Begemotların ifraz etdikləri maye günəş kremi funksiyasını yerinə yetirir

Yaponiyalı tədqiqatçılar begemotların dərilərini günəşə və bakteriyalara qarşı mühafizə edən qırmızımtıl iki piqment ifraz etdiklərini kəşf etdilər.

Bir qrup yaponiyalı tədqiqatçı begemotu günəşə və bakteriyalara qarşı mühafizə edən bir piqment üzərində tədqiqatları genişləndirdilər. Bu maraqlı hadisəni meydana gətirən piqmentləri tədqiq edən Kimiko Hashimotonun Yokohamadakı Keio Universitetindəki həmkarlarıyla birlikdə icra etdiyi işlərin nəticələri “Nature” jurnalında nəşr olundu.

a six-day-old hippopotamus is pictured next to his mother, Kara, aged 21, on September 12, 2012 at "Planet sauvage" (wild planet) zoo in Port-Saint-Pere, western France. The birth, a rare event for this species in captivity, occured on September 7, 2012 in the zoo. AFP PHOTO FRANK PERRY

Begemotlar əslində tərləməzlər. Begemot sudan kənarda olduğu zaman dərisindəki epidermis toxumaları bədəninin istiliyinə nəzarət etməyə, onu günəşə və bakteriyalara qarşı mühafizə edə biləcək bir növ yapışqan maye ifraz edər.Tədqiqatçılar Tokiodakı Ueno zooparkındakı iki məməlidən aldıqları bu yapışqan mayeni araşdırdılar və onu meydana gətirən iki piqmenti təhlil etdilər:
Piqmentlərdən biri qırmızı “hiposüdorik turşusu” və digəri portağal rəngi “norhiposüdorik turşusu” idi.

Kimyaçılar bu piqmentlərin ultrabənövşəyi şüaların qarşısını aldıqlarını və beləcə, begemotun dərisini günəşin zərərlərindən qoruduqlarını göstərdilər. Yaralanmış begemotlarda da piqmentlər heyvanı palçıqdan gələn bakteriyalara və mikroblara qarşı da dezinfeksiyaedici olaraq qoruyur.

Begemotlar piqmentlər çoxalmadan və güclü yanıqlar meydana gəlmədən qırmızı rənglərini qoruyurlar. Ancaq laboratoriyadakı birləşmələrin sabit olmaması tədqiqatçılara heyvandakı yapışqanın sabitləşdirici təsiri olduğunu da düşündürür.

Begemotu günəşin təsirindən qoruyan piqmentlər təsadüfən meydana gələ bilməz

Begemotlar çoxumuzun böyük və kobud quruluşları ilə tanıdığımız canlılardır. Ağızlarını içinə 1.20 m-lik bir uşağın yerləşə biləcəyi qədər genişlikdə aça bilən bu canlılar insanlardan daha sürətli qaçırlar.

Bu canlıların bədənlərində onları günəşin təsirlərinə qarşı mühafizə edən bir mayeni ifraz etmələri isə begemotlarla əlaqədar yeni bir təəccüblü xüsusiyyət olaraq qarşımıza çıxır.

Bəs bu böyük heyvanlar bədənlərində onları günəşin təsirlərinə qarşı mühafizə edən bir günəş kremini ifraz etməyi necə ağıl işlədib tapmışlar? Elm adamlarının laboratoriyalarda reallaşdırdıqları uzun tədqiqatlar nəticəsində kəşf etdikləri piqmentləri bir begemot necə olar ki, bədənində istehsal edə bilər?

Yaxşı, onda heyvanı günəşin zərərli ultrabənövşəyi şüalarına qarşı mühafizə edən bu piqmentlərin təsadüfən əmələ gəlməsi mümkündürmü?

Əlbəttə ki, xeyr. Uca Allah begemotu da digər bütün canlılar kimi yaşadığı mühitdə ehtiyacı olan bütün xüsusiyyətlərlə birlikdə yoxdan yaratmışdır.
Allah bu üstün yaratmasını Quranda belə bildirir:

O, Xaliq, yoxdan Yaradan, Surət verən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)
Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s