Günəş sistemindəki planetlər

gs“Yer kürəsi; atmosferi və okeanlarıyla, mürəkkəb biosferiylə, uyğun şəkildə oksidləşdirilmiş qabığıyla, zəngin silisium yataqlarıyla, çökmə və ya maqmatik süxurlarıyla, zəngin buzlaqları, səhraları, meşələri, tundraları, otlaq sahələri, şirin sulu gölləri, kömür və neft yataqları, vulkanları, heyvanları, bitkiləri, maqnit sahəsi, okean dibi relyefi və hərəkətli maqmasıyla… heyrətləndirəcək dərəcədə mürəkkəb sistemdir”.

(Amerikalı geoloq C. S. Levis (J. S. Lewis),)(1)

Əgər Günəş sistemində bir səyahətə çıxsanız, olduqca qəribə bir mənzərə ilə qarşılaşarsınız. Səyahətə sistemin ən kənarından başladığınızı fərz edək. İlk qarşılaşacağınız planet Pluton olacaq. Bu kiçik göy cismi, olduqca “soyuq” bir yerdir. Təxminən -238⁰ C qədər!.. Bu dondurucu soyuqluqdakı planetin çox nazik atmosferi var. Lakin bu atmosfer, sadəcə, eliptik bir orbitə sahib olan planetin Günəşə yaxın olduğu dövrlərdə qaz halında olur. Digər vaxtlarda isə, buz kütləsinə çevrilir. Bir sözlə, Pluton, ölü bir buz kütləsidir.

Günəş sisteminin mərkəzinə bir qədər də irəlilədiyiniz vaxt, Neptunla qarşılaşarsınız. Bu planet də olduqca “soyuq”dur: Səth temperaturu -218⁰ C-dir. Hidrogen, helium və metan qazlarından ibarət atmosferi insan üçün zəhərlidir. Üstəlik, planetin səthində, sürətləri saatda 2000 km-ə çatan qorxunc fırtınalar əsir.

Mərkəzə doğru bir qədər də irəlilədiyiniz vaxt, Urana çatarsınız. Uran özündə böyük miqdarda qaya və buz ehtiva edən bir “qaz planet”dir. Atmosfer temperaturu -214⁰ C-dir. Hidrogen, helium və metan tərkibli atmosferi həyat üçün, qətiyyən əlverişli deyil.

Səfərə davam etdiyiniz vaxt, Saturna çatarsınız. Günəş sisteminin bu ikinci böyük planeti ətrafındakı halqalarıyla tanınır. Bu halqalar qaz, buz və toz parçalarından ibarətdir. Əsil qəribə olan Saturnun quruluşudur. Planet tam mənasıyla bir qaz planetidir, kütləsinin 75%-ni hidrogen, 25%-i isə, heliumdan ibarətdir. Sıxlığı suyun sıxlığından belə azdır. Bundan ötrü də, əgər Saturna bir kosmik gəmi endirmək istəsəniz, onu üzə bilən “şişmə qayıq” kimi dizayn etməli olarsınız. Temperatur bu planetdə də çox aşağıdır: -178⁰ C.

Bir qədər daha irəlilədiyiniz vaxt, Günəş sisteminin ən böyük planeti olan Yupiterə çatarsınız. Kütləsi yerin 318 misli olan Yupiter də qaz planetidir. Yupiter planetinin atmosferi, səthi və daxili quruluşu arasında fərqləndirmə etmək çətin olduğundan “atmosfer temperaturu” anlayışından istifadə etmək də, eyni dərəcədə çətindir. Lakin planetin atmosferi hesab edilə biləcək üst hissələrindəki temperatur -143⁰ C-dir. Yupiterin üzərində olan böyük qırmızı ləkənin varlığı, təxminən 300 ildir ki, yerdəki müşahidəçilərə məlumdur. Bu qırmızı ləkənin, içinə iki yer kürəsini alacaq qədər böyük bir fırtınadan başqa bir şey olmadığı isə, dövrümüzdə məlum olmuşdur. Bir sözlə, Yupiter, üzərində heç bir quru parçası olmayan, sümüyə işləyən bir soyuğun hökm sürdüyü, yüzlərlə il davam edən böyük fırtınaların yaşandığı, maqnit sahəsi vasitəsilə hər canlını dərhal öldürəcək ürpərdici bir planetdir. Yupiterdən əvvəl Mars gəlir. Marsın atmosferi böyük miqdarda karbon qazı ehtiva edən zəhərli qarışıqdır. Planetdə qətiyyən su yoxdur. Səthində böyük meteoritlərin toqquşmasından meydana gələn nəhəng kraterlər diqqət çəkir. Çox güclü küləklər və aylarla davam edən qum fırtınaları hökm sürür. Temperatur -53⁰ C-yə yaxındır. Barəsində edilən bütün fərziyyələrə baxmayaraq, Mars ölü planetdir.

Marsdan sonra qarşımıza çıxan göy planeti, yəni yer kürəsini hələlik bir kənara qoyaq. Növbəti olaraq gedəcəyimiz planet Veneradır. Venerada daha əvvəl rast gəldiyimiz dondurucu soyuqların əksinə, qızmar istilik hökm sürür. Temperatur səthdə təxminən 450⁰ C-yə qədər çatır. Bu, qurğuşunu belə əritməyə kifayət edəcək bir temperaturdur. Veneranın digər bir xüsusiyyəti isə, sıx karbon qazı təbəqəsindən ibarət ağır atmosferidir. Atmosfer təzyiqi, səthdə 90 atmosferə çatır. Bu, dünyada dənizin 1 km dərinliyindəki təzyiqə bərabər təzyiqdir. Həmçinin Veneranın atmosferində kilometrlərlə qalınlığa malik sulfat turşusu təbəqələri var. Buna görə də, planetə həmişə məhvedici turşulu yağışlar yağır. Cəhənnəmi xatırladan belə bir mühitdə, heç bir canlı yaşaya bilməz.

Hələ də Günəşə doğru irəliləməyə davam etsəniz, sistemin ən başındakı Merkuri planetinə çatarsınız. Merkurinin ən qəribə xüsusiyyəti, öz ətrafında görünməmiş dərəcədə yavaş fırlanmasıdır. Öz ətrafındakı fırlanma sürəti, demək olar ki, Günəşin ətrafında fırlanma sürəti qədər yavaşdır. Belə ki, Merkuri Günəş ətrafında iki dəfə fırlandıqda, öz ətrafında yalnız üç dəfə fırlanmış olar. Yəni iki ili üç gününə bərabərdir. Gecə ilə gündüzün bu qədər uzun davam etməsi, planetin bir üzünü qızartdığı halda, o biri üzünü dondurar. Bundan ötrü də, gecə ilə gündüz arasındakı temperatur fərqi təxminən 1000⁰ C-yə çatar. Əlbəttə ki, belə bir mühit, heç bir canlının sağ qalmasına imkan verməz.

Bir sözlə, Günəş sistemində olan səkkiz planetin yeddisində (və bunların burada toxunmadığımız 54 peykində), həyat üçün əlverişli şərait yoxdur. Hər biri ölü və səssiz bir maddə yığınıdır.

Lakin Yer kürəsi, bu planetlərdən çox fərqlənir. Çünki atmosferindən relyef formalarına, temperaturundan maqnit sahəsinə, elementlərindən Günəşə olan məsafəsinə qədər, istənilən tarazlığı, tamamilə həyat üçün əlverişli şəkildə yaradılmışdır.

1) F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 2
Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s