Kiçik əlkimya mərkəzi: Günəş

c4e6ba33_giant_prominence_on_the_sun_eruptedBildiyimiz kimi helium-karbon çevrilməsi, qırmızı nəhənglərin əlkimyasıdır. Bizim Günəşimiz kimi daha kiçik ulduzlarda isə, daha kiçik bir əlkimya əməliyyatı baş verir. Başda da ifadə etdiyimiz kimi, Günəş, hidrogen atomlarını heliuma çevirir və sahib olduğu enerjini də bu nüvə reaksiyasından əldə edir. “Kiçik əlkimya mərkəzi: Günəş” yazısını okumaya devam et

Reklamlar

Begemotların ifraz etdikləri maye günəş kremi funksiyasını yerinə yetirir

Yaponiyalı tədqiqatçılar begemotların dərilərini günəşə və bakteriyalara qarşı mühafizə edən qırmızımtıl iki piqment ifraz etdiklərini kəşf etdilər.

Bir qrup yaponiyalı tədqiqatçı begemotu günəşə və bakteriyalara qarşı mühafizə edən bir piqment üzərində tədqiqatları genişləndirdilər. Bu maraqlı hadisəni meydana gətirən piqmentləri tədqiq edən Kimiko Hashimotonun Yokohamadakı Keio Universitetindəki həmkarlarıyla birlikdə icra etdiyi işlərin nəticələri “Nature” jurnalında nəşr olundu.

a six-day-old hippopotamus is pictured next to his mother, Kara, aged 21, on September 12, 2012 at "Planet sauvage" (wild planet) zoo in Port-Saint-Pere, western France. The birth, a rare event for this species in captivity, occured on September 7, 2012 in the zoo. AFP PHOTO FRANK PERRY

Begemotlar əslində tərləməzlər. Begemot sudan kənarda olduğu zaman dərisindəki epidermis toxumaları bədəninin istiliyinə nəzarət etməyə, onu günəşə və bakteriyalara qarşı mühafizə edə biləcək bir növ yapışqan maye ifraz edər. “Begemotların ifraz etdikləri maye günəş kremi funksiyasını yerinə yetirir” yazısını okumaya devam et