Fosillər necə tapılır və çıxarılır?

fosiller-nece-tapilir-ve-cixarilir-GA2RFosil axtarışında geoloqlar süxur növləri toplamaq üçün çəkic, mala, müxtəlif kəsici alətlər, kompas, fırça, süzgəc kimi sadə alətlərdən istifadə edirlər.

Fosillər bəzən ətrafdakı yumşaq süxur təbəqəsindən sıyrılaraq səthə çıxır. Belə hallarda fosili sadəcə fırça ilə təmizləmək kifayətdir. Ancaq çox vaxt fosillərin toplanması bu qədər asan olmur. Fosilin gömüldüyü süxur adətən bərk olur və süxurdan fosili ayırmaq saatlar aparır.

Əvvəla fosil axtarılacaq sahədə süxurun hansı nöqtədən qırılacağı müəyyən edilməlidir. Süxurun üfüqi lay səthinə görə qırılma nöqtələri müəyyən edilir. Hər süxur növü müxtəlif şəkildə parçalanır. Məsələn, şistlərin qırılma nöqtəsi müəyyən edilən üfüqi laylı səthi var. Təbaşir süxurlarının isə səthi belə deyil. Bu zaman fosilin zədələnməməsi üçün qırılan nöqtələrdəki rəng dəyişikliyi və ya toxuma fərqi kimi işarələri düzgün izləmək lazımdır.

Fosil süxurdan çıxarıldıqdan sonra müxtəlif proseslərdən keçir. Əvvəlcə fosil çıxarıldığı sahədən laboratoriyaya aparılmaq üçün qorunmalı və möhkəmləndirilməlidir. Bunun üçün istifadə olunan metodlardan biri kimyəvi yapışqanlarla fosili möhkəmləndirməkdir. Böyük fosillərdə isə alçı qəliblərdən istifadə olunur. Fosil daşınarkən risk altında olan hissələri nəm kağıza bükülür və sonra alçıya batırılır.

Bundan sonra fosilin bütün detallarının tam üzə çıxması üçün fosil təmizlənməlidir. Əgər fosil onu əhatə edən daşdan bərkdirsə, təmizləmə prosesi daha asan olur. Fosil yumşaq quruluşdadırsa, təmizlənmə üçün kimyəvi maddələrdən istifadə edilməlidir. Ən çox istifadə edilən metodlardan biri isə fosilin turşu ilə təmizlənməsidir. Beləliklə, fosilin bütün detalları üzə çıxır. Bəzi hallarda, xüsusilə fosil çox həssas olduqda və onu əhatə edən süxurla eyni quruluşda olduqda rentgen şüaları və kompyuter skayner cihazları vasitəsilə tədqiq olunur. Beləliklə, fosil yerindən çıxarılmadan əvvəl quruluşunun necə olduğu müəyyən edilir.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s