Beyində yeni bir təmir sistemi tapıldı

Dyuk Universitetinin (Duke University)  tədqiqatçıları gənclərin beyinlərində kök hüceyrələrə yeni neyronlar istehsal etmələrini əmr edən sinir hüceyrəsi aşkar etdilər. Bu təcrübələr hələ başlanğıc mərhələsində olmasına baxmayaraq, beyinin daxildə özünü təmir etmə ehtimalını üzə çıxarır.
beyinSinir sistemi üzrə alimlər bir müddətdir ki, beyinin yeni neyron istehsalını istiqamətləndirən, təlimatlandıran xüsusiyyətinin olduğunu düşünürdülər. Lakin bu təlimatların haradan gəldiyini müəyyən etmək çox çətin idi.

Qvineya donuzları üzərində aparılan tədqiqatlarda alimlər yetkin insan beyninin ən xarici təbəqəsində SVZ adlı ektoderma mənşəli hissəsində dərhal müəyyənləşdirə bilmədikləri bir neyrona rast gəldilər. Bu neyronlar asetilkolin neyrontransmitteri istehsal etmək üçün lazımi kolin asetiltransferaz (ChAT) fermentlərini istehsal edir. Optogenetik vasitələrdən istifadə edərək lazer işığı ilə ChAT+neyronlarının yuxarı və aşağı istiqamətdəki keçid tezliklərinə  müşahidə həyata keçirildi. Beləliklə beyindəki kök hüceyrələrin artmasını aşkar edildi.
Yetkin ChAT+neyron hüceyrələr toplusu kök hüceyrələrlə açıq şəkildə əlaqə saxlayan, amma hələki necə olduğu açıqlanmayan sinir sisteminin bir hissəsini təşkil edir. Bunlar yeni sinir hüceyrələrinin istehsalını həyata keçirirlər. Tədqiqatçılar bu sistemin bütün hissələrini hələki bilmirlər, həmçinin istifadə edilən şifrəni də bilmirlər. Lakin ChAT+neyronlarına aid siqnalları yoxlayaraq bunların SVZ hissəsindəki yeni sinir hüceyrələrinin istehsalının nəzarətində lazımi və kifayət qədər olduğunu müəyyən etdilər.
Dyuk Universiteti Beyin Elmləri İnstitutundan dr. Kuo: “Yetkin insan beynində sinir hüceyrəsi istehsalının necə olduğunu müəyyən etmək üçün çalışırıq. Bu gizli yolun ortaya çıxması gözlənilməz və həyəcanlı bir hadisədir.”
Alimlərin apardığı hər tədqiqat ancaq Allah`ın izni ilə baş tutur. Rəbbimiz elmi qullarını daha rahat, daha sağlam olmaları üçün vəsilə edir. Allah bir ayəsində“Möcüzələrimiz onlara aşkar şəkildə göstərildikdə…” (Nəml surəsi, 13)şəklində buyurduğu kimi Allah`ın varlığını göstərən dəlillər açıq-aşkar bildirilir.
Bəhs etdiyimiz bu inkişaflar  gələcəkdə böyük ehtimalla iflic kimi sinir toxumasının itkisindən yaranan və dövrümüzdə hələ də mümkün olmayan xəstəliklərə də çarə tapmaq üçün yol açan fəaliyyətdir. Elmdəki bu irəliləyişlər Peyğəmbərimizin (səv) Mehdiyyət dövründə- axır zamanda insan ömürlərinin uzanmasına aid hədislərin də doğruluğuna işarə edir.
Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s