İşıq-atmosfer uyğunluğu

7ea36916_351237-adminGünəşdən yayılan şüalar həyatı dəstəkləmək üçün xüsusi olaraq yaradılmışlar. Lakin bu mövzuda çox mühüm bir amil var: Bu şüalar Yer səthinə çata bilmək üçün, atmosferdən keçmək məcburiyyətindədirlər.

Əgər atmosfer, bu şüaları keçirəcək quruluşa sahib olmasaydı, əlbəttə ki, bu şüaların bizə heç bir faydası olmazdı. Lakin atmosferimiz, bu faydalı şüaların keçməsinə imkan verən özünəməxsus quruluşa malikdir.

İşin əsil maraqlı tərəfi isə, atmosferin bu şüaların keçməsinə imkan verməsi deyil, təkcə bu şüaların keçməsinə imkan verməsidir. Çünki atmosfer həyat üçün lazım olan görünən və yaxın infraqırmızı şüaları keçirdiyi halda, həyat üçün öldürücü olan digər şüaların keçməsinə qəti şəkildə mane olur. Bu isə, Günəşdən kənar mənbələrdən Yer kürəsinə çatan kosmik şüalara qarşı çox mühüm “süzgəc” rolunu oynayır. Denton bu mövzunu belə açıqlayır:

“Atmosfer qazları, görünən və yaxın infraqırmızı şüalardan tam kənarda qalan digər bütün şüaları isə çox güclü şəkildə udar. Diqqət yetirilsə, atmosferin, elektromaqnit şüalar intervalının çox sayda intervallar arasında, keçməsinə imkan verdiyi yeganə şüalar görünən və yaxın qırmızı şüaları əhatə edən kiçik intervaldır. Demək olar ki, yer səthinə qətiyyən qamma, ultrabənövşəyi və mikrodalğalı şüalar gəlib çatmaz”.(1)

Burada bəhs edilən quruluşun incəliyini görməmək qeyri-mümkündür. Günəş 1025-də 1 ehtimaldan yalnız bizə faydalı olan şüaları yayır, atmosfer isə, onsuz da təkcə bu şüaları keçirdir (Günəşin yaydığı çox az miqdardakı yaxın ultrabənövşəyi şüaların böyük hissəsi isə, ozon təbəqəsində toplanır).

Mövzunu daha da maraqlı edən, digər bir xüsus isə, suyun da eynilə atmosfer kimi olduqca seçici keçirmə xüsusiyyətinə malik olmasıdır. Su içində yayıla bilən şüalar, yalnız görünən şüalardır. Atmosferdən keçə bilən (və istilik verən) yaxın infraqırmızı şüalar belə, suyun içində yalnız bir neçə millimetr irəliləyə bilər. Dolayısilə Yer üzündəki dənizlərdə, yalnız səthdəki bir neçə millimetrlik təbəqə Günəşdən gələn şüalarla isinir. Bu istilik daha aşağıya doğru yavaş-yavaş ötürülür. Beləliklə də, müəyyən dərinlikdə, dünyadakı bütün dənizlərin temperaturu bir-birinə çox yaxın olur. Bu isə dənizdəki həyat üçün, çox əlverişli bir mühit meydana gətirir.

Suyla əlaqədar daha da maraqlı digər xüsus isə, görünən şüaların müxtəlif rənglərinin də suyun içində müxtəlif məsafələrə qədər gedə bilməsidir. Məsələn, qırmızı işıq 18 metrdən artıq dərinliyə gedə bilməz. Sarı işıq 100 metr qədər dərinliyə doğru irəliləyə bilər. Yaşıl və mavi işıq isə, 240 metr dərinliyə qədər enər. Bu xüsusiyyətlər olduqca əhəmiyyətlidir. Çünki fotosintez üçün lazım olan işıq, əvvəlcə mavi və yaşıl işıqdır. Suyun bu işıq rəngini digərlərindən olduqca çox keçirməsi sayəsində, fotosintez edən bitkilər dənizlərin 240 metr dərinliklərinə qədər yaşaya bilərlər.

Bütün bunlar çox mühüm həqiqətlərdir. İşıqla əlaqədar istənilən fiziki qanunu araşdırdığımız vaxt, hər şeyin tam həyat üçün əlverişli olduğu aydın olur. Britaniya Ensiklopediyasında qeyd olunan bir şərh, bunun nə qədər fövqəladə vəziyyət olduğunu belə qəbul edir:

“Dünyadakı həyatın müxtəlif istiqamətləri üçün görünən şüaların nə qədər əhəmiyyət daşıdığını düşündüyümüz vaxt, atmosfer və suyun işıq keçiriciliyinin bu qədər kiçik bir intervala sığışdırılmış olduğu həqiqəti qarşısında, insan özünü heyrətlənməkdən saxlaya bilmir”.(2)

Həyatı dəstəkləyən şərtlər təsadüfən meydana gələ bilməz

Materialist fəlsəfə və ondan qaynaqlanan darvinizm, insan həyatının, kainatda təsadüfən meydana gəlmiş və heç bir məqsəd daşımayan “təsadüf” olduğunu iddia edir. Lakin inkişaf edən elmlə birlikdə ortaya çıxan məlumatlar, əslində kainatın hər incəliyində insanın yaşamasını qarşıya məqsəd qoyan müəyyən nizam və quruluş olduğunu göstərir. Bu elə nizamdır ki, işıq kimi bəlkə də daha əvvəl heç düşünmədiyimiz ünsür belə, insanı heyrətləndirəcək qədər nəzərəçarpandır.

Bu qədər tam və mükəmməl bir nizamı “təsadüf”lə açıqlamağ cəhd etməksə ağılsızlıqdır. Günəşin elektromaqnit şüalarının, ümumi elektromaqnit şüalar intervalının 1025-də 1-i qədər bir intervala sığışdırılmış olması; həyat üçün lazım olan işığın da tam bu kiçik intervalda olması; atmosfer qazlarının digər bütün şüaların keçmələrinə mane olduqları halda, təkcə bu şüaları keçirmələri və suyun da yenə digər öldürücü şüalara mane olub, bu şüalara imkan verməsi… Bu cür fövqəladə həssas tənzimləmələr, təsadüflərlə deyil, ancaq yaradılışla izah oluna bilər.

 

1) Michael Denton, Nature’s Destiny, səh. 55

2) Encyclopaedia Britannica, 1994, 15th ed., cild: 18, səh. 203

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s