Kainatda zaman israfı yoxdur

3470be31_zaman-kainat1Kainatın başlanğıcından təxminən 9 milyard il sonra planetimiz formalaşmağa başlayıb. Buna əsasən bəzi ateistlər kainatda lazımsız kimi keçən zamanın olduğunu düşünür. Amma əslində bu uzun gözləmə müddəti zaman itkisi deyil, əksinə aktiv hazırlıq müddətidir. Yer kürəsində həyatın mövcud olmasına qədər keçən müddətin niyə belə uzun olması ilə bağlı iki mühüm səbəb var. “Kainatda zaman israfı yoxdur” yazısını okumaya devam et

Reklamlar

Atmosfer və nəfəs

65b932e2_0101-0510-2301-0652_satellite_image_of_hurricane_katrina_oHəyatımızın hər dəqiqəsində nəfəs alarıq. Həmişə ciyərlərimizə hava çəkər və tezliklə həmin havanı geri verərik. Bunu o qədər çox edərik ki, “normal” bir əməliyyat olduğunu düşünərik. Halbuki əslində nəfəs almaq çox mürəkkəb əməliyyatdır. “Atmosfer və nəfəs” yazısını okumaya devam et

Həyatın olması üçün bunlar olmalıdır

heyat-tarazligiYer kürəsini araşdırdığımız vaxt, demək olar ki, bitməyəcəkmiş kimi görünən olduqca uzun “həyat üçün lazımi tarazlıqlar” siyahısını yaza bilərik. Məsələn, Amerikalı astronom Hyu Ros (Hugh Ross), Yerin həyat üçün əlverişliliyi ilə əlaqədar bəzi maddələri belə sadalayır:

Yerin cazibə qüvvəsi:

  • Əgər daha güclü olsaydı: Yer kürəsi atmosferi xeyli ammonyak və metan toplayar, bu da həyat üçün çox əlverişsiz olardı.
  • Yox əgər daha zəif olsaydı: Yer kürəsi atmosferi çox su itirər və həyat mümkün olmazdı.

Günəşə olan məsafə: “Həyatın olması üçün bunlar olmalıdır” yazısını okumaya devam et

Azotdakı Tarazlıq və Bakteriyalar

manzara_196Yer kürəsinin insan həyatı üçün yaradıldığının başqa bir göstəricisi də yer üzündəki azot dövranıdır. Azot bütün canlıların toxumalarında mövcud olan ən əsas elementlərdən biridir. Atmosferin 78%-ni təşkil etdiyi halda havadakı azot insanlar və heyvanlar tərəfindən birbaşa qəbul edilmir. Azot ehtiyacının təmin edilməsində ən mühüm vəzifəni bakteriyalar həyata keçirir. “Azotdakı Tarazlıq və Bakteriyalar” yazısını okumaya devam et

Su Dövranı və Həyat

world_scenes-262Hər an milyonlarla kub metr su okeanlardan atmosferə, oradan da quruya ötürülür. İnsan həyatı ancaq bu nəhəng su dövranı nəticəsində davam edir. Əgər bu dövranı biz özümüz təşkil etməyə çalışsaq, şübhəsiz, dünyanın bütün texnologiyasını birləşdirsək də, bacarmazdıq. Ancaq buxarlanma yolu ilə həyatımızın birinci şərti olan su bizə təmənnasız və zəhmətsiz şəkildə verilir. Hər il okeanlardan 45 milyon msu buxarlanır. Buxarlanan su buludlara çevrilərək küləklər vasitəsilə quruya endirilir və beləliklə hər il 3-4 milyon kmsu okeanlardan quruya, yəni bizə ötürülür. Qısaca desək, bizim heç cür dövranını idarə edə bilmədiyimiz və onsuz bir neçə gündən artıq yaşaya bilməyəcəyimiz su bizə xüsusi şəkildə göndərilir.

yagisYAĞIŞDAKI ÖLÇÜ

Yağış müəyyən ölçü ilə endirilir. Yağışdakı bu ölçü də dövrümüzdəki araşdırmalar nəticəsində müəyyən edilmişdir. Hesablamalara görə, yer üzündən bir saniyədə 16 milyon ton su buxarlanır. Bir ildə bu miqdar 505 trilyon tona çatır. 16 milyon ton su eyni zamanda bir ildə Yerə yağan yağışın miqdarıdır. Yəni su davamlı bir tarazlıqdadır, müəyyən “ölçü əsasında“ dövran edir. Yer üzündəki həyatın davamı da bu su dövranı sayəsində təmin edilir. İnsan malik olduğu bütün texnoloji imkanlardan istifadə etsə də, bu dövranı əsla süni surətdə həyata keçirə bilməz.

Əgər bu miqdarda çox kiçik dəyişiklik olsa, qısa müddətdən sonra böyük ekoloji tarazsızlıq meydana gələr və bu da həyata son qoyar. Lakin heç vaxt belə olmur; yağış yer üzünə hər il eyni miqdarda enir. “Su Dövranı və Həyat” yazısını okumaya devam et

Atmosferdəki Həssas Tarazlıqlar

hava-nisbeti1Dünyanın atmosferində dörd növ əsas qaz var. Bunlar azot (78%), oksigen (21%), arqon (1%-dən az) və karbondioksiddir (0.03%). Atmosferdəki qazlar “reaksiyaya girən” və “reaksiyaya girməyən”lər olaraq iki əsas qrupa bölünürlər. Reaksiyaya girən qazları tədqiq etdikdə onların həyata keçirdikləri reaksiyaların həyat üçün mühüm olduğunu, digər qazların isə reaksiyaya girdikdə canlıları yox edəcək birləşmələr əmələ gətirdiklərini görürük. Məsələn, arqon və azot passiv qazlardır, onlar çox az kimyəvi reaksiyaya girirlər. Ancaq onlar oksigen kimi asanlıqla reaksiyaya girə bilsəydilər, bu zaman okeanlar nitrat turşusuna çevrilərdi. “Atmosferdəki Həssas Tarazlıqlar” yazısını okumaya devam et

Yerin Qorunan Tavanı: Atmosfer

van-allenƏksər hallarda bizim xəbərimiz olmadığı halda hər planetə olduğu kimi, Yerə də çoxlu sayda meteorit düşür. Digər planetlərə düşdükdə nəhəng kraterlər meydana gətirən bu meteoritlərin Yerə zərər verməmələrinin səbəbi planetimizi əhatə edən atmosferin düşən meteoritlərə qarşı güclü müqavimət göstərməsidir. Meteorit bu müqavimətə çox dözmür və sürtünmə nəticəsində yanaraq kütləsinin böyük hissəsini itirir. Beləliklə, böyük fəlakətlərə səbəb ola bilən bu təhlükə atmosfer sayəsində aradan qaldırılır.

Göy üzünün “qorunmuş tavan” olmasının ən mühüm nümunələrindən biri Yeri əhatə edən maqnetik sahədir. Atmosferin ən yuxarı təbəqəsi “Van Allen” adlandırılan maqnetik qurşaqdan ibarətdir. Bu qurşaq Yerin nüvəsinin malik olduğu xüsusiyyətlər nəticəsində əmələ gəlmişdir. “Yerin Qorunan Tavanı: Atmosfer” yazısını okumaya devam et

Küləklər Necə Yaranır, Qasırğaların Qarşısı Necə Alınır ?

afet_014Külək fərqli temperatur mərkəzləri arasında əmələ gələn hava axınıdır. Atmosferdəki fərqli temperaturlar fərqli hava təzyiqləri əmələ gətirdiyinə görə, hava davamlı olaraq yüksək təzyiqdən alçaq təzyiqə doğru yer dəyişir. Təzyiq mərkəzləri, yəni atmosferdəki temperaturlar arasındakı fərq əgər çox olarsa, hava axını, yəni külək güclü olur, bu da böyük dağıntılara səbəb olan qasırğaları əmələ gətirir.

Maraqlısı odur ki, aralarında çox böyük fərq olan ekvator və qütblər kimi fərqli temperatur və təzyiq qurşaqlarına baxmayaraq, bəzi maneə və “nizamlamalar” sayəsində Yer kürəsi çox güclü küləklərə məruz qalmır. Əgər qütblər və ekvator arasında əmələ gələn nəhəng hava axınları bir azdan sadalayacağımız səbəblərlə yumşaldılmasaydı, Yerin səthi davamlı surətdə güclü qasırğaların baş verdiyi ölü planetə çevrilərdi. “Küləklər Necə Yaranır, Qasırğaların Qarşısı Necə Alınır ?” yazısını okumaya devam et

Atmosferin Həyat üçün Uyğunluğu

2004-0917station-fullYer kürəsi həm həyat üçün lazımi temperatura, həm lazımi kütləyə, həm də həyatı qoruyan xüsusi qalxanlara malikdir. Amma bunlar Yerdəki həyatın mövcud olması üçün qaneedici şərtlər deyl. Çox vacib başqa bir şərt isə atmosferin quruluşudur.

Elmi-fantastik filmlər insanları bəzən səhv istiqamətləndirirlər. Buna bir misal olaraq bu filmlərdə tez-tez rast gəlinən “asan atmosfer uyğunluğu”nu göstərmək olar. Kosmik gəmidə uzaq bir planetə yaxınlaşan insanlar planetə enməzdən əvvəl atmosferinin tənəffüs üçün yararlı olub-olmadığını yoxlayırlar. Və adətən tənəffüs üçün yararlı çıxır. Bu ssenarilər insanın asanlıqla və təsadüfən uyğun atmosferlər tapa biləcəyi kimi bir təsəvvür verir. Lakin əgər həqiqətən kosmik gəmilər ilə kainatın dərinliklərinə səyahət etsəydik, Yerdən başqa digər planetlərdə tənəffüs üçün yararlı atmosfer tapmaq demək olar ki, mümkün olmazdı. Çünki Yerin atmosferi həyat üçün lazımlı son dərəcə xüsusi şərtləri birləşdirərək nizamlanmış qeyri-adı tərkibdir.Yerin atmosferi 77% azot, 21% oksigen və 1% karbondioksid və arqon kimi digər qazların qarışığından ibarətdir.  Bu qazlardan ən vacibi olan oksigendən başlayaq. Oksigen çox vacibdir, çünki insan kimi kompleks orqanizmlərə malik canlıların enerji əldə etmək üçün istifadə etdikləri kimyəvi reaksiyaların çoxu oksigen vasitəsilə baş tutur. Karbon birləşmələri oksigenlə reaksiyaya girirlər. Reaksiya nəticəsində su, karbondioksid və enerji ayrılır. Hüceyrələrimizdə istifadə etdiyimiz və ATF (adenozin trifosfat) adlandırılan enerji torbacıqları bu reaksiya nəticəsində əmələ gəlir. Bizim də məhz bu səbəbdən davamlı olaraq oksigenə ehtiyacımız var və bu ehtiyacı təmin etmək üçün tənəffüs edirik.

İşin maraqlı tərəfi budur ki, nəfəs aldığımız havadakı oksigen nisbəti son dərəcə həssas şəkildə tarazlanmışdır. Maykl Denton bu barədə belə yazır:

“Atmosferimiz daha çox oksigenə malik ola və buna baxmayaraq, həyat üçün imkan yarada bilərdi? Xeyr! Oksigen çox reaktiv elementdir. Hal-hazırda atmosferdə olan oksigenin nisbəti, yəni 21% həyat üçün lazım olan ideal ölçüdədir. 21%-dən artıq olan hər 1%-lik oksigen bir ildırımın meşə yanğınını əmələ gətirmə ehtimalını 70% artıracaqdır.”  (Michael Denton, Nature’s Destiny, s. 121) “Atmosferin Həyat üçün Uyğunluğu” yazısını okumaya devam et

Yer Kürəsinin Kütləsi və Maqnit Sahəsi

merkuri-venera-yer-mars1

Yer kürəsinin Günəşdən məsafəsi, fırlanma sürəti və ya yer üzü formaları ilə yaşanı böyüklüyü də əhəmiyyət daşıyır. Yer kürəsinin kütləsinin sadəcə 8%-nə bərabər olar Merkuri və ya Yer kürəsindən 318 dəfə artıq kütləyə malik olan Yupiterlə Yer kürəsini müqayisə etdikdə planetlərin çox müxtəlif ölçülərə malik olduğunu görürük. Bəs görəsən bu qədər müxtəlif ölçülərdəki planetlər arasında Yer kürəsinin ölçüsü təsadüfən müəyyən edilib? “Yer Kürəsinin Kütləsi və Maqnit Sahəsi” yazısını okumaya devam et