Müasir elm: kainat yoxdan yaradılmışdır

1514c49f_kainat-yaradilmisdir“Klassik olaraq, “böyük partlayış” (Big Bang) nəzəriyyəsi, kainatın bütün parçalarının birdən genişlənməyə başladığını qəbul edir. Lakin kainatın bütün parçaları necə eyni anda genişlənməyə başlaya bilər? Əmri verən kimdir?” Andrey Linde (kosmologiya professoru) (1). “Müasir elm: kainat yoxdan yaradılmışdır” yazısını okumaya devam et

Reklamlar

Allahın yoxdan yaratması elmi həqiqətdir

Keçmişdəki bəzi yunan filosoflarının təsirində qalan bir sıra mütəfəkkirlər materializmi son bir neçə əsrdə yenidən gündəmə gətirmişdilər. Materialistlərin ən təməl iddiası maddənin əzəli olduğu iddiası idi. Belə ki, Lavuazye adlı materialist bu düşüncəni “heç nə itmir və heç nə yoxdan yaranmır” kimi ifadə etmişdi. Bu ifadə kifayət qədər çox materialist üçün uzun müddət şüara çevrilmişdi.

Əlbəttə ki, hər hansı dəlilə söykənməyən bu iddianın əqli və vicdani cəhətdən heç bir əsası olmadığı göz qabağındadır. “Allahın yoxdan yaratması elmi həqiqətdir” yazısını okumaya devam et

DƏQİQƏDƏ 36 MİLYON ƏMƏLİYYAT APARAN FERMENTLƏR

Canlıların bədənlərində hər saniyə sayıla bilməyəcək qədər çox əməliyyat həyata keçir. Bu əməliyyatlar o qədər təfsilatlıdır ki,hər mərhələdə hər şeyənəzarət edən, nizamlayan və hadisələri sürətləndirən “super nəzarət edicilərin” müdaxiləsinə ehtiyac vardır. İnsan bədənindəki bu super nəzarət edicilər, fermentlərdir.

Hər canlı hüceyrədə, hər biri öz xüsusi işini görən, məsələn DNT köçürməsinəkömək edən, qida maddələrini parçalayan, qidalardan enerji əldə edən, sadə molekullardan zəncir düzəldilməsini təmin edən və bunlar kimi saysız işlər görən minlərlə ferment var.

Fermentlər hüceyrənin içindəki mitoxondrilərdə istehsal edilir. Böyük hissəsi zülallardan ibarətdir, qalanları isə vitamin və vitaminə oxşar maddələrdir. Əgər bu fermentlər olmasaydı, ən sadəsindən ən mürəkkəbinə qədər heç bir funksiyanız işləməzya da dayanma həddinə qədər yavaşlayardı. Nəticədə hər iki halda da vəziyyət dəyişməzdi və ölüm reallaşardı. Nəfəs ala bilməz, bir şey yeyə bilməz, həzm edə bilməz, görə bilməz, danışa bilməz qısacası yaşaya bilməzdik. “DƏQİQƏDƏ 36 MİLYON ƏMƏLİYYAT APARAN FERMENTLƏR” yazısını okumaya devam et

Kainatın Yaradılışı: Böyük Partlayış

hs-2005-37-a-1024_wallpaper3Bir partlayış xəbəri eşitdiyimizdə təlaşlanar və vurduğu zərərləri ilə maraqlanarıq. Ölülər, yaralılar, dağılan binalar, qırılan şüşələr və s… Yəni bir partlayış olduğunda zərər və nizamsızlıq meydana gəlir. Nə qədər güclü olursa olsun partlayıcıdan istifadə edərək bir şəhəri abad edə bilməzsiniz və ya bir təyyarəni daha təkmilləşmiş texnoloji səviyyəyə çatdıra bilməzsiniz. Harada olursa-olsun bir partlayışdan sonra eyni yerdə rəngarəng çiçəklərin olduğu, müxtəlif canlıların yaşadığı mənzərə ilə qarşılaşa bilməzsiniz… Ancaq dünyamız da, içərisində olduğumuz kainat da təxminən 15 milyard il əvvəl Böyük Partlayış (Big Bang) nəticəsində ortaya çıxmış və genişləyərək indiki formasını almışdır! Yəni partlayış ilə nizam qurulmuşdur. Əgər biri sizə bütün kainatın bir nöqtənin içinə sıxışdırıldığını və bu nöqtənin partlayışdan sonra bütün ulduzları, planetləri və dünyamızı meydana gətirdiyini söyləyirsə burada fövqəladə vəziyyət var. Bizim bildiyimiz bütün partlayışlar dağıdıcı və məhvedici olduğu halda, bütün kainatı bir partlayışın meydana gətirməsi çox xüsusi vəziyyətin olduğunu göstərir. “Kainatın Yaradılışı: Böyük Partlayış” yazısını okumaya devam et