Suzanbağından “Kristal saray”

Londonda 1851-ci ildəki Birinci Dünya Yarmarkası üçün tikilmiş “Kristal saray” şüşə və dəmirin birləşdirilməsi ilə düzəldilmiş texnologiya möcüzəsi idi. Bu saray 35 m hündürlüyündə idi və təqribən 7500 m2-lik sahəsi vardı. Bundan əlavə, 30×120 sm ölçülərində 200.000-dən çox şüşə lövhədən təşkil olunmuşdu.

“Kristal saray” Cozef Pakston (Joseph Paxton) adlı peyzaj memarı tərəfindən dizayn edilmişdi. Pakston bu dizaynında Victoria amazonica adlanan su zanbağından ilham almışdı. Bu su zanbağı növünün zərif görünüşünə baxmayaraq insanları belə üstündə daşıyacaq qədər güclü, böyük yarpaqları var.

Pakston bu yarpaqların altını tədqiq etdikdə qabırğaya bənzər formalarla dəstək verildiyini görmüşdür. Yarpağın mərkəzindən ətraflarına doğru lif şəklində çıxıntılar uzanır. Bu çıxıntıların arası da çarpaz yerləşmiş daha nazik başqa toxuma ilə dəstəklənir. Pakston su zanbağının yarpağındakı qabırğaya bənzər formanı dəmir armaturlarla, yarpağın toxumasını isə şüşə ilə əvəz etmişdir. Bu yolla şüşə və dəmirdən ibarət, yüngül, ancaq eyni zamanda böyük sahəni əhatə edən möhkəm çardaqlı bina tikməyi bacarmışdır.1

Su zanbağı Amazon çayının dibindəki bataqlığın içində böyüməyə başlayaraq çayın səthinə doğru uzanır. Çünki yaşamaq üçün ehtiyacı olan işığı əldə etməlidir. Suyun səthinə çatdıqda böyüməyi dayandırır. Bu zaman burada üstü tikanlı yuvarlaq tumurcuqlar əmələ gəlir. Tumurcuqlar bir neçə saat qədər qısa müddət ərzində boyu təqribən iki metrə çatan nəhəng yarpaqlara çevrilirlər. Çünki nə qədər bol yarpaqla çayın üzü örtülərsə, o qədər çox günəş işığından faydalanaraq fotosintez ediləcək.

img_4981

Nyu Yorkdakı Con Kennedi adına hava limanında Pan Amerikan Terminalının çardağı inşa edilərkən su zanbağının quruluşundan faydalanılmışdır.

7f1ec7e33c18a8f1074dd02e4c7c1320

Yuxarıdakı şəkildə suzanbağının yarpağı formasında dizayn olunmuş çardağın üstündəki yükləri necə payladığı görünür.

Suzanbağının həm də oksigenə ehtiyacı var. Lakin bitkinin köklərinin yerləşdiyi palçıqlı çay yatağında oksigen yoxdur. Məhz buna görə su zanbaqları köklərindən çıxan saplaqları yuxarıya – yarpaqlarının olduğu su səthinə doğru uzadırlar. Boyu bəzən 11 metrə çatan bu saplaqlar yarpaqlara birləşir və yarpaqla kök arasında oksigen daşıyan kanal funksiyasını yerinə yetirir.2

Görəsən çayın dərinliklərində həyata yeni başlayan tumurcuq işığa və oksigenə ehtiyacı olduğunu, bunlar olmasa yaşaya bilməyəcəyini, ehtiyacı olan şeylərin suyun üzərində olduğunu haradan bilir? Yaşamağa yeni başlayan bir varlıq nə suyun müəyyən sərhədi olduğundan, nə günəşin, nə də oksigenin varlığından xəbərdardır.

Ona görə təkamülçülərin məntiqi ilə baxsaq, bu bitkilər çoxdan mühitin şərtlərinə məğlub olub nəsilləri kəsilməli idi. Halbuki su zanbaqları yenə də mükəmməl xüsusiyyətləri ilə qarşımızdadırlar.

Amazon suzanbaqları suyun üzərindəki işığa və oksigenə çatdıqdan sonra nəhəng yarpaqlarının su ilə dolub batmaması üçün kənarlarını yuxarıya doğru qatlayırlar. Gördükləri bu tədbirlərlə həyatlarını davam etdirə bilərlər, ancaq nəsillərinin davam etməsi üçün daha çox şeyə ehtiyacları var. Tozcuqlarını başqa su zanbağına daşıyacaq canlı lazımdır. Bu canlılar sərtqanadlı böcəklərdir,  çünki sərtqanadlılar ağ rəngə meyilli yaradılıblar. Ona görə Amazon çayının o qədər gözəl çiçəkləri arasında ağappaq olan su zanbaqlarını seçib qonurlar. Amazon su zanbaqları da nəsillərini davam etdirən bu qonaqları gəldikdə bütün yarpaqlarını bağlayaraq qaçmamaları üçün onları həbs edir, onlara bol tozcuq verirlər. Növbəti gün gecəyə qədər onları saxladıqdan sonra buraxır və yenidən həmin tozcuqları özlərinə geri gətirməmələri üçün rənglərini dəyişdirirlər. Ağappaq rəngi olan gözəl su zanbaqları artıq çəhrayı rəngləri ilə Amazon çayını bəzəyirlər.

Şübhə yoxdur ki, bu qüsursuz və dəqiq hesablanmış ardıcıl planlar hər şeydən xəbərsiz olan su zanbağı tumurcuğunun əsəri deyil.

Burada qısa şəkildə izah edilən bütün bu detallar kainatdakı hər varlıq kimi bitkiləri də yaşamaları üçün ən uyğun sistemlərlə Allahın yaratdığını bizə göstərir.

125 http://www. fonz. org/zoogoer/zg1999/28(4)biomimetics. htm

126 David Attenborough, The Private Life Of Plants, Princeton University Press, 1995, səh.291

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s