Science Mag saytından xəyali «insanabənzər» nağılı: Denisovanlar

f84f8e39_denisova2DENİSOVAN İNSANI NECƏ QURAŞDIRILDI?

Məlum olduğu kimi, 2010-cu ilin dekabr ayında «Nature» jurnalında dərc edilən bir məqalə ilə yeni kəşf edilən «nəsli kəsilmiş «insanabənzər növün» tapıldığı» elan edilmişdi. Sibirin Altay dağlarında yerləşən Denisova mağarasında tapılan fosil qalıqlarından əldə edilmiş məlumatlara görə, bu nəticəyə gəlindiyi üçün «yeni növə» denisovan adamı (və ya Homo altai) adı verildi. “Science Mag saytından xəyali «insanabənzər» nağılı: Denisovanlar” yazısını okumaya devam et

Reklamlar

MAĞARALARDA İNKİŞAF ETMİŞ İNCƏSƏNƏT

Incesenet

Təkamülçülər guya meymunabənzər insanların Avropada bundan təqribən 30-40 min il əvvəl, Afrikada bir az daha qədim dövrdə ani keçid dövrü yaşadıqlarını, beləliklə də, birdən-birə müasir insanlar kimi düşünmək və istehsal etmək qabiliyyəti qazandıqlarını irəli sürürlər. Çünki həmin dövrə aid arxeoloji tapıntılar təkamül nəzəriyyəsi ilə açıqlanması mümkün olmayan dəlillərdir. Darvinist bir iddiaya görə, təxminən 200 min il ərzində dəyişməmiş qalan daş alət texnologiyasının yerini birdən birə daha inkişaf etmiş və sürətlə inkişaf edən əl sənəti texnologiyası tutmuşdur. Guya bir müddət əvvəl ağacdan yerə düşən və müasirləşməyə başlayan xəyali ibtidai insan birdən-birə mahir qabiliyyətlər əldə etmiş, mağara divarlarını oyaraq və ya rəngləyərək heyranedici rəsmlər çəkməyə başlamış, boyunbağı, gərdənlik kimi olduqca estetik bəzək əşyaları düzəltmişlər. Bəs nə oldu ki, belə bir inkişaf yarandı? “Yarı meymun ibtidai varlıqlar” hansı səbəbdən və necə birdən birə incəsənətə meyil göstərdi? “MAĞARALARDA İNKİŞAF ETMİŞ İNCƏSƏNƏT” yazısını okumaya devam et

İnsan Fosilləri Təkamülü Təkzib Edir

footprints-from-laetoli-site

Tanzaniyada Laetolidə tapılan 3.6 milyon illik insan ayaq izləri

İnsana aid tapıntılar nə qədər qədimdir? Bu tapıntılar niyə təkamül nəzəriyyəsini dəstəkləmir?

İnsanın dünyada nə vaxtdan etibarən var olduğunu öyrənmək üçün fosilləri (daşlaşmış qalıqlar) araşdırmaq lazımdır. Fosillər insanla bağlı qalıqların milyonlarla il əvvələ aid olduğunu göstərir. Bu tapıntılar skelet və kəllə sümüyü hissələri və müxtəlif dövrlərdə yaşamış insanlara aid qalıqlardan ibarətdir. İnsana aid qalıqların ən qədimi tanınmış paleontoloq Meri Likey (Mary Leakey) tərəfindən 1977-ci ildə Tanzaniyanın Laetoli bölgəsində tapılmış “ayaq izləri”dir.

Bu qalıqlar elm dünyasında böyük əks-səda doğurmuşdu. Aparılan araşdırmalar bu ayaq izlərinin 3.6 milyon illik təbəqədə yerləşdiyi göstərirdi. İzləri tədqiq edən Rassel Tatl (Russell Tuttle) bunları qeyd edir: “İnsan Fosilləri Təkamülü Təkzib Edir” yazısını okumaya devam et