Böyrəklərdəki xüsusi hüceyrələr

boyreklerdeki-xususi-huceyreler-1Dinİnsanın varlığından xəbərsiz olduğu bir çox maddələrin orqanizmdəki miqdarı böyrəklər tərəfindən tənzimlənir. Məsələn, insanların əksəriyyəti orqanizmin toxumalarında və ya qanın tərkibində natrium molekullarının olduğunu bilmir. Lakin böyrəklər bu maddənin qandakı miqdarını gecə-gündüz daimi nəzarətdə saxlayır. Böyrəklərdə qanın tərkibindəki natriumun miqdarını tənzimləyən xüsusi qəbuledici hüceyrələr var. Əgər natriumun miqdarı aşağı düşərsə, natriumu müəyyən edən hüceyrələr bunu dərhal böyrəklərdəki natrium soran hüceyrələrə bildirirlər.

“Böyrəklərdəki xüsusi hüceyrələr” yazısını okumaya devam et

Reklamlar

İnsan bədəni robot olsaydı…

Həyatımız boyu bədənimizlə görür, eşidir, nəfəs alır, yeriyir və qaçırıq. Bədənimiz sümükləri, əzələləri, damarları, daxili orqanları ilə birlikdə mükəmməl nizama malikdir. Bu nizamın təfərrüatını təhlil etdikdə isə daha heyranedici həqiqətlə qarşılaşırıq: insan bədəni yer üzündəki ən kompleks sistemlərdən təşkil olunmuş canlı “robot”dır. Bu robotun içində ən üstün texnologiyalardan da üstün texnologiyaya malik cihazlar, Allah`ın izni ilə hərəkət edən, öz sahəsində ixtisaslaşmış fərdlər, tam təchizatlı əsgərlər və başqa sistemlər mövcuddur. Bədənin içindəki sistemlərin bu nizamını və bütün üstün sistemləri yaradan göylərin, yerin və bunların arasındakıların hakimi olan uca Allah`dır.
Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya saldı. (İnfitar surəsi, 6-7)
 eset-robot-1600x2560
Beyin/kompyuter

“İnsan bədəni robot olsaydı…” yazısını okumaya devam et