Bitkilərin rəngarəngliyi sənət nümunəsidir

bitkilerin-rengarengliyi-senet-numunesidir-0bI0·         Ətrafınızdakı çiçəklərin nə üçün bu qədər müxtəlif rəngləri olduğunu heç düşünmüsünüzmü?

·         Bitkilərin yarpaqları nə üçün yaşıldır?

·         Metrlərlə hündürlüyü olan ağacların ən ucdakı budaqları belə yaşıl rəngini necə qoruyur?

Meyvələr, tərəvəzlər, çiçəklər və ağacların hər birinin müxtəlif rəngi, qoxusu və dadı var. Şübhəsiz ki, bu xüsusiyyət Allah`ın yaratma sənətinin dəlillərindəndir. Ətrafınızda hər an gördüyünüz, bəzən də ancaq kitablardan tanıdığınız bitkilərin hər birinin özünəməxsus rəng və naxışları var. “Bitkilərin rəngarəngliyi sənət nümunəsidir” yazısını okumaya devam et

Reklamlar

Suzanbağından “Kristal saray”

Londonda 1851-ci ildəki Birinci Dünya Yarmarkası üçün tikilmiş “Kristal saray” şüşə və dəmirin birləşdirilməsi ilə düzəldilmiş texnologiya möcüzəsi idi. Bu saray 35 m hündürlüyündə idi və təqribən 7500 m2-lik sahəsi vardı. Bundan əlavə, 30×120 sm ölçülərində 200.000-dən çox şüşə lövhədən təşkil olunmuşdu. “Suzanbağından “Kristal saray”” yazısını okumaya devam et

Hörümçəyin yabanı arını ovlama səhnəsini əks etdirən 110 milyon il yaşı olan fosillər

images1

Paleontoloqlar hörümçəklə yabanı arının kəhrəba içində mükəmməl şəkildə qorunmuş fosilini tapıblar. Myanmada tapılmış fosilin təxminən 97-110 milyon il yaşında olduğu bildirilir. Ən maraqlısı budur ki, hörümçəyin yabanı arını ovlama səhnəsi bütün incəlikləri ilə kəhrəbanın içində mükəmməl şəkildə qalmışdır.

 

Amerikanın Oreqon Universitetindən (Oregon State University) zoologiya üzrə professor Corc Poynar (George Poinar): “Cavan hörümçək balaca yabanı arını yeməyə hazırlaşırdı, lakin bu ona qismət olmayıb. Bitkidən axan qətran hər ikisini əhatəyə alaraq udub və hörümçəyi əbədi intizarda qoyub”.

 

Amerikanın Kentukki ştatından olan alim, həmçinin kolleksioner Ron Bakli (Ron Buckley) isə bildirib ki, hörümçəyin ova hazırlaşma səhnəsini əks etdirən kəhrəba ilk dəfədir ki, rast gəlinmişdir. Kəhrəbada hörümçəyin torunu da görmək mümkündür. Bu barədə Historical Biology jurnalı xəbər verdi.

 

Azotdakı Tarazlıq və Bakteriyalar

manzara_196Yer kürəsinin insan həyatı üçün yaradıldığının başqa bir göstəricisi də yer üzündəki azot dövranıdır. Azot bütün canlıların toxumalarında mövcud olan ən əsas elementlərdən biridir. Atmosferin 78%-ni təşkil etdiyi halda havadakı azot insanlar və heyvanlar tərəfindən birbaşa qəbul edilmir. Azot ehtiyacının təmin edilməsində ən mühüm vəzifəni bakteriyalar həyata keçirir. “Azotdakı Tarazlıq və Bakteriyalar” yazısını okumaya devam et

Su Dövranı və Həyat

world_scenes-262Hər an milyonlarla kub metr su okeanlardan atmosferə, oradan da quruya ötürülür. İnsan həyatı ancaq bu nəhəng su dövranı nəticəsində davam edir. Əgər bu dövranı biz özümüz təşkil etməyə çalışsaq, şübhəsiz, dünyanın bütün texnologiyasını birləşdirsək də, bacarmazdıq. Ancaq buxarlanma yolu ilə həyatımızın birinci şərti olan su bizə təmənnasız və zəhmətsiz şəkildə verilir. Hər il okeanlardan 45 milyon msu buxarlanır. Buxarlanan su buludlara çevrilərək küləklər vasitəsilə quruya endirilir və beləliklə hər il 3-4 milyon kmsu okeanlardan quruya, yəni bizə ötürülür. Qısaca desək, bizim heç cür dövranını idarə edə bilmədiyimiz və onsuz bir neçə gündən artıq yaşaya bilməyəcəyimiz su bizə xüsusi şəkildə göndərilir.

yagisYAĞIŞDAKI ÖLÇÜ

Yağış müəyyən ölçü ilə endirilir. Yağışdakı bu ölçü də dövrümüzdəki araşdırmalar nəticəsində müəyyən edilmişdir. Hesablamalara görə, yer üzündən bir saniyədə 16 milyon ton su buxarlanır. Bir ildə bu miqdar 505 trilyon tona çatır. 16 milyon ton su eyni zamanda bir ildə Yerə yağan yağışın miqdarıdır. Yəni su davamlı bir tarazlıqdadır, müəyyən “ölçü əsasında“ dövran edir. Yer üzündəki həyatın davamı da bu su dövranı sayəsində təmin edilir. İnsan malik olduğu bütün texnoloji imkanlardan istifadə etsə də, bu dövranı əsla süni surətdə həyata keçirə bilməz.

Əgər bu miqdarda çox kiçik dəyişiklik olsa, qısa müddətdən sonra böyük ekoloji tarazsızlıq meydana gələr və bu da həyata son qoyar. Lakin heç vaxt belə olmur; yağış yer üzünə hər il eyni miqdarda enir. “Su Dövranı və Həyat” yazısını okumaya devam et

Atmosferin Həyat üçün Uyğunluğu

2004-0917station-fullYer kürəsi həm həyat üçün lazımi temperatura, həm lazımi kütləyə, həm də həyatı qoruyan xüsusi qalxanlara malikdir. Amma bunlar Yerdəki həyatın mövcud olması üçün qaneedici şərtlər deyl. Çox vacib başqa bir şərt isə atmosferin quruluşudur.

Elmi-fantastik filmlər insanları bəzən səhv istiqamətləndirirlər. Buna bir misal olaraq bu filmlərdə tez-tez rast gəlinən “asan atmosfer uyğunluğu”nu göstərmək olar. Kosmik gəmidə uzaq bir planetə yaxınlaşan insanlar planetə enməzdən əvvəl atmosferinin tənəffüs üçün yararlı olub-olmadığını yoxlayırlar. Və adətən tənəffüs üçün yararlı çıxır. Bu ssenarilər insanın asanlıqla və təsadüfən uyğun atmosferlər tapa biləcəyi kimi bir təsəvvür verir. Lakin əgər həqiqətən kosmik gəmilər ilə kainatın dərinliklərinə səyahət etsəydik, Yerdən başqa digər planetlərdə tənəffüs üçün yararlı atmosfer tapmaq demək olar ki, mümkün olmazdı. Çünki Yerin atmosferi həyat üçün lazımlı son dərəcə xüsusi şərtləri birləşdirərək nizamlanmış qeyri-adı tərkibdir.Yerin atmosferi 77% azot, 21% oksigen və 1% karbondioksid və arqon kimi digər qazların qarışığından ibarətdir.  Bu qazlardan ən vacibi olan oksigendən başlayaq. Oksigen çox vacibdir, çünki insan kimi kompleks orqanizmlərə malik canlıların enerji əldə etmək üçün istifadə etdikləri kimyəvi reaksiyaların çoxu oksigen vasitəsilə baş tutur. Karbon birləşmələri oksigenlə reaksiyaya girirlər. Reaksiya nəticəsində su, karbondioksid və enerji ayrılır. Hüceyrələrimizdə istifadə etdiyimiz və ATF (adenozin trifosfat) adlandırılan enerji torbacıqları bu reaksiya nəticəsində əmələ gəlir. Bizim də məhz bu səbəbdən davamlı olaraq oksigenə ehtiyacımız var və bu ehtiyacı təmin etmək üçün tənəffüs edirik.

İşin maraqlı tərəfi budur ki, nəfəs aldığımız havadakı oksigen nisbəti son dərəcə həssas şəkildə tarazlanmışdır. Maykl Denton bu barədə belə yazır:

“Atmosferimiz daha çox oksigenə malik ola və buna baxmayaraq, həyat üçün imkan yarada bilərdi? Xeyr! Oksigen çox reaktiv elementdir. Hal-hazırda atmosferdə olan oksigenin nisbəti, yəni 21% həyat üçün lazım olan ideal ölçüdədir. 21%-dən artıq olan hər 1%-lik oksigen bir ildırımın meşə yanğınını əmələ gətirmə ehtimalını 70% artıracaqdır.”  (Michael Denton, Nature’s Destiny, s. 121) “Atmosferin Həyat üçün Uyğunluğu” yazısını okumaya devam et

Bunları bilirsinizmi?

cicek3

Nektarı olmayan bitkilər necə döllənirlər?

Bəzi bitkilər həşəratları özlərinə çəkmək üçün nektarları olmadığı halda, nektarları olan çiçəklərin rəngində olurlar. Aralıq dənizi iqlimində olan meşələrdə bir yerdə bitən bənövşəyi zəngçiçəyi ilə orxideya növü olan qırmızı sefalanda bitkisi buna gözəl nümunədir. Bənövşəyi zəngçiçəkləri arılar üçün cəzbedici nektar ifraz edir, qırmızı sefalanda isə bu xüsusiyyətə sahib deyil. Hər baxımdan bir-birindən fərqli olan iki bitkini yarpaq kəsən çöl arıları dölləndirirlər. Yarpaq kəsən arılar zəngçiçəyini dölləndirərkən, qırmızı sefalandanın da döllənməyə ehtiyacı olduğunu bilirlər. Nektarı olmayan bitkini dölləndirən arılar elm adamlarını maraqlandırmış və onlar bunun səbəbini araşdırmışlar.

Bu sualın cavabı spektrofotometr adlandırılan bir alətlə aparılan araşdırma nəticəsində ortaya çıxmışdır. Məlum olmuşdur ki, çiçəklərin yaydığı ətrin dalğa uzunluğunu yarpaq kəsən arılar seçə bilmirlər. Çiçək tozu yayıcıları üçün rəng amili əhəmiyyətli  olduğundan nektar ifraz edən zəngçiçəyinə gedən arılar onun yanında olan və eyni rəngdə gördüyü, ancaq nektarı olmayan qırmızı sefalanda orxideyasını da dölləndirirlər. Bu orxideya Rəbbimizin bir lütfü olaraq zəngçiçəyi ilə olan bənzərliyi sayəsində nəslini davam etdirir. “Bunları bilirsinizmi?” yazısını okumaya devam et

Su və Bitkilər Arasındakı Ahəng

Title Goes Here

Otlardan tutmuş hündür ağaclara və cürbəcür çiçəklərə qədər bütün bitkilər torpaqdan aldıqları suyu və qidaları ən ucqar budaqlarına, ən kiçiyindən ən böyüyünə qədər bütün yarpaqlarına çatdıra bilirlər. Ancaq daşıma prosesi sadəcə bitkilərdəki sistemlər sayəsində həyata keçmir. Bu daşımanın həyata keçməsi üçün eyni zamanda suyun xüsusiyyətləri də bitkilərin quruluşu ilə uyğunluq təşkil etməlidir.

Suyun ümumi quruluşunu nəzərdən keçirərək bu uyğunluğa baxaq. “Su və Bitkilər Arasındakı Ahəng” yazısını okumaya devam et