Kainatdakı tarazlığın əsası: dörd qüvvə

imageƏslində böyük partlayışın sürəti, kainatın ilk anında yaranan ədədi tarazlıqların yalnız bir nümunəsidir. Böyük partlayışdan sonra, hazırda içində yaşadığımız kainatın quruluşunu müəyyən edən “ölçülər” ortaya çıxarmışdır və bunlar üçün tam lazımi qiymətlər müəyyənləşdirilmişdir.

Bu ölçülər, bu gün müasir fizikanın qəbul etdiyi “dörd əsas qüvvə”dir. Kainatdakı bütün fiziki hərəkətlər və strukturlar, bu dörd qüvvənin bir-biri ilə əlaqəsi və tarazlığı sayəsində yaranır. Bunlar; cazibə qüvvəsi, elektromaqnit qüvvə, güclü nüvə qüvvəsi və zəif nüvə qüvvəsidir. Güclü və zəif nüvə qüvvələri yalnız atomun quruluşunu müəyyənləşdirir. Digər iki qüvvə, yəni cazibə və elektromaqnit qüvvələri isə, atomlar arasındakı əlaqəni və dolayısilə bütün maddi obyektlər arasındakı tarazlığı müəyyənləşdirərlər. Bu dörd əsas qüvvə böyük partlayışdan sonra yaranmışdır və kainata dağılan maddə, bu dörd əsas qüvvə əsasında müəyyənləşdirilmişdir.

Lakin qəribə gələn, bu qüvvələrin bir-biriylə müqayisə edilməsi vaxtı, ortaya çıxan mənzərədir. Çünki bu qüvvələr, bir-birlərindən görünməmiş dərəcədə müxtəlif qiymətlərə sahibdirlər. Əgər bütün bu qüvvələrin bir-birlərinə olan nisbətlərini ortaq vahiddən istifadə edərək söyləmək istəsək, belə yazmalı olarıq:

Güclü nüvə qüvvəsi: 15

Zəif nüvə qüvvəsi: 7,03 x 10-3

Cazibə qüvvəsi: 5,90 x 10-39

Elektromaqnit qüvvə: 3,05 x 10-12

Diqqət yetirilsə, yuxarıdakı ədədlər arasında çox böyük fərqlər var. Məsələn, güclü nüvə qüvvəsinin qiyməti, cazibə qüvvəsinin qiymətindən təxminən “milyard dəfə milyard dəfə milyard dəfə milyard dəfə milyard” qədər daha böyükdür. Bəs görəsən bu qədər fərqli bir güc bölgüsünün məqsədi nədir?

Tanınmış molekulyar bioloq Maykl Denton (Michael Denton), “Nature’s destiny: How the laws of biology reveal purpose in the universe” (“Təbiətin taleyi: Biologiya qanunları kainatdakı məqsədi necə göstərir”) adlı kitabında bu sualı belə cavablandırır:

“Əgər cazibə qüvvəsi bir trilyon qat daha güclü olsaydı, o zaman kainat olduqca kiçik bir yer olardı və ömrü də olduqca qısa olardı. Orta bir ulduzun kütləsi, hazırkı Günəşimizin kütləsindən bir trilyon qat daha kiçik olardı və ömür müddəti də təxminən bir il olardı. Eləcə də, cazibə qüvvəsi bir qədər belə daha zəif olsaydı, qətiyyən heç bir ulduz və ya qalaktika meydana gələ bilməzdi. Digər qüvvələr arasındakı tarazlıqlar da olduqca həssasdır. Əgər güclü nüvə qüvvəsi bir qədər belə daha zəif olsaydı, o zaman kainatda təkcə hidrogen atomu qalardı. Başqa heç bir atom ola bilməzdi. Əgər güclü nüvə qüvvəsi, elektromaqnit qüvvəyə nisbətən bir qədər belə daha güclü olsaydı, o zaman da kainatda təkcə nüvəsində iki protonu olan bir atom qalardı. Belə olan halda, kainatda heç bir hidrogen atomu olmayacaq, ulduzlar və qalaktikalar, yaransalar belə, hazırkı quruluşlarından çox fərqli olacaqdılar. Açığı budur ki, bu əsas qüvvələr və dəyişənlər hazırki qiymətlərə sahib olmasaydılar, heç bir ulduz, ifrat yeni ulduz, planet və atom olmayacaqdı. Həyat da olmayacaqdı”.(1)

Pol Devis (Paul Davies) isə, kainatdakı əsas fizika qanunlarının insan həyatına ən uyğun şəkildə müəyyənləşdirilmiş olduğu həqiqəti qarşısında bunları söyləyir:

“Əgər təbiət bir qədər də fərqli ədədi qiymətlər seçmiş olsaydı, kainat olduqca fərqli bir yer olacaqdı. Həmçinin böyük ehtimalla onu görmək üçün, biz burada olmayacaqdıq… Eləcə də, insan kosmologiyanı araşdırdıqca, inanılmazlıq getdikcə daha da nəzərə çarpır. Kainatın başlanğıcı haqqındakı son tapıntılar, genişlənməkdə olan kainatın, heyranedici həssaslıqla nizamlanmış olduğunu göstərir”.(2)

Böyük partlayışın böyük sübutu olan kosmik fon radiasiyasını ilk dəfə Robert Uilsonla (Robert Wilson) birlikdə müşahidə aparan və bundan ötrü də 1965-ci ildə nobel mükafatı qazanan Arno Penzias, kainatdakı bu fövqəladə nizam qarşısında bu açıqlamanı vermişdir:

“Astronomiya bizi çox fövqəladə bir hadisəyə aparır – yoxluqdan yaradılmış bir kainata. Həyatın yaranmasına imkan yaradacaq lazımi şərtləri tam təmin edəcək həssas bir tarazlıqla qurulmuş, bu məqsədə dair bir plana sahib olan bir kainat”.(3)

Buraya qədər özlərindən sitat gətirdiyimiz elm adamları mühüm bir həqiqəti görüblər. Kainatdakı heyrətamiz tarazlıqları və nizamı araşdıran hər insanın qarşısına çıxan bu həqiqət olduqca açıqdır: Bütün kainatda üstün bir yaradılış, mükəmməl bir nizam özünü göstərir. Bu nizamı meydana gətirən, əlbəttə ki, hər şeyi mükəmməl şəkildə yaradan Allahdır. Allah kainatın yaradılışındakı nizam və “müəyyən ölçüylə” hesablanmış tarazlıqlar barədə, bir ayəsində belə buyurur:

Göylərin və yerin mülkü Ona məxsusdur. O, Özünə övlad götürməmişdir və mülkündə də şəriki olan yoxdur. O, bütün şeyləri nizamlı və müəyyən ölçüdə xəlq etmişdir. (Furqan surəsi, 2)

1) Michael Denton, Nature’s Destiny: How the Laws of Biology Reveal Purpose in the Universe, The New York: The Free Press, 1998, səh. 12-13

2) Paul Davies. The Accidental Universe, Cambridge: Cambirdge University Press, 1982, Önsöz.

3) Hugh Ross, The Creator and the Cosmos, səh. 122-23

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s