Göz və işıq arasındakı mükəmməl uyğunluq

imageGünəşdən bizə gələn şüaların elektromaqnit şüalar intervalının üç kiçik intervalını əhatə edən çox xüsusi şüalardır. Bu intervallar;

1) Görünən şüalardan kiçik dalğa uzunluğuna malik olan və Yer kürəsini isindirən yaxın infraqırmızı şüalar,2) Görünən şüalardan böyük dalğa uzunluğuna malik olan və D vitamininin sintezi üçün lazım gələz az ölçüdəki ultrabənövşəyi şüalar,

3) Həm görmə qabiliyyətini, həm də bitkilərin fotosintez əməliyyatını dəstəkləyən “görünən şüalar” intervallarıdır.

“Görünən şüalar” intervalının mövcudluğu, fotosintez qədər, görmə qabiliyyətinin dəstəklənməsi baxımından da olduqca əhəmiyyətlidir. Çünki bioloji bir gözün, görünən şüalar (eləcə də, çox az ölçüdə yaxın infraqırmızı şüalar) istisna olmaqla hər hansı şüa növünü görməsi qeyri-mümkündür.

Bunu izah etmək üçün görmə əməliyyatının necə baş verdiyini qısa şəkildə xatırlayaq. Görmə əməliyyatı, “foton” adlandırılan işıq zərrəciklərinin göz büllurundan keçərək, gözün arxa tərəfində yerləşən torlu qişa təbəqəsi üzərinə düşməsiylə başlayır. Torlu qişa təbəqəsinin səthində, işığa həssas hüceyrələr var. Bu hüceyrələrdən hər biri özünə tuş gələn tək bir fotonu qəbul edə biləcək qabiliyyətdədir. Fotonun enerjisi, bu hüceyrələrdə yüksək miqdarda olan və “rodopsin” adlandırılan mürəkkəb bir molekulu fəaliyyətə keçirər. Rodopsin başqa molekullara təsir edər və bu molekullar başqa molekulları fəaliyyətə keçirər.(72) Sonunda hüceyrədə elektrik siqnalı meydana gələr və bu siqnal sinirlər vasitəsilə beyinə ötürülər.

Diqqət yetirilsə, burada sistemin ən təməl şərti, torlu qişadakı hüceyrənin fotonu qəbul edə bilməsidir. Məhz bunun baş tutması üçün, bu foton görünən şüalar intervalında qalmalıdır. Çünki daha fərqli dalğa uzunluğundakı fotonlar, hüceyrələr üçün ya çox zəif, ya da çox güclü olacaqlar və lazımi reaksiyanı başlada bilməyəcəklər. Gözün ölçülərinin kiçildilməsi və ya böyüdülməsi heç nəyi dəyişdirməz. Əhəmiyyətli olan, hüceyrənin uzunluğu ilə, fotonun dalğa uzunluğu arasındakı uyğunluqdur.

Digər şüaları qəbul edəcək bir göz dizayn etmək isə, karbon əsaslı həyatın hökm sürdüyü dünyada qeyri-mümkündür. Maykl Denton (Michael Denton), “Nature’s destiny” (“Təbiətin taleyi”) adlı kitabında bu mövzunu ətraflı şəkildə araşdırır və təbii bir gözün ancaq “görünən şüalar” intervalında görə biləcəyini bildirir. Nəzəri olaraq dizayn edilə biləcək başqa heç bir göz modelinin, müxtəlif dalğa uzunluqlarını görməsi qeyri-mümkündür. Denton, belə yazır:

“Ultrabənövşəyi, rentgen və qamma şüaları çox enerji daşıyırlar və yüksək dərəcədə məhv edicidirlər. Uzaq infraqırmızı və mikrodalğalı şüalar da həyat üçün zərərlidirlər. Yaxın infraqırmızı və radio dalğalar isə, çox zəif enerjiyə sahib olduqları üçün, müəyyənləşdirilə bilməzlər… Nəticədə bu ortaya çıxır ki, bir çox səbəbdən ötrü, elektromaqnit şüalar intervalının görünən şüalar intervalı, bioloji görmə qabiliyyəti üçün uyğun olan yeganə intervaldır. Xüsusilə də, insan gözünə bənzər yüksək həllolma əmsallı kamera tipli onurğalı gözləri üçün, bu şüa intervalından başqa uyğun bir dalğa uzunluğu yoxdur”.(1)

Bütün bunları birlikdə düşündüyümüzdə isə, bu nəticəyə gələrik: Günəş elə həssaslıqla müəyyənləşdirilmiş interval aralığında şüalar yayır ki, bütün şüa növlərinin yalnız 1025-də 1-ni meydana gətirən bu interval, həm Yerin isinməsi, həm mürəkkəb canlıların bioloji funksiyalarının dəstəklənməsi, həm bitkilərin fotosintez etməsi, həm də Yer üzündəki canlıların görmə qabiliyyətinə sahib olması üçün, ən ideal intervaldır.

1) Michael Denton, Nature’s Destiny, səh. 62, 69

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

w

Connecting to %s