İnsan bədəni haqqında bilmədiyiniz 10 maraqlı məlumat

367148-3-4-dd6f4

  • Bir adamın ağzında olan bakteriya miqdarı dünya əhalisindən daha çoxdur.
  • Bir körpənin bədənində yetkin insana nisbətən 60 ədəd çox sümük var.
  • Bədənimizdəki bakteriyaların ümumi çəkisi təxminən 1,8 kq-dır.
  • Ayıq olanda beynimiz kiçik lampanı işlədə bilən qədər elektrik yayır.
  • Barmaq izimiz kimi hər kəsin özünəməxsus dil izi də var.
  • İnsan gözü kamera olsaydı, 576 meqapiksel olardı.
  • İnsan gözü 10 milyon fərqli rəng tonunu ayırd edə bilər.
  • Sadəcə bir addım atmaq üçün bədənimizdəki əzələlərdən təxminən 200-ündən istifadə edirik.
  • Tərləyərkən gələn qoxunun tərdən deyil, bədənimizdəki bakteriyalardan gəldiyini bilirdinizmi?
  • Bədənimizdəki dəmir nisbəti təxminən 7 santimetrlik mismarın dəmir nisbətinə bərabərdir.
Reklamlar

Begemotların ifraz etdikləri maye günəş kremi funksiyasını yerinə yetirir

Yaponiyalı tədqiqatçılar begemotların dərilərini günəşə və bakteriyalara qarşı mühafizə edən qırmızımtıl iki piqment ifraz etdiklərini kəşf etdilər.

Bir qrup yaponiyalı tədqiqatçı begemotu günəşə və bakteriyalara qarşı mühafizə edən bir piqment üzərində tədqiqatları genişləndirdilər. Bu maraqlı hadisəni meydana gətirən piqmentləri tədqiq edən Kimiko Hashimotonun Yokohamadakı Keio Universitetindəki həmkarlarıyla birlikdə icra etdiyi işlərin nəticələri “Nature” jurnalında nəşr olundu.

a six-day-old hippopotamus is pictured next to his mother, Kara, aged 21, on September 12, 2012 at "Planet sauvage" (wild planet) zoo in Port-Saint-Pere, western France. The birth, a rare event for this species in captivity, occured on September 7, 2012 in the zoo. AFP PHOTO FRANK PERRY

Begemotlar əslində tərləməzlər. Begemot sudan kənarda olduğu zaman dərisindəki epidermis toxumaları bədəninin istiliyinə nəzarət etməyə, onu günəşə və bakteriyalara qarşı mühafizə edə biləcək bir növ yapışqan maye ifraz edər. “Begemotların ifraz etdikləri maye günəş kremi funksiyasını yerinə yetirir” yazısını okumaya devam et

Orqanlarımızın bərpası və yenilənməsi

Bədənimizdə hiss etmədiyimiz, çox vaxt varlığından belə xəbərdar olmadığımız proseslər qüsursuz nizam içərsində baş verir. Həyatımız üçün əvəzsiz olan orqanların fəaliyyətini öz iradəmizlə başlatmır və davam etdirmirik. Orqanlarımız Rəbbimizin möcüzə olaraq yaratdığı mükəmməl sistemlərdən biridir. Bu orqanların hər biri insan hələ ana bətnində kiçik bir hüceyrə qrupu ikən fəaliyyətə başlayır və ölümünə qədər vəzifəsini qüsursuz şəkildə yerinə yetirir.

orqanlarin yenilenmesi

Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, ürək, beyin, qaraciyər kimi həyati əhəmiyyətə sahib olan orqanlarımızda hər hansı bir çatışmazlıq olduğu zaman bəzi zülallar və ya hüceyrələr fəaliyyətə keçərək onları bərpa edir. Əlbəttə ki, tibbi biliyi olmayan zülalların zərəri təsbit edən və buna qarşı tədbir görərək həyat xilas edə bilən şüuru yoxdur. Lakin bu vəzifəni yerinə yetirmək üçün dünyadakı bütün insanlarda mövcuddurlar. Bu mükəmməl xüsusiyyətlərə malik olan zülallar nə insan ağlının, nə də xəyali təkamül prosesinin əsəridir. Bu, hər şeyi nizamlı və qüsursuz şəkildə yaradan Allah’ın yaratmasıdır. “Orqanlarımızın bərpası və yenilənməsi” yazısını okumaya devam et

Azotdakı Tarazlıq və Bakteriyalar

manzara_196Yer kürəsinin insan həyatı üçün yaradıldığının başqa bir göstəricisi də yer üzündəki azot dövranıdır. Azot bütün canlıların toxumalarında mövcud olan ən əsas elementlərdən biridir. Atmosferin 78%-ni təşkil etdiyi halda havadakı azot insanlar və heyvanlar tərəfindən birbaşa qəbul edilmir. Azot ehtiyacının təmin edilməsində ən mühüm vəzifəni bakteriyalar həyata keçirir. “Azotdakı Tarazlıq və Bakteriyalar” yazısını okumaya devam et