifadə edirlər. Bəs təkamülçülərin yaradıcı kimi gördükləri “ana təbiət” kimdir? Təkamülçülərin “təbiətin möcüzəsi, ana təbiət” deyərək (eynilə paqanlar kimi) ilahlaşdırdıqları bu anlayışlar- ağaclar, çaylar, çiçəklər, qayalar, balıqlar, daşlar, torpaq, pişiklər, itlər qısası təbiətdə olan, lakin heç bir şüuru və yaratma gücü olmayan canlı və cansız varlıqların birləşməsindən ibarətdir. ““Ana Təbiət” Kimdir?” yazısını okumaya devam et

Fossillər Təkamülü Təkzib Edir

picture3

Darvinizmin Saxta İddiaları

Təkamül nəzəriyyəsi, bütün canlıların bir-birlərindən törədiklərini iddia edir. Buna görə əvvəldən var olan canlı növü zaman keçdikcə digərinə çevrilmiş və bütün növlər bu şəkildə ortaya çıxmışdır. Nəzəriyyəyə görə bu çevrilmə yüz milyonlarla illik dövr ərzində baş vermiş və mərhələ-mərhələ irəliləmişdir. “Fossillər Təkamülü Təkzib Edir” yazısını okumaya devam et

Yanlış İnanc: Təkamül Nəzəriyyəsi Gələcəkdə Sübut Oluna Bilər

Təkamül nəzəriyyəsini müdafiə edən bəzi insanlar çıxılmaz vəziyyətdə qaldıqda “bu günkü elmi faktlar təkamül nəzəriyyəsini dəstəkləməsə də, gələcəkdə təkamülü dəstəkləyən elmi irəliləyişlərin olacağı”nı iddia edirlər.

Əslində belə iddia ilə təkamülçülər elmi sahədəki məğlubiyyətlərini etiraf edirlər. Bu iddiada gizlənmiş həqiqəti belə ifadə edə bilərik: “Bəli, təkamül nəzəriyyəsi müdafiəçiləri olaraq müasir elmi nailiyyətlərin bu nəzəriyyənin əsassızlığını sübut etdiyini qəbul edirik. Buna görə də bu mövzunu gələcəyə həvalə etməkdən başqa çarəmiz yoxdur”.

Ancaq elm bu məntiqlə işləmir. Bir elm adamı nəzəriyyəyə bu qədər kor-koranə bağlanaraq gələcəkdə bu nəzəriyyəni sübut edəcəyini güman etdiyi dəlillərin xəyalını qurmaz. Elmin funksiyası, mövcud faktları tədqiq etmək və onlardan nəticə çıxarmaqdır. Ona görə elm adamları da elmi faktlarla sübut edilən yaradılış həqiqətini qəbul etməlidirlər.Ancaq belə təkamülçü təlqin və təbliğat, xüsusilə nəzəriyyə ilə bağlı az məlumata malik olan bəzi insanlara təsir edir. Buna görə də cavabın da ortaya qoyulması faydalıdır.

Təkamül nəzəriyyəsinin əsaslı olduğunu üç sual ilə müəyyən etmək mümkündür:

  1. 1. İlk canlı hüceyrəsi necə əmələ gəlmişdir?
  2. 2. Bir canlı növü digərinə necə çevrilir?
  3. 3. Canlıların təkamül keçirdiyinə dair dəlillər, yəni fosillər mövcuddurmu? “Yanlış İnanc: Təkamül Nəzəriyyəsi Gələcəkdə Sübut Oluna Bilər” yazısını okumaya devam et

Təkamül Nəzəriyyəsinin Elmə Verdiyi Zərərlər

man_is_but_a_wormElmin yanlış təməllər üzərində qurulmasının ən açıq nümunəsini Darvinin təkamül nəzəriyyəsində görmək mümkündür. 140 il əvvəl elm dünyasına daxil olan bu nəzəriyyə əslində bütün elm tarixinin ən böyük xətası olmuşdur.

Təkamül nəzəriyyəsi həyatın təsadüflər nəticəsində bəzi cansız maddələrin birləşməsi nəticəsində əmələ gəldiyini iddia edir. Bu iddiaya görə təsadüfən əmələ gələn bu canlılar yenə təsadüflərin nəticəsində təkamül edərək başqa canlılara çevrilmişlər. Bu ssenarinin sübut edilməsi üçün 1,5 əsrdən çoxdur ki, böyük səy göstərilir, amma elmi dəlillər hər zaman nəzəriyyənin əleyhinə işləyir. Belə ki, əldə edilən bütün dəlillərcanlıların təkamülünün əsla baş vermədiyinicanlıların bir-birinə mərhələli çevrilməsinin doğru olmadığını,  “Təkamül Nəzəriyyəsinin Elmə Verdiyi Zərərlər” yazısını okumaya devam et