Atmosfer və nəfəs

65b932e2_0101-0510-2301-0652_satellite_image_of_hurricane_katrina_oHəyatımızın hər dəqiqəsində nəfəs alarıq. Həmişə ciyərlərimizə hava çəkər və tezliklə həmin havanı geri verərik. Bunu o qədər çox edərik ki, “normal” bir əməliyyat olduğunu düşünərik. Halbuki əslində nəfəs almaq çox mürəkkəb əməliyyatdır. “Atmosfer və nəfəs” yazısını okumaya devam et

Reklamlar

Sonsuz sayda birləşmə əmələ gətirən həyat elementi: Karbon

Dövri cədvəldə altıncı yerdə yerləşən karbon, qırmızı nəhəng adlandırılan böyük ulduzlarda hədsiz fövqəladə proses nəticəsində əmələ gəlir. Karbonun bu qədər fövqəladə şəkildə əmələ gəlməsini kəşf edən Fred Hoylun (Fred Hoyle); “fizika qanunları, ulduzlarda yaratdıqları nəticələrə baxılsa, şüurlu şəkildə nizamlanıblar” dediyinə də şahid olmuşduq.(1)

Karbonu araşdırdığımız vaxt, bu atomun təkcə əmələ gəlməsinin deyil, kimyəvi xüsusiyyətlərinin də tənzimləndiyi görərik.

 

carbon-element-heqiqetibilmek

“Sonsuz sayda birləşmə əmələ gətirən həyat elementi: Karbon” yazısını okumaya devam et

Ağaclar nə qədər uzana bilir?

Şimali Arizona Universitetindən olan tədqiqatçılar dünyanın ən uzun ağacları üzərində apardıqları tədqiqat nəticəsində ağacların böyüməsini idarə edən faktorları aşkara çıxardılar. (1) (2)

Ağacda açıq-aşkar bir dizayn var. Ağacı meydana gətirən hüceyrələr kök, gövdə, qabıq, su daşıyıcılar, budaqlar və yarpaqları meydana gətirəcək şəkildə mütəşəkkil təşkil olunmuşdur. Hüceyrələr ağacın həyatını davam etdirməsi üçün lazımlı funksiyaları yerinə yetirəcək hissələri meydana gətirir və bu hissələr arasında da müntəzəm uzlaşma həyata keçirilir.

Həmçinin bir ağacı kimyəvi məhsul istehsal edən nəhəng bir fabrikə də bənzətmək olar. Burada çox mürəkkəb kimyəvi proseslər qüsursuz plan daxilində həyata keçirilir. Bu prosesləri həyata keçirən orqanların kompüter kimi hesablamalar apardığına dair dəlillər mövcuddur.

Ağacla bağlı həqiqətlərdən ən təəccüblüsü odur ki, bu cür mütəşəkkillik və sistemlərin məlumatı ağac hələ kiçik bir toxum ikən DNT-sinə yüklənmişdir. Toxum DNT-sinə yüklənmiş təlimatları ardıcıl yerinə yetirərək özünün görünüş və ölçüsünə heç bir bənzərliyi olmayan nəhəng bir ağaca çevrilər. Bir toxumun torpağa düşdükdən və bir az nəmləndikdən sonra kök salıb budaqlanaraq bir ağaca çevrilməsi Allahın qüsursuz yaratdığına açıq-aydın bir göstəricidir.

Bu möcüzəvi canlıda böyümənin müəyyən bir mərhələdən sonra dayanması da Allahın yer üzündə yaratdığı tarazlığın bir hissəsidir. Əgər ağacları meydana gətirən hüceyrələr nəzarətsiz şəkildə dayanmadan böyüsəydilər, yer üzündə həyatın məhv olmasına aparan nəticələr ortaya çıxardı.

Ağacların nə qədər ucalacağını müəyyən edən faktorları tədqiq edən elm adamları dünyanın ən uzun ağacları üzərində maraqlı bir tədqiqat həyata keçirdilər. Yüksəkliyi 100 metri keçən ağacların başına çıxan tədqiqatçılar ölçümə işləri apararaq bu faktorlara dair əlamət axtardılar.

Dünyanın ən hündür ağacı hesab olunan 112.7 metrlik nəhəng sərv ağacı (Sequia semperviens) da daxil olmaqla, ən hündür beş ağac üzərində tədqiqatlar aparılmışdır. Belə hündürlükdəki bir ağacın hündürlüyü 30 mərtəbəli binanın hündürlüyünə bərabərdir.

agac “Ağaclar nə qədər uzana bilir?” yazısını okumaya devam et