Kainatda maddə israfı yoxdur

ad533c1c_karl-saqan-sekilAteizmin məşhur iddialarından biri kainatda maddə israfının olmasıdır. Karl Saqan, Viktor Stencer, Stiven Hokinq kimi ateistlər iddia edirlər ki, əgər Allah Yer kürəsini canlıların və insanın yaşaması üçün yaradıbsa, bəs onda digər qalaktikalara nə ehtiyac var? Halbuki, son dövrlərdə aparılan araşdırmalarla bu iddiaların yanlış olduğu və kainatda həyatın mövcud olması üçün həqiqətən də bu qədər maddəyə ehtiyac olduğu sübut edilmişdir.

Belə ki, əslində müşahidə etdiyimiz adi maddə kainatın cəmi 4.9%-ni təşkil edir. Digər hissə isə 68.3% qara enerji və 26.8% qara maddədən ibarətdir. Kainatın ilk dövrlərində ən yüngül element olan hidrogendən termonüvə reaksiyaları nəticəsində daha ağır elementlər olan helium və litium yaranıb. Və həmin helium və litium miqdarı kainatda nə qədər planet və həyat üçün lazımi elementlərin yarana biləcəyini müəyyən edib.

Elementlər nəhəng udluzlarda termonüvə reaksiyaları nəticəsində əmələ gəlir. Əgər kainat daha az kütlə sıxlığına malik proton və neytronlardan ibarət olsaydı, onda ulduz reaktorlarında termonüvə reaksiyaları nəticəsində karbon və ya ondan daha ağır elementlər yarada bilməzdi; əgər bir az daha çox sıx olsaydı, belə halda ulduz reaktorlarında ancaq dəmir və ondan daha ağır elementlər meydana gələrdi. Hər iki halda kainat həyat üçün çox əhəmiyyətli elementlərdən – məsələn, karbon, azot, oksigen, fosfor və digərlərindən məhrum olardı. Həyatın mövcud olması üçün kainat bundan daha az və ya çox kütləyə malik olmamalıdır.

Bundan əlavə, kainatda qara enerjinin təsiri ilə genişlənmə və cazibə qüvvəsinin təsiri ilə büzüşmə fəaliyyət göstərir. Əgər kainat ateistlərin iddia etdiyi kimi daha az kütləyə malik olsaydı bu halda kainat elə sürətlə genişlənərdi ki, cazibə qüvvəsi qalaktikaları, ulduzları və ya planetləri əmələ gətirə bilməzdi. Əgər kosmik kütlə sıxlığı bir az çox olsaydı, bu halda cazibə qüvvəsi daha güclü olacaqdı. Bu halda kainatdakı bütün ulduzlar Günəşdən daha böyük olacaqdı və onların ətrafında fırlanan istənilən planeti yandırıb həyata imkan verməyəcəkdi. Əslində, sıxlıq çox cuzi miqdarda fərqli olsaydı, kosmosdakı qaz sıxışaraq sürətlə qara dəliklərə və neytron ulduzlarına çevrilərdi. Bu halda maddə o qədər sıxışardı ki, nə molekullar, nə də atomlar olmazdı.

Beləliklə, kainatın fəaliyyət göstərməsi üçün mövcud fiziki qanunları nəzərə alanda, Stiven Hokinq, Karl Saqan kimi alimlərin fikirlərinin əksinə olaraq, kainatın ölçülərinin bizim və Yer kürəsinin mövcud olması üçün Allah tərəfindən çox xüsusi yaradıldığı aydın olur.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s