Kainatda zaman israfı yoxdur

3470be31_zaman-kainat1Kainatın başlanğıcından təxminən 9 milyard il sonra planetimiz formalaşmağa başlayıb. Buna əsasən bəzi ateistlər kainatda lazımsız kimi keçən zamanın olduğunu düşünür. Amma əslində bu uzun gözləmə müddəti zaman itkisi deyil, əksinə aktiv hazırlıq müddətidir. Yer kürəsində həyatın mövcud olmasına qədər keçən müddətin niyə belə uzun olması ilə bağlı iki mühüm səbəb var.

Birinci səbəb ağır elemetlərin kifayət qədər çoxluğunun və müxtəlifliyinin formalaşması ilə bağlıdır. Bu elemetlər ulduz reaktorlarında zəncirvari termonüvə reaksiyaları nəticəsində formalaşırlar. Termonüvə reaksiya prosesində Günəşdən bir neçə dəfə böyük ulduzlar heliumdan tutmuş dəmirə qədər böyük elementləri əmələ gətirir və sonra bu elementlər kosmosa səpələnirlər. Günəşdən dəfələrlə böyük olan ulduzlarda termonüvə reaksiyaları nəticəsində ifrat yeni ulduz partlayışları olur. Bu partlayışlar mis, sink, selen və molibden kimi dəmirdən daha ağır olan bütün elementləri meydana gətirir. Astronomik tədqiqatlar göstərir ki, bizim planetimizin və həyatın mövcud olması üçün bəzi nəhəng ulduzlar yaranmalı, “yanacaq”larını yandırıb bitirməli və sonda partlamalıdırlar. Bu mərhələlərin hər biri üçün milyon illər tələb olunur.

Uzun zaman keçməsinin ikinci səbəbi çox mühüm olan radioaktiv izotopların yaranmasıdır. İftat yeni ulduzun partlaması və tələb olunan miqdarda radioaktiv izotopların yaranması üçün təxminən 9 milyard illik kosmik tarix lazımdır. Qısa ömürlü radioaktiv izotoplar sürətlə parçalandığına görə, onlar davam edən ifrat yeni ulduz partlamaları tərəfindən əvəzlənməlidirlər. Həmçinin, yarı ömrü 4.47 milyard illik uran-238 və yarı ömrü 14.05 milyard illik torium kimi uzun ömürlü radioaktiv izotoplarların yaranması üçün çoxlu ifrat yeni ulduz nəsli meydana gəlməlidir.

Həm uzun ömürlü, həm də qısa ömürlü radioaktiv izotoplar Yer kürəsini həyat üçün hazırlayıblar. Qısa ömürlü radioaktiv izotoplar ilkin planetdəki yüngül qazları və suyu parçalayan istilik hasil edirdi. Əgər bu proses baş verməsəydi Yer kürəsində astmosfer həddindən artıq sıx olardı və hər hansı həyatın mövcud olmayacağı dərin okeanlar yaranardı.

Uran və torium kimi uzun ömürlü radioaktiv izotoplar isə Yer kürəsinin güclü və davamlı maqnit sahəsinin, eləcə də tektonik plitələrin aktivliyində mühüm rol oynayır. Bunların hər ikisi də həyat üçün çox mühümdür. Planetimizin yaranma mərhələsində uzunömürlü radioaktiv izotoplar Yerin nüvəsini əmələ gətirdi, bu da öz növbəsində davamlı istilik və güclü maqnit sahəsinin meydana gəlməsinə səbəb oldu. Yerin maqnit sahəsi canlıları Günəşin və kosmosun ölümcül radiasiyasından qoruyur, Yerin atmosferinin Günəş zərrəcikləri tərəfindən dağıdılmasının qarşısını alır.

Uzunömürlü radioaktiv izotoplar mantiya və nüvədə Yer kürəsi plitələrinin teknotikasını, planetar qabığın böyük və kiçik hissələrinin, materiklərin hərəkətini təmin edir. Tektonik plitələrin aktivliyi qitələri, okeanları meydana gətirir, ekoloji dövranı təmin edir və yandırıcı istixana qazlarını atmosferdən uzaqlaşdırır.

Bəs bu radioaktiv izotoplar haradan gəlir? Ağır elemetlər kimi, radioaktiv izotoplar da təxminən 9 milyard il ərzində nəhəng ulduzların formalaşması, yanması və partlaması nəticəsində ortaya çıxıb. Burada belə bir elmi nəticəyə gəlirik ki, Yer kürəsində həyatın mövcud olması üçün bu qədər zamana və zəncirvari proseslərə ehtiyac var.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s