Elektrik cərəyanı əmələ gətirən hüceyrələr

Stem cells...ACM4KR Stem cellsHər hansı bir beyni və ya qərar mexanizmi olmayan hüceyrələr bir yerdə toplanaraq bədənimizdəki sistemləri meydana gətirirlər. Bunlardan biri olan həzm sistemindəki hüceyrələrdən bir hissəsi sistemin işləyə bilməsi üçün mikrostansiya işini görərək elektrik əmələ gətirirlər.

İnsan bədənindəki bir çox möcüzəvi sistemlərdən biri də həzm sistemidir. Sistem içindəki orqanoidlərin qeri-adi xüsusiyyətləri vardır. Həzm sisteminin digər sistemlərlə olan uyğunluğu, bir-birləri ilə qurduqları əlaqə bunlardan sadəcə biridir. Məsələn, həzm sistemi qan dövranı sistemi ilə tam uyğunluq içində olmaq məcburiyyətindədir, çünki həzm edilən qidaların qan ilə hüceyrələrə çatdırılması lazımdır. Bundan əlavə həzm sistemi hormonlarla da çox yaxşı əlaqədədir. Bədənə hansı maddələrin lazım olduğu beyin tərəfindən təyin olunur və həzm sisteminə nə etməli olduğu hormonlar vasitəsi ilə bildirilir. Bu əlaqə sisteminin qüsursuz işləməsi üçün, hormonların hara hansı əmri çatdırmaları lazım olduğunu bilmələri, həzm sisteminin də hormonları anlaması və verilən əmrə görə təşkil olunmaları lazımdır.

Həzm sistemi bir çox hissədən ibarətdir və bu hissələrin hər birinin olduqca müxtəlif mexanizmləri vardır. Qidaların həzm kanalı ilə irəliləməsini təmin edən mexanizmlər buna bir nümunədir. Qeyri-iradi düz əzələlərin ritmik sıxılmaları sayəsində qidalar eyni istiqamətli hərəkətlə irəliyə doğru hərəkət edir. Ancaq burada maraqlı olan, qidaların nə üçün həmişə irəliyə doğru hərəkət etmələridir. Kanadada McMaster Universitetində Dr. Jan Huizinga başçılığındakı bir qrup, bu eyni istiqamətli hərəkəti təmin edən hüceyrələri tədqiq etdi. İşlərində həzm kanalı boyu yerləşdirdikləri mikroelektrodlardan istifadə etdilər. Bu mikroelektrodlar “Kaxal Hüceyrələri” adını verdikləri bəzi hüceyrələrin davamlı və nizamlı bir elektrik cərəyanı meydana gətirdiyini təyin etdi. Bağırsaq divarındakı halqa formalı əzələlərin ardıcıl sıxılmasını təmin edən bu eyni istiqamətli hüceyrələrin meydana gətirdiyi elektrik cərəyanı idi. Ancaq bu mexanizmin qüsursuz işləməsi üçün yalnız elektrik cərəyanı kafi deyil. Eyni zamanda axının qüsursuz bir ritmlə yaradılması lazımdır. Bu hüceyrələr, buna görə bağırsaqlarda bir şəbəkə meydana gətiriblər. Bu şəbəkə onların eyni ritmlə elektrik cərəyanı boşaltmalarını təmin edir.
(Science et Vie, Sentyabr 1998)

Bu qüsursuz mexanizm sayəsində yediklərimiz mədəmizdə qalır və bədənimiz üçün faydalı hala gəlir. Əgər tək istiqamətli hərəkət təmin edən hüceyrələrin meydana gətirdiyi ritmik elektrik axınları olmasaydı, bağırsaqlardakı əzələlər uyğun bir şəkildə sıxılmazdı. Bu da yediyimiz qidaların irəliyə doğru hərəkət etmək yerinə təkrar ağızımıza geri gəlmələrinə səbəb ola bilərdi. Ancaq biz xəstəlikdən başqa belə çətin bir vəziyyətə heç bir zaman düşmərik. Hətta belə bir ehtimal ola biləcəyi ağılımıza da gəlməz. Bu nümunədə də görüldüyü kimi bədənimizdə yaradılan sistem hər tərəfli qüsursuzdur. Bu nemət sayəsində rahatlıqla həyatımızı davam etdirə bilirik.

İnsan bədənində hormonlar hara hansı əmri çatdırmanın lazım olduğunu bilir, həzm sistemi də hormonların onlara hansı əmrləri çatdırdığı dili bilir. Tək bu misal belə bizə, insanın təsadüf nəticəsində meydana gələ bilməyəcəyini açıq-aşkar sübut edir.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s