Bitkilərin rəngarəngliyi sənət nümunəsidir

bitkilerin-rengarengliyi-senet-numunesidir-0bI0·         Ətrafınızdakı çiçəklərin nə üçün bu qədər müxtəlif rəngləri olduğunu heç düşünmüsünüzmü?

·         Bitkilərin yarpaqları nə üçün yaşıldır?

·         Metrlərlə hündürlüyü olan ağacların ən ucdakı budaqları belə yaşıl rəngini necə qoruyur?

Meyvələr, tərəvəzlər, çiçəklər və ağacların hər birinin müxtəlif rəngi, qoxusu və dadı var. Şübhəsiz ki, bu xüsusiyyət Allah`ın yaratma sənətinin dəlillərindəndir. Ətrafınızda hər an gördüyünüz, bəzən də ancaq kitablardan tanıdığınız bitkilərin hər birinin özünəməxsus rəng və naxışları var. “Bitkilərin rəngarəngliyi sənət nümunəsidir” yazısını okumaya devam et

Reklamlar

Yarpaqların informasiya emalı

yarpaqlarin-informasiya-emali-0xQyBitkilərin nəfəs alması yarpaqlardakı çox kiçik ağızcıqlar (stomata) vasitəsilə baş verir. Ağızcıq mümkün qədər çox miqdarda CO2 (karbon) qəbul edəcək şəkildə açılıb bağlanarkən bitki üçün son dərəcə əhəmiyyətli bir qaynaq olan su buxarını mümkün qədər az miqdarda xaric edər. Ancaq bitki bu məhsuldarlığı təmin edərkən ətrafında bir problemlə qarşılaşır: Yarpaqlar hissələrə bölünmüşdür və bu hissələr üzərlərindəki ağızcıqların açıq və ya qapalı şəkildə olması cəhətdən bir-birindən fərqlənir. (1) Aparılan son araşdırmalara qədər bu bölünməyə görə CO2 qəbulunda durğunluq yarandığı düşünülürdü. “Yarpaqların informasiya emalı” yazısını okumaya devam et

Zülallar çiçək açmağa səbəb olur

a3ee36c887ecae9e87c422c5a58cb410Çiçəkli bitkilər üzərində aparılan son tədqiqatlar nəticəsində bu bitkilərin sanki nə zaman çiçək açacaqlarını bildikləri aşkar edilib.

Halbuki bu mövzu 80 ildir ki, alimlər üçün müəmmalı idi. Bildiyiniz kimi doğru zamanda çiçək açma bitkilərin çoxalması üçün çox vacibdir. Ancaq bir bitkinin çiçək açması üçün hüceyrə daxilində bir sıra molekulyar proses, bitkiyə aid bioloji saat və günəşdən gələn işıq bir-birinə uyğun olmalıdır. “Zülallar çiçək açmağa səbəb olur” yazısını okumaya devam et

Sadə yarpaqların mürəkkəb quruluşu.

XVII əsrdə yaşamış belçikalı fizik  Yan Baptist van Helmont elmi təcrübələrindən birində söyüd ağacının böyüməsini müşahidə edir və müxtəlif ölçmələr aparır. Ağacı əvvəlcə çəkir, 5 il sonra yenidən çəkir və ağırlığının 75 qr artdığını görür. Bitkinin böyüdüyü qabdakı torpağı çəkdikdə isə 5 il ərzində sadəcə bir neçə qram azaldığını görür. Fizik van Helmont bu təcrübəsində söyüd ağacının böyüməsinin səbəbinin sadəcə dibçəkdəki torpaq olmadığını aşkar edir. Bitki böyümək üçün torpağın çox az hissəsindən istifadə etdiyinə görə, deməli, başqa yerdən qida alır.

XVII əsrdə van Helmontun kəşf etməyə çalışdığı bu hadisə bəzi mərhələləri dövrümüzdə belə tam məlum olmayan fotosintez prosesidir. Yəni bitkilər qidalarını özləri hasil edirlər.

Bitkilər qida hasil edərkən təkcə torpaqdan faydalanmırlar. Torpaqdakı minerallarla yanaşı, sudan və havadakı karbon qazından istifadə edirlər. Bu xammalları götürüb yarpaqlardakı mikroskopik fabriklərdə emal edərək fotosintez edirlər.

Yarpaqlar xüsusilə bitkilərin qida hasil etməsi, tənəffüs etməsi kimi proseslər üçün dizayn olunublar. Bir az sonra təfərrüatı ilə görəcəyimiz bu dizayn, əlbəttə, bizə yarpaqları dizayn edən üstün qüvvət sahibi Allah`ın varlığını sübut edən dəlillərdəndir.

 Yarpaqların xüsusi formasının səbəbi

images

 Həm ümumi quruluş cəhətdən, həm də mikroskopik cəhətdən təhlil edildikdə yarpaqların ən çox enerji hasilatını təmin etmək üçün yaradılmış, çox dəqiq, kompleks sistemlərə malik olduğunu görərik. Yarpaq enerji hasil etmək üçün temperatur və karbon qazını xarici mühitdən almalıdır. Yarpağın quruluşu da bu iki maddəni asanlıqla qəbul edəcək şəkildə tənzimlənmişdir.

Əvvəlcə, yarpaqların xarici quruluşunu təhlil edək.

Yarpaqların xarici səthi genişdir. Bu da fotosintez üçün lazım olan qaz mübadiləsinin (karbon qazının qəbul edilməsi və oksigenin xaric edilməsi) asanlıqla həyata keçirilməsini təmin edir.

Yarpağın yastı forması isə bütün hüceyrələrin xarici mühitə yaxın olmasına səbəb olur. Bu sayədə, qaz mübadiləsi asanlaşır və günəş şüaları fotosintez edən hüceyrələrin hamısına çatır. Bunun əksini təsəvvür edək. Yarpaqlar yastı və zərif quruluşda deyil, hər hansı həndəsi və ya mənasız formada olsaydı, yarpaq fotosintez prosesini sadəcə günəşin birbaşa təmas etdiyi hissələrdə həyata keçirərdi. Bu da bitkilərin kifayət qədər enerji və oksigen hasil etməsinə mane olardı. Nəticədə, canlılar enerjidən məhrum olardılar.

Yarpaqlar bitkilərin həm nüvə enerjisi hasil edən stansiyaları, həm qida hasil edən fabrikləri, həm də mühüm reaksiyaları həyata keçirdikləri laboratoriyalarıdır. Yarpaqlarda həyati əhəmiyyət daşıyan proseslərin necə baş verdiyini anlamaq üçün yarpaqların fizioloji quruluşunu da təhlil etmək lazımdır.

Yarpaqların daxili quruluşu

Yarpağı eninə kəsərək təhlil etsək, dörd təbəqəli quruluşla qarşılaşarıq.

biologiya-yarpan-daxili-quruluu-3-638

Bu təbəqələrdən birincisi xloroplast olmayan epidermis təbəqəsidir. Yarpağı altdan və üstdən örtən epidermis təbəqəsinin xüsusiyyəti yarpağı xarici amillərin təsirindən qorumaqdır. Epidermisin üstü qoruyucu, sukeçirməz mumabənzər maddə ilə örtülüdür. Bu maddə kutikula adlanır. Yarpağın daxili toxumasına baxdıqda isə, əsasən, 2 hüceyrə təbəqəsindən ibarət olduğunu görürük. Daxili toxumanı təşkil edən palisad toxumada xloroplastla zəngin olan hüceyrələr aralarında heç boşluq buraxmadan yan-yana düzülürlər. Bu toxuma fotosintezi həyata keçirən toxumadır. Palisad toxumanın altında yerləşən süngər toxuma isə tənəffüsü təmin edir. Süngər toxumadakı hüceyrələr digər hissələrdəki hüceyrələrə nisbətən daha boş şəkildə bir-birinə birləşiblər. Bundan əlavə, bu toxumanın hüceyrələri arasında hava ilə dolu boşluqlar var.

Göründüyü kimi, bu toxumaların hamısı yarpağın quruluşunda mühüm funksiyalar yerinə yetirir. Bu quruluş yarpaqda işığın daha yaxşı paylanmasını təmin edərək fotosintez prosesinin baş verməsi üçün böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, yarpağın səthinin ölçüsünə görə yarpağın funksionallıq (tənəffüs, fotosintez) qabiliyyəti artır. Məsələn, sıx tropik meşələrdə, əsasən, geniş yarpaqlı bitkilər yetişir. Bunun çox mühüm səbəbləri var. Daima çoxlu miqdarda yağış yağan, sıx ağaclardan ibarət tropik meşələrdə günəş işığının bitkilərin hər tərəfinə bərabər çatması çox çətindir. Bu da işığı qəbul etmək üçün yarpaq səthinin geniş olmasını tələb edir. Günəş işığının çətinliklə daxil olduğu sahələrdə bitkilərin qida hasil etməsi üçün yarpaq səthlərinin geniş olması böyük əhəmiyyət daşıyır. Çünki bu xüsusiyyətləri sayəsində tropik bitkilər müxtəlif yerlərdən ən çox faydalanacaqları şəkildə günəş işığı ala bilirlər.

Əksinə, quru, sərt iqlim qurşaqlarında kiçik yarpaqlı bitkilər yetişir. Çünki bu iqlim şəraitində bitkilər temperatur itirməməlidirlər. Yarpaq səthi geniş olduqda su buxarlanması, dolayısilə, temperatur itkisi artır. Bu səbəbdən, işığı qəbul edən yarpaq səthi bitkinin suya qənaət etməsi üçün xüsusi dizayn edilmişdir. Səhra mühitində yarpaq səthi bir az da kiçilir. Məsələn, kaktuslarda yarpaq əvəzinə tikanlar var. Bu bitkilərdə fotosintez ətli gövdədə həyata keçirilir. Gövdə həm də suyun tədarük edildiyi yerdir.

Buraya qədər verilən bir neçə nümunədən də göründüyü kimi, bitkilərdə qüsursuz sistemlər qurulub və bu sistemlər yaradıldıqları andan etibarən heç bir dəyişiklik olmadan dövrümüzə qədər gəlib çatmışdır. Yarpaq tökülməsi, bitkilərin özlərini günəşə doğru çevirməsi, bitkilərin yaşıl rəngi, gövdələrindəki oduncaq quruluş, kökləri, meyvələrin əmələ gəlməsi kimi bütün xüsusiyyətləri bənzərsizdir. Bitkilərdəkindən daha yaxşı sistemlərin əmələ gətirilməsi, hətta yarpaqlarda baş verən proseslərin (məsələn, fotosintez) müasir texnologiya ilə həyata keçirilməsi qeyri-mümkündür.

Bu isə yarpaqların təsadüfən əmələ gəlmədiyini sübut edir. Yarpaqları ən mükəmməl quruluşda yaradan bütün aləmlərin Rəbbi olan Allah`dır:

“Sadə yarpaqların mürəkkəb quruluşu.” yazısını okumaya devam et

Həyəcan siqnalı verən bitkilər

Bir çox insan elə düşünür ki, bitkilər təhlükədən qaça bilmədikəri üçün düşmənlərinə dərhal təslim olurlar. Ancaq aparılan tədqiqatlar bunun heç də belə olmadığını sübut edir. Əksinə bitkilər də ağıllı taktikalarla düşmənlərindən müdafiə olunurlar.

heyecan tebili calan bitkiler

Məsələn, yarpaqlarını gəmirən böcəkləri uzaqlaşdırmaq üçün zərərli kimyəvi maddə ifraz edirlər, ya da böcəklərlə qidalanan ovçu böcəkləri cəlb edən kimyəvi qoxu ifraz edirlər. Şübhəsiz ki, bu taktika çox məntiqlidir. Təsərrüfat fəaliyyətlərində də bu taktikanı təqlid edirlər. Almaniyadakı Maks Plank Kimyəvi Ekologiya İnstitutunda bitkilərin müdafiə genetikası sahəsində tədqiqatlar aparan Conatan Gerşenzon (Jonathan Gershenzon) deyir ki, bu ağıllı strategiya çox yaxşı təqlid edilsə, əkinçilikdə məhsulları zəhərsiz dərmanlamaq düşünülür.

“Həyəcan siqnalı verən bitkilər” yazısını okumaya devam et

Yaşıl möcüzə: “Xlorofil”

plant_048-300x225İnsan saniyənin mində biri ilə saniyənin iki mində biri arasındakı fərqi ayırd edə bilmir. Hər iki müddət insanın anlamayacağı və qavramayacağı qədər kiçikdir. Saniyənin on milyonda biri kimi kiçik olan müddət isə insanın xəyal belə edə bilmədiyi kiçik zamandır. Məhz yarpaqlardakı xlorofil molekulları bu qısa müddət ərzində hərəkətə keçir və möhtəşəm işlər görür.

Bir millimetrlik sahə düşünək. Bu sahə bir qələmin ucu qədər kiçik yeri tutur. İndi bu kiçik yerə 500 min xüsusi cihaz yerləşdirək. Bu cihazların hər biri xüsusi dizayna və funksiayaya sahib olsun. Bundan başqa, 500 min cihazı xüsusi sistemlə qoruyaq.

Bəlkə bu ssenari oxunduğu zaman imkansız görünə bilər. Ancaq Allahın yaratması qüsursuz və möcüzəvidir. Yuxarıda bəhs etdiyimiz misal həyatda mövcuddur. Bir yarpağın ortasındakı bir millimetrlik sahədə 500 min xlorofil mövcuddur. Çox qarışıq dizayna sahib  olan “xlorofil molekulları” insan həyatı üçün çox vacib funksiyanı yerinə yetirir. “Yaşıl möcüzə: “Xlorofil”” yazısını okumaya devam et