Hemoqlobin molekulları

17053945298_86569ca57bEritrositlər (qırmızı qan hüceyrələri) oksigen daşıyarlar. Bədən hüceyrələrinin oksigeni istifadə etməsi üçün xüsusi molekullara ehtiyacı var. Beləliklə, bu molekul eritrositlərə qırmızı rəngi verən hemoqlobin molekuludur. Bədənimizdəki təxminən 25 trilyon kiçik eritrositlər dayanmadan yük daşıyır. Bu hüceyrələr qan mayesi daxilində bütün bədəni tamamilə dolaşar və yerinə görə oksigen və ya karbon-4-oksid daşıyırlar.

Hüceyrənin daşıdığı maddəyə görə xüsusi quruluşunun olması lazımdır. Məsələn, oksigen daşıyacaq hüceyrə üçün ən ideal forma hüceyrənin yastı olmasıdır. Qırmızı qan hüceyrəsinin yumru və yastı şəkli hüceyrənin səth sahəsini artırır və oksigenlə təmasını asanlaşdırır. Oksigenin bədənimizdə nəqli üçün qırmızı qan hüceyrəsinin sadəcə yastı olması kifayət deyil. Eritrositləroksigeni yalnız daşıyırlar. Bədən hüceyrələrinin oksigendən istifadəsi üçün xüsusi molekullara ehtiyacı vardır. Bu molekulun oksigenlə üçölçülü və ən ideal formada birləşməsi lazımdır. Üstəlik eritrositlər oksigenə çox möhkəm bağlanmamalı, oksigen veriləcək hüceyrəyə gəldikdə isə, oksigendən asanlıqla ayrıla bilməlidir. Bir sözlə, oksigenin daşınması və lazım olan yerlərdə istifadə edilə bilməsi üçün özünəməxsus dizayna sahib çox xüsusi bir molekula ehtiyac vardır. Beləliklə, bu molekul qırmızı qan hüceyrələrinə qırmızı rəngini verən hemoqlobin molekuludur.

Hemoqlobin bir-birindən fərqli iki funksiya icra etdiyi üçün elm adamları tərəfindən “fövqəladə molekul” olaraq adlandırılır. Hemoqlobinin qüsursuz molekul quruluşu və funksiyaları elm adamlarının da diqqətini çəkmişdir. Təkamülçü Gordon Rattray Taylor “The Great Evolution Mystery” (Böyük Təkamül Sirri) adlı kitabında hemoqlobinin heyrətamiz xüsusiyyətlərindən birini belə açıqlayır:

“Qanın meydana gəlməsi bir Saqa dastanı kimidir. Ən az 80 elementdən ibarətdir. Ən əhəmiyyətlisi isə hemoqlobindir. Hemoqlobin ağciyərdəki oksigeni qəbul edərkən karbon-4-oksidi xaric edir və oradan əzələlərə keçir. Orada isə tamamilə əks funksiyanı icra edir, oksigeni xaric edib karbon-4-oksidi alır. Əzələlər qidaları yandırıb karbon-4-oksid əldə edir. Avtomobilin maye yanacağı yandırıb dəm qazını buraxması kimi. Bu maddə həqiqətən də fövqəladə bir molekuldur ki, eyni zamanda oksigenə qarşı birləşmə meyli göstərərkən, bir neçə saniyə sonra bu meylini itirir. Bir anda seçimi karbon-4-oksidə dəyişər. Gördüyü işə bu qədər uzlaşma göstərən daha yaxşı nümunə yoxdur.”

Hemoqlobin molekulu heç zaman oksigen ilə karbon-4-oksidi bir-birinə qarışdırmaz. Daim düzgün ünvana gedər. Bir molekulun düşünmə, qərar vermə, seçim etmə kimi xüsusiyyətlərə sahib olması əlbəttə ki, düşündürücüdür. Hemoqlobin molekulu sanki şüurlu bir varlıq kimi lazım olduğu yerdə və zamanda lazım olan seçimi edə bilir. Yalnız oksigen daşımaqla kifayətlənməyən hemoqlobin oksigenə təcili ehtiyacı olan bir əzələnin yanından keçərkən bu oksigeni oraya nəql etməyin lazım olduğunu dərhal anlayır, bu məqamda ortaya çıxan karbon-4-oksidi qəbul etməsi və hara aparmasının lazım olduğunu da bilərək hərəkət edir və yeni yüklə birlikdə ağciyərlərə doğru yola çıxır. Hemoqlobin molekulu heç zaman oksigen ilə karbon-4-oksidi bir-birinə qarışdırmaz və daim doğru ünvana gedər. Bir molekulun düşünmək, qərar vermək, seçim etmək kimi xüsusiyyətlərə sahib olması əlbəttə ki, düşündürücüdür. Allahın verdiyi bu fövqəladə xüsusiyyət sayəsində bütün insanlar həyatlarını rahatlıqla davam etdirir.

İnsan bədənində saatda orta hesabla 900 milyon eritrosit yaradılır. Yalnız bir eritrositdə təxminən 300 milyon hemoqlobin molekulu olur.

Bu molekulların hər biri bu əməliyyatları heç bir qarışıqlıq olmadan edə biləcək xüsusiyyətlərə malikdir. İnsan bədənində olan bütün hemoqlobin molekullarının sayı və bu molekulların hamısının istisnasız eyni qabiliyyətlərə sahib olduqlarını düşünsək, Allahın böyüklüyünü bir daha dərk edərik.

Belə bir mükəmməl nizamın təsadüfən ortaya çıxa bilməyəcəyi təsadüflərin insan bədənindəki milyardlarla hemoqlobinə bu xüsusiyyətləri qazandıra bilməyəcəyi ağıl sahibi olan hər bir insan üçün çox açıq həqiqətdir.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s