X«insanabənzər» nağılı: denisovanlar

denisova2-300x169.png

Yaxın günlərdə darvinizmi müdafiə edən bəzi elmi jurnal və internet saytlarında ortaq canfəşanlıq var. Ötən illərdə tapılmış, əskikliyi və etibarsızlığı sübut olunmuş bəzi canlı qalıqları yenidən gündəmə gətirilir və təkamül dəlili kimi təqdim edilməyə çalışılır.

Belə ən son nümunələrdən biri də «ScienceMag» və «DailyMail» kimi saytlarda yayımlandı. Kiçik barmaq sümüyünün bir hissəsi və bir neçə diş gündəmə gətirilərək yenə darvinist xəyali təsəvvürü göstərən nağıllar məqalələrin mövzusu oldu.

Reklamlar

Təkamülçülərin gözləmədikləri

kembri - haikouichthys-reconstruction (1).jpgTəkamülçülərin gözləmədiyi onurğalılar!

Onurğalılar onurğa, onurğa sütunu, sümük və ya qığırdaqdan təşkil olunmuş skeleti, kəllə qutusunun içində yerləşən beyni, qapalı qan dövranı, iki, üç və ya dörd kameradan ibarət ürəyi olan canlılardır. Onurğalılar balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər olaraq 5 sinifdən təşkil olunublar. Planetimizdə geniş yayılıblar və kompleks orqanları var. “Təkamülçülərin gözləmədikləri” yazısını okumaya devam et

Keçid forma kimi tanıdılan əsl quşlar və nəsli kəsilmiş dinozavrlar

archaeopteryx.jpgKeçid forma olaraq iddia olunan əsl QUŞLAR:

  1. ARXEOPTERİKS (Archæopteryx)

Təkamülçülərin teropod dinozavrlarından quşlara keçid forma hesab etdikləri 150 milyon il yaşı olan bu məşhur fosilin, əslində, bütün xüsusiyyətlərilə tam bir quş olduğu məlum olmuşdur1. Təkamülçülər öncələr bu fosilin döş tili olmadığını, buna görə də, uça bilmədiyini önə sürmüş, lakin 1992-ci ildə tapılmış 7-ci (Münix) arxeopteriks nümunəsində döş tilinin olduğu məlum olmuşdur2. Bundan əlavə, arxeopteriks müasir quşlarınkından fərqsiz olan asimmetrik lələk quruluşuna malik idi3. Təkamülçülərin irəli sürdüyü digər iddialar arxeopteriksin ön ətraflarında caynaqlara və dişlərə sahib olmasıdır. Lakin bu iddialara da elm adamları tərəfindən təfsilatlı cavablar verilmişdir. Caynaqların bu gün yaşayan dəvəquşu, mahmızquşu, hoazin kimi quşlarda da mövcud olduğu4, arxeopteriksin diş strukturunun isə teropod dinozavrlarınkından olduqca fərqli olduğu üzə çıxmışdır. “Keçid forma kimi tanıdılan əsl quşlar və nəsli kəsilmiş dinozavrlar” yazısını okumaya devam et

Keçid forma kimi tanıdılan fosillərin əsl mahiyyəti

800px-Pithecanthropus_erectus-PeterMaas_Naturalis1. DRİOPİTEK (Dryopithecus)

Driopiteklərə aid ilk nümunə 1856-cı ildə Fransanın Sen-Qodens bölgəsindən tapılıb. Daha sonra Macarıstan, İspaniya və Çin kimi dünyanın müxtəlif bölgələrindən Driopitek fosilləri çıxarılmışdır. Tapıldığı təbəqələr Miosen dövrünə, bundan 12-9 milyon il öncəsinə aiddir1. Fransada tapılmış və driopitek növünə aid olduğu deyilən bazu sümüyündən sonra2 dünyanın müxtəlif bölgələrindən driopitek kəllə sümüyü3 və çənə sümüyü4 də tapıldı. “Keçid forma kimi tanıdılan fosillərin əsl mahiyyəti” yazısını okumaya devam et

Kembri ekologiyası və ani ortaya çıxan “yırtıcılar”

kembri - Anomalokarid-reconstrKembri canlılarının ən nəzərəçarpan xüsusiyyətlərindən biri kompleks ov-yırtıcı əlaqələri olması, təkmil hücum və müdafiə orqanlarına malik olmalarıdır. Kembridən əvvəl bu cür orqanlardan əsər-əlamət olmadığı halda Kembri canlıların bu cür təkmil silahlarının olması kompleksliyin ani və hərtərəfli irəlilədiyini göstərir.

Kembri canlılarının müdafiə sistemləri Kembri ekosisteminin çox mürəkkəb olduğunu göstərir. “Kembri ekologiyası və ani ortaya çıxan “yırtıcılar”” yazısını okumaya devam et

Fosillər necə tapılır və çıxarılır?

fosiller-nece-tapilir-ve-cixarilir-GA2RFosil axtarışında geoloqlar süxur növləri toplamaq üçün çəkic, mala, müxtəlif kəsici alətlər, kompas, fırça, süzgəc kimi sadə alətlərdən istifadə edirlər.

Fosillər bəzən ətrafdakı yumşaq süxur təbəqəsindən sıyrılaraq səthə çıxır. Belə hallarda fosili sadəcə fırça ilə təmizləmək kifayətdir. Ancaq çox vaxt fosillərin toplanması bu qədər asan olmur. Fosilin gömüldüyü süxur adətən bərk olur və süxurdan fosili ayırmaq saatlar aparır.

“Fosillər necə tapılır və çıxarılır?” yazısını okumaya devam et

Fosillərin göstərdiyi həqiqət: Yaradılış

fosillerin-gosterdiyi-heqiqet-yaradilis-ThSBBu günə qədər əldə edilən fosil qeydlərinin iki əsas xüsusiyyəti var və hər iki xüsusiyyət təkamül nəzəriyyəsinin iddialarına ziddir:

Durğunluq. Növlər yer üzündə mövcud olduqları müddət ərzində heç bir dəyişikliyə məruz qalmayıblar. Fosil qeydlərində ortaya çıxdıqları anda quruluşları necə olubsa, yox olduqları anda da quruluşları eynidir. Morfoloji (forma) dəyişiklik əsasən məhduddur və müəyyən istiqaməti yoxdur. “Fosillərin göstərdiyi həqiqət: Yaradılış” yazısını okumaya devam et

“Sapiens” kitabı və Yuval Noah Hararinin təkamül tarixi yanılması

2012-ci ildə satışa çıxarılan və türk dilində ilk dəfə 2015-ci ildə nəşr edilən “Sapiens” kitabı “insan növünün sapiens-201x300qısa tarixindən” bəhs etdiyi iddiası ilə ortaya çıxdı. Ateist bir çox elmi və fəlsəfi yayımda olduğu kimi, bu kitab da guya təkamül prosesi ilə insanın tarixini izah etməyə çalışır. Kitabın adı olaraq seçilən “Sapiens” sözü də insanın tarixi, siyasi və sosial cəhətlərini vurğulamaq yerinə, təkamül iddialarını önə çıxarmaq üçün şüurlu şəkildə seçilmişdir. Qüds İbrani Universitetində tarix üzrə professor olan Hararinin yazdığı bu kitabın tarix kitabı olmadığı çox açıqdır. Kitabda insanın “təkamül prosesi” və sosial darvinizmdən bəhs edən ateist ideologiyanı təbliğatı hakimdir. ““Sapiens” kitabı və Yuval Noah Hararinin təkamül tarixi yanılması” yazısını okumaya devam et

Təcridlər (izolyasiyalar) və növləşmə barədəki təkamülçü iddialara cavab

tecridler-izolyasiyalar-ve-novlesme-baredeki-tekamulcu-iddialara-cavab-0PGATəkamül nəzəriyyəsinə əsasən, canlılar təsadüflərlə əmələ gəlmiş və yenə təsadüflərlə inkişaf etmişdir. Bundan təqribən 3.8 milyard il əvvəl dünyada heç bir canlı yox ikən əvvəlcə canlı hüceyrələr, sonra çoxhüceyrəli kompleks canlılar əmələ gəlmiş və getdikcə daha mürəkkəb növlər ortaya çıxmışdır. Başqa sözlə, darvinizmə əsasən təbiətdəki bəzi amillər sadə cansız elementlərdən çox kompleks və qüsursuz dizayna malik canlılar meydana gətirmişdir. “Təcridlər (izolyasiyalar) və növləşmə barədəki təkamülçü iddialara cavab” yazısını okumaya devam et

Rudiment orqan iddialarına cavab

image1) APPENDİKS

Appendiks dərsliklərdə “rudiment” orqan nümunəsi kimi göstərilən ən məşhur orqandır. Alman təkamülçü anatomu R.Viderşeym 1895-ci ildə ortaya atdığı “rudiment insan orqanları” siyahısına appendiksi də daxil etmişdi. Appendiks, əsasən, “appendisit” kimi tanınan orqandır. “Rudiment orqan iddialarına cavab” yazısını okumaya devam et