Keçid forma kimi tanıdılan əsl quşlar və nəsli kəsilmiş dinozavrlar

archaeopteryx.jpgKeçid forma olaraq iddia olunan əsl QUŞLAR:

  1. ARXEOPTERİKS (Archæopteryx)

Təkamülçülərin teropod dinozavrlarından quşlara keçid forma hesab etdikləri 150 milyon il yaşı olan bu məşhur fosilin, əslində, bütün xüsusiyyətlərilə tam bir quş olduğu məlum olmuşdur1. Təkamülçülər öncələr bu fosilin döş tili olmadığını, buna görə də, uça bilmədiyini önə sürmüş, lakin 1992-ci ildə tapılmış 7-ci (Münix) arxeopteriks nümunəsində döş tilinin olduğu məlum olmuşdur2. Bundan əlavə, arxeopteriks müasir quşlarınkından fərqsiz olan asimmetrik lələk quruluşuna malik idi3. Təkamülçülərin irəli sürdüyü digər iddialar arxeopteriksin ön ətraflarında caynaqlara və dişlərə sahib olmasıdır. Lakin bu iddialara da elm adamları tərəfindən təfsilatlı cavablar verilmişdir. Caynaqların bu gün yaşayan dəvəquşu, mahmızquşu, hoazin kimi quşlarda da mövcud olduğu4, arxeopteriksin diş strukturunun isə teropod dinozavrlarınkından olduqca fərqli olduğu üzə çıxmışdır. “Keçid forma kimi tanıdılan əsl quşlar və nəsli kəsilmiş dinozavrlar” yazısını okumaya devam et

Reklamlar

Keçid forma kimi tanıdılan fosillərin əsl mahiyyəti

800px-Pithecanthropus_erectus-PeterMaas_Naturalis1. DRİOPİTEK (Dryopithecus)

Driopiteklərə aid ilk nümunə 1856-cı ildə Fransanın Sen-Qodens bölgəsindən tapılıb. Daha sonra Macarıstan, İspaniya və Çin kimi dünyanın müxtəlif bölgələrindən Driopitek fosilləri çıxarılmışdır. Tapıldığı təbəqələr Miosen dövrünə, bundan 12-9 milyon il öncəsinə aiddir1. Fransada tapılmış və driopitek növünə aid olduğu deyilən bazu sümüyündən sonra2 dünyanın müxtəlif bölgələrindən driopitek kəllə sümüyü3 və çənə sümüyü4 də tapıldı. “Keçid forma kimi tanıdılan fosillərin əsl mahiyyəti” yazısını okumaya devam et

Kembri ekologiyası və ani ortaya çıxan “yırtıcılar”

kembri - Anomalokarid-reconstrKembri canlılarının ən nəzərəçarpan xüsusiyyətlərindən biri kompleks ov-yırtıcı əlaqələri olması, təkmil hücum və müdafiə orqanlarına malik olmalarıdır. Kembridən əvvəl bu cür orqanlardan əsər-əlamət olmadığı halda Kembri canlıların bu cür təkmil silahlarının olması kompleksliyin ani və hərtərəfli irəlilədiyini göstərir.

Kembri canlılarının müdafiə sistemləri Kembri ekosisteminin çox mürəkkəb olduğunu göstərir. “Kembri ekologiyası və ani ortaya çıxan “yırtıcılar”” yazısını okumaya devam et

Fosillər necə tapılır və çıxarılır?

fosiller-nece-tapilir-ve-cixarilir-GA2RFosil axtarışında geoloqlar süxur növləri toplamaq üçün çəkic, mala, müxtəlif kəsici alətlər, kompas, fırça, süzgəc kimi sadə alətlərdən istifadə edirlər.

Fosillər bəzən ətrafdakı yumşaq süxur təbəqəsindən sıyrılaraq səthə çıxır. Belə hallarda fosili sadəcə fırça ilə təmizləmək kifayətdir. Ancaq çox vaxt fosillərin toplanması bu qədər asan olmur. Fosilin gömüldüyü süxur adətən bərk olur və süxurdan fosili ayırmaq saatlar aparır.

“Fosillər necə tapılır və çıxarılır?” yazısını okumaya devam et

Fosillərin göstərdiyi həqiqət: Yaradılış

fosillerin-gosterdiyi-heqiqet-yaradilis-ThSBBu günə qədər əldə edilən fosil qeydlərinin iki əsas xüsusiyyəti var və hər iki xüsusiyyət təkamül nəzəriyyəsinin iddialarına ziddir:

Durğunluq. Növlər yer üzündə mövcud olduqları müddət ərzində heç bir dəyişikliyə məruz qalmayıblar. Fosil qeydlərində ortaya çıxdıqları anda quruluşları necə olubsa, yox olduqları anda da quruluşları eynidir. Morfoloji (forma) dəyişiklik əsasən məhduddur və müəyyən istiqaməti yoxdur. “Fosillərin göstərdiyi həqiqət: Yaradılış” yazısını okumaya devam et

Təəccüblü köstəbək burnu

San-Dieqo Vanderbilt Universitetindən Kenneth Catania adlı bir elm adamı ulduz burunlu köstəbəklərin maraqlı görünüşlü burunları haqda bir tədqiqat apardı. Bu tədqiqatın sonunda köstəbəklərin burunlarının toxunma hissinə qarşı həddindən artıq həssas olduğu nəticəsinə gəldi. Həmçinin, tədqiqat əsnasında bu nisbətlərin daha doğulmadan əvvəl döl halında ikən təyin edildiyini ortaya çıxardı. “Təəccüblü köstəbək burnu” yazısını okumaya devam et

Gecə ifraz olunan hormonlar

gece-ifraz-olunan-hormonlar-FKO3Gecə ifraz olunan hormonlar hansılardır və vəzifələri nələrdir?

  Bu hormonlar həyatımıza necə təsir edir?

Günün müxtəlif vaxtlarında bədənimiz müxtəlif maddələr ifraz edir. Gün ərzindəki fəaliyyətlər, fiziki hərəkətlər, qəbul edilən qidalar, gün boyu insanın içində olduğu ruh halı, gecə və gündüz olması, oyaq və ya yuxu vəziyyətində olması kimi faktorlar bədən mayelərinin ifraz olunmasını artırır və ya azaldır. Bədənimiz üçün hayati əhəmiyyət kəsb edən bu hormonlardan bəziləri gecə ifraz olunur. “Gecə ifraz olunan hormonlar” yazısını okumaya devam et

FOSİL NƏDİR?

fosil-nedir-9F17Fosil uzun müddət əvvəl yaşamış canlıların qalıqlarının təbii şərtlər altında qorunaraq dövrümüzə qədər çatan izidir. Fosillər bəzən canlının bir hissəsinin, bəzən də canlının həyatda ikən qoyduğu izlərin (bunlar iz fosil adlanır) dövrümüzə gəlib çatmasıdır. Ölən heyvan və bitkilərin çürümədən, qorunaraq yer qabığının bir hissəsinə çevrilməsi ilə fosil əmələ gəlir. Fosilləşmənin baş verməsi üçün heyvan və ya bitki əsasən palçıq təbəqəsi ilə örtülərək ani surətdə sürətlə gömülməlidir. “FOSİL NƏDİR?” yazısını okumaya devam et

Elektrik cərəyanı əmələ gətirən hüceyrələr

Stem cells...ACM4KR Stem cellsHər hansı bir beyni və ya qərar mexanizmi olmayan hüceyrələr bir yerdə toplanaraq bədənimizdəki sistemləri meydana gətirirlər. Bunlardan biri olan həzm sistemindəki hüceyrələrdən bir hissəsi sistemin işləyə bilməsi üçün mikrostansiya işini görərək elektrik əmələ gətirirlər. “Elektrik cərəyanı əmələ gətirən hüceyrələr” yazısını okumaya devam et

Yoğun bağırsaqlarda təhlükəsizliyi təmin edən T hüceyrələri

tehlukesizliyi-temin-eden-t-huceyreleriBədənimizdə yaşayan bəzi mikroblar qəbul etdiyimiz qidaların həzm olunmasında mühüm rol oynayır. Bağırsaqlarımızda zərərli-zərərsiz müxtəlif mikrob növləri yaşayır. “Yoğun bağırsaqlarda təhlükəsizliyi təmin edən T hüceyrələri” yazısını okumaya devam et