Köpəkbalığı dərisindən nümunə götürülərək hazırlanan çimərlik paltarları və suyun səth müqaviməti

1/100 saniyənin qızıl medalı müəyyən etdiyi olimpiada yarışlarında yarışçılar üçün suyun bədənlərinə qarşı sürtünmə müqaviməti böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən bir çox üzgüçü sürtünmə müqavimətini ən aşağı səviyyəyə salan yeni çimərlik geyimlərinə üstünlük verir. Bu çimərlik geyimləri üzgüçünün bədəninə möhkəm yapışaraq bədəninin böyük hissəsini əhatə edir. Çimərlik geyiminin materialı şaquli qatran zolaqları üzərində köpəkbalığı dərisinin xüsusiyyətlərini daşıyan toxumadan ibarətdir.

Köpəkbalıqları üzərində skanerli elektron mikroskopu ilə aparılan tədqiqatlarda balığın dərisinin zolaqlardan təşkil olunduğu müşahidə edilmişdir. Zolaqlar şaquli su girdabları və ya su spiralları əmələ gətirərək suyu balığın bədəninə daha çox yapışdırır və suyun üzməyə qarşı müqavimətini azaldır. Zolaqların bu təsiri Ribblet təsiri adlanır və bu mövzu ilə bağlı NASA-nın Lenqli Tədqiqat Mərkəzində (Langley Research Center) Ribblet dəri tədqiqatları aparılır. Son on ildir ki, bu təsir çimərlik geyimlərinə tətbiq olunur.

Yeni liflər və yeni toxuma texnikaları ilə hazırlanan çimərlik geyimləri üzgüçünün bədənini örtərək suya ən az müqavimət göstərəcək şəkildə istehsal olunur. Belə ki, aparılan tədqiqatlar bu çimərlik geyimlərinin digərləri ilə müqayisədə sürtünmə müqavimətini 8% azaltdığını göstərmişdir.1

Kopek baligi

Yuxarıda böyük şəkildə köpəkbalığının dərisinin skanerli elektron mikroskopundakı görüntüsü görünür.2 Sidney Olimpiadasında avstraliyalı İan Torp (Ian Thorpe) kimi qızıl medal almış bütün üzgüçülər köpəkbalığı dərisi xüsusiyyəti daşıyan çimərlik geyimləri geyinmişdilər. Bu, yeni iş sahəsinin açılmasına səbəb olacaq qədər mühüm irəliləyiş idi. Çimərlik geyimi istehsalında dünyanın ən tanınmış şirkətləri arasında olan “Speedo”, “Nike” və “Adidas” kimi firmalar biomexanika və hidrodinamika sahəsində bir çox mütəxəssisi işə qəbul ediblər.3

1 Bilim ve Teknik, TUBİTAK Yayınları, No.395, oktyabr 2000, səh.77

2 Bilim ve Teknik, TÜBİTAK Yayınları, No.395, oktyabr 2000, səh.77

3 news. bbc. co. uk/. . . /athletics-track/ newsid_935000/935260. stm

 

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

w

Connecting to %s