Diş minası Allahın incəlik sənətinin bir təcəllisidir

Kəllə, qabırğa sümükləri, qol və ayaq sümükləri … Qısacası, bütün skeletimiz bədənimizin ən möhkəm quruluşları arasındadır. Lakin, Uca Allahın beyin, ürək, ağciyər kimi vacib funksiyalara sahib orqanları qoruma vəzifəsi və hərəkət etmə funksiyası verdiyi skeletimiz bədənimizin ən möhkəm quruluşu deyil. Bədənimizin ən möhkəm quruluşu zənn edildiyinin əksinə olaraq, iri və sərt sümüklərimiz deyil, ağzımızın içindəki kiçik dişlərimizdir. Dişlərimizi möhkəm edən isə eyni zamanda onlara rəng və parlaqlıq verən diş minasıdır.indir

• Diş minasını sağlam edən xüsusiyyət nədir?

• Diş minası üzərindəki çatlaqlar zərər vermək əvəzinə dişi necə qoruyur?

Dişlərimiz möhkəm və sağlamlığı ilə tanınır. Uzun illər boyunca əzmə, çeynəmə, dişləmə kimi bir çox yüksək təzyiqə qarşı müqavimət tələb edən mövzuda həmişə dişlərimizi istifadə edirik. Ancaq buna baxmayaraq, dişlərimiz çox uzun müddət möhkəm qalar. Dişlərimizin möhkəmliyini diş minası təmin edir. Bədənin ən sərt və ən sıx minerallaşmış maddəsi olan diş minası, dentin sement və diş əti ilə birlikdə dişi meydana gətirən dörd əsas toxumadan biridir. Dişi ən xaricdən qoruyucu bir təbəqə olaraq əhatə edən mina, içində sinir hüceyrələri olmadığı üçün, həssas deyil. Şübhəsiz, minanın bu xüsusiyyəti Uca Allahın qullarına bəxş etdiyi böyük bir nemətdir. Çünki diş minası əgər sinirlərlə örtülü olsaydı, insanın dişləmə, əzmə və çeynəmə kimi əməliyyatlar əsnasında çox ağrı çəkməsi lazım idi. Bu vəziyyətdə, yemək yemək böyük bir əziyyətə çevrilərdi. Diş minası nümunəsində olduğu kimi, Allahın qullarına bəxş etdiyi nemətləri ümumiləşdirərək belə saymaq mümkün deyil. Bu həqiqət ayələrdə belə bildirilir:

Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.  (Nəhl surəsi, 17-18)

Uca Allah diş minasını çox sağlam olaraq yaratmışdır

Bədənin ən sərt və ən sıx minerallaşmiş maddəsi olan mina, dişin görünən hissəsidir və mütləq altdan dentin (yetkin bir insan dişinin 75%-ni meydana gətirən dentin, sümüklə eyni sıxlığa sahib olmasına baxmayaraq istiliyə və toxunuşa həssasdır. Ehtiyac olduğunda, təmir hüceyrələri ilə yenidən dentin toxuması meydana gətirə bilirlər) ilə dəstəklənir. Mina, içindəki mineral nisbətinə görə rəngi fil dişindən mavi-ağ rəngə qədər dəyişə bilər. 97% nisbətində qeyri-üzvi maddələrdən ibarətdir. Bunlar mikro kristallar formasında kalsium duzlarıdır. Yerdə qalan hissəsində üzvi maddələr yer alır. Üzəri keratinli bir təbəqəylə örtülüdür.

Diş minasını dərindən araşdıran elm adamları son dərəcə təfərrüatlı və xüsusi bir quruluşa sahib olduğunu kəşf etmişlər. Bu xüsusi quruluş minaya və buna görə də, dişə sağlamlıq verir. Diş minası göründüyünün əksinə olaraq, hamar bir quruluşa sahib deyil. Tam əksinə, üzərində kiçik, ancaq dərin olmayan çatlar vardır. Mina diblərindən xarici səthə doğru böyüməyə başlayan bu çatlar, diş minasına edilən təzyiqi öz aralarında paylaşdıraraq dişin qırılmasının qarşısını alar və minani daha sağlam və möhkəm vəziyyətə gətirirlər.

Uca Allahın diş minasının yaradılışındakı üstün ağlı və incəlik sənəti bir başqa şəkildə də ortaya çıxar. Normal şərtlərdə diş minasındakı bu çatlaqların dişimizə tətbiq etdiyimiz hər təzyiqdə daha da böyüməsi və dişi çürütməsi lazım idi. Lakin dişdəki bu çatlar, Uca Allahın yaratdığı xüsusi bir müalicə müddəti ilə ortadan qalxar. Çünki bu çatlar təzyiqlə böyüyərkən, eyni zamanda onları dolduran təbii material çatlaqların dərinləşərək dişin çürüməsinin qarşısını alar. Qarşılaşdığı qidaların məhvedici təsiri və diş minasının bu quruluş xüsusiyyəti səbəbiylə qısa müddətdə köhnəlməli olan dişlərimiz, Allahın üstün yaratması sayəsində bu ağır və uzun müddətli vəzifəni ən uyğun və gözəl şəkildə yerinə yetirər.

Diş minasının sağlam quruluşu Uca Allahın qüsursuz elmiylə meydana gəlir

Elm adamları dişin əmələ gəlməsi ilə əlaqədar etdikləri işlərdə Uca Allahın möhtəşəm yaratma sənətini və bu yaradılışdakı incə təfərrüatlarından birini də gözlər önünə sərən bir gen ortaya çıxarmışlar. Bu gen, diş minalarının və dişin içərisində daha yumşaq quruluşdakı dentinin meydana gəlməsində əhəmiyyətli rol oynayan dentin sialophospho zülal (DSPP) genidir. Dişin meydana gəlməsində mühüm rol oynayan bu gen, tək bir zülal ortaya çıxarar. Ancaq bu zülal, dentin sialoprotein (DSP) və dentin phospho zülal (DPP) adı verilən zidd funksiyalara sahib iki zülala bölünür. Bəhsi keçən zülallardan DPP kövrəkliyə səbəb olan oyuq və əhəngli bir mina təbəqəsi meydana gətirərkən, DSP minanın sərtliyini və əmələ gəlmə sürətini artırır. Başqa bir sözlə, bu iki zülalın tam göstərilən ölçülərdə və bir-birini tamamlayan incə bir texnika ilə bir arada fəaliyyət göstərməsi nəticəsində dişlər, nə asan qırılacaq şəkildə çox sərt, nə də çox yumşaqdır.

DSP və DPP arasındakı mükəmməl tarazlıq, mühüm dentin-mina əlaqəsinin həssaslığını gözlər önünə sərir. Çünki dişlərin qorunmasında fəal bir maddə olaraq görünən və minanın dentinlə olan əlaqəsində çox incə bir təbəqə halında olan DSP, bütün minadan daha sərtdir. Əgər bu zülalın miqdarı artırılırsa, dişlər daha kövrək vəziyyətə gəlir. Çünki dişləri daha sərt edən və çürüməyə qarşı qoruyan florürün çox miqdarının dişləri zəiflətməsi kimi, DSP-nin də həddindən artıq miqdarının dişləri zəiflətdiyi və kövrək hala gətirdiyi müəyyən olunmuşdur.

Digər tərəfdən DPP zülalının dişləri zəiflədən bir təsirinin olduğu bilinir. Bu zülalın normadan artıq miqdarda olması isə dişlərimizin çürüyüb tökülməsi mənasını verər. Ancaq Uca Rəbbimizin sonsuz elmi nəticəsində, DSP və DPP arasında çox həssas bir tarazlıq qurulmuşdur. Bu elə həssas bir nizamdır ki, minanı zəiflədirmiş kimi görünən DPP zülalı, sərtliyi artıran DSP zülalı ilə birləşərək uyğun diş əmələ gəlməsini təmin edir.

Hər şeyi müəyyən bir ölçü ilə və nizam içində yaradan Uca Allah DSP və DPP arasındakı bu həssas tarazlıq ilə yumşaq dentinin, hətta çöldəki sərt keramikə bənzər quruluşdakı minanın əhatə etməsi ilə etibarlı bir şəkildə birləşməsini təmin edir. Uca Allah bir Quran ayəsində hər şeyi bir ölçü ilə yaratdığını bizlərə belə xəbər verir:

“… Onun yanında hər şey bir miqdar (ölçü) ilədir.” (Rad surəsi, 8)

Uca Allahın yaratdığı hər şeydə düşünən bir birlik üçün ibrətlər vardır.

Dişlərimiz və dişlərimizdəki çox kiçik bir parça olan diş minası bəlkə də, daha əvvəl üzərində düşünmədiyimiz bir çox mükəmməl incəliklə yaradılmışdır. Bu qüsursuz yaradılışı, eyni zamanda bədənimizin hər yerində, kainatın hər nöqtəsində görmək mümkündür. Uca Allah insanları, ən rahat edəcəyi, sıxıntı duymayacağı, bütün ehtiyaclarını asanlıqla qarşılaya biləcəyi üstün sistemlər və orqanlarla yaratmışdır. Əhəmiyyətli olan bu ayələr üzərində düşünərək, hər şeyin hakimi olan Allaha yönəlməkdir. Uca Allah bu həqiqəti bir ayəsində belə bildirmişdir:

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 164)

Diş minası keramikadan daha üstün bir quruluşa malikdir. Bol miqdarda karbonat, maqnezium, natrium, kalium ionları ehtiva edən diş minasındakı duzların kristal quruluşu, dişi, göstərilən təzyiqə qarşı daha möhkəm edir. Bu gün elm adamları təbiətdən ilhamlanaraq hazırlanan materialların istehsal edilməsi üçün araşdırmalar edir. Edilən bu araşdırmalarda sümük və diş növü biokeramiklərin bədən istiliyində zülal kimi üzvi maddələrin birləşdirilməsiylə meydana gəldiyi və bunların keramikadan çox daha üstün xüsusiyyətlər göstərdiyi ortaya çıxmışdır.

Alt dişlər və üst dişlər arasındakı uyğunlaşma necə təmin edilir?

İnsan bədəninin ən sərt maddəsi olan minanın 97%-i kalsium duzlarından ibarətdir. Diş minası, altıbucaqlı apatit kristalları şəklində təşkil olunmuşdur. Minanın quruluşuna daxil olan kalsium duzları, təbii diş maketinə yavaş-yavaş çökərək yığılır və kristallaşır. Bu yığılma, ana bətnində başlayır.

Dişlər meydana gələrkən milyonlarla hüceyrə, əvvəlcə kalsiumu toplayıb ardınca yan-yana gələrək böyük bir blok əmələ gətirir. Bu blokun şəklini də yenə bloku inşa edən hüceyrələr təyin edər. Bu nöqtədə böyük bir yaradılış möcüzəsi reallaşar. Məsələn, alt damaqda olan hüceyrələr özlərindən uzaqda olan üst damaqdakı hüceyrələrin necə bir şəkil inşa etdiklərini çox yaxşı bilirlər. Hər iki hüceyrə qrupu da istehsal etdiyi nəhəng bloku, özünə qarşı gələcək blokla bir-birlərinə ən uyğun şəkildə istehsal edərlər. Beləcə, çənə sümüyü bağlandığı zaman üst damaqda olan bir azı dişi ilə alt damaqda olan bir azı dişi bir-birlərinə ən uyğun şəkildə otururlar. Hər hansı bir uyğunsuzluq olması insan üçün narahat edici vəziyyətlər meydana gətirər. Ancaq belə bir uyğunsuzluq –xəstəlik vəziyyətləri istisna olmaqla- və 32 kalsium blokundan ibarət olan kompleks quruluş, bir-birlərinə ən uyğun şəkildə inşa edilir. Aydındır ki, bədəndəki bütün hüceyrələrə olduğu kimi dişləri əmələ gətirən hüceyrələrə də sahib olduqları xüsusiyyətləri verən üstün güc sahibi Uca Allahdır.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s