Buqələmunun dili reaktiv təyyarədən daha sürətlidir

bukalemunZoologiya dərs kitabları buqələmunun ballistik (yunanca atmaq deməkdir. Güllə və mərmiləri araşdıran bir elm sahəsidir.) dilinin sürətləndirici bir əzələ ilə gücləndirildiyini qeyd edir. Bu əzələ bürüdüyü-və sərt bir qığırdaqdan meydana gələn-dil sümüyü üzərində gərildikcə uzanar. Ancaq “Proceedings of the Royal Society of London (Series B)” jurnalına qəbul edilən bir çalışmada buqələmunun qidalanma davranışlarını araşdıran iki morfoloq (morfologiya mütəxəssisi), buqələmunun dilinin sürətli hərəkəti ilə əlaqədar daha başqa amillərin olduğunu tapdı.

Hollandiyalı iki tədqiqatçı; Leiden Universitetindən Jurriaan de Groot və Wageningen Universitetindən Johan van Leeuwen, buqələmun dilinin ovu tutma əsnasında necə işlədiyini anlaya bilmək üçün saniyədə 500 epizod qeyd edən sürətləndirilmiş x-şüası fotosu çəkdilər. Fotolar buqələmunun dilinin ucunun 50 g –də (g =qravitasiya sabitidir) sürətləndiyini ortaya çıxardı. Bu sürət bir reaktiv təyyarənin çata biləcəyi sürətlənmə həddindən beş qat daha çoxdur.

R0233

Dil toxumalarını təhlil edən tədqiqatçılar sürətləndirici əzələnin bütün bu işdə lazımlı qüvvəni tək başına əldə edə bilmək gücünə sahib olmadığını hesabladılar. Tədqiqatçılar buqələmun dillərini tədqiq etdilər və sürətləndirici əzələ ilə dil sümüyü arasında bu günə qədər barəsində heç bir məlumat olmayan ən az 10 sürüşkən örtük olduğunu kəşf etdilər. Dil sümüyünə, buqələmunun ağzına ən yaxın uc nöqtədə bağlanmış olan örtüklərin spiral kimi sarılmış zülal liflər ehtiva etdiyi aydın oldu. Bu liflər sürətləndirici əzələ sıxıldığında formasını dəyişdirir və gərilmiş bir rezin kəmər kimi enerji yığır. Bunlar, gərilmiş və uzanmış örtüklər dil sümüyünün yumru ucuna çatdıqda olduqları yerdən eyni zamanda sürüşür, qüvvə ilə gərilir və dili itələyirlər. Liflər dil sümüyündən sürüşən kimi örtüklər bir teleskopun lüləsinin hissələri kimi bir-birlərindən ayrılırlar və beləcə dil maksimum uzunluğuna çatır. Van Leeuwen, dilin “teleskopik bir sapand kimi” çalışdığını söyləyir.

Bu sapandın son dərəcə heyrətamiz bir xüsusiyyəti daha var. Dilin ucu ova vurma anında bir vakuum (içində heç atom ya da molekul olmayan boşluq) şəklini alır. Bu vaxt dil ağız içindəki normal vəziyyətindən 6 buqələmunun bədəni uzunluğunun 2 mislindən daha çox uzana bilir.

Buqələmunun dilində iç-içə keçmiş bu örtüklərin təkamüllə heç bir şəkildə izah oluna bilməyəcəyi ortadadır. Yaradılışı müdafiə edən elm adamı Dr. Brad Harrub bu mövzuyla əlaqədar məqaləsində təkamülçüləri böyük çətinliyə salan bu sualları soruşur:

1) Bu örtüklərin hər biri necə olub ki, doğru mövqeyə görə təkamül keçirib?

2) Dil bu uzunluğa necə çatıb?

3) Sürətləndirici əzələ necə ortaya çıxmışdır?

4) Örtüklər hərəkətlərini dili maksimum uzunluğa çatdıracaq şəkildə necə koordinasiya edə biliblər?

5) Örtüklər “bir teleskopun lüləsinin hissələri kimi bir-birlərindən ayrılma” qabiliyyətinə necə sahib olublar?

6) Buqələmun dilini atdıqdan sonra bütün bu hissələri yenidən yığmağı necə öyrənib bacara bilmişdir?

7) Əgər bu dil təkamül keçirərək qazanılıbsa digər heyvanlarda niyə bu üstünlük təkamülləşməmişdir və niyə başqa heyvanlar buna bənzər ovlanma metodlarına sahib olmamışdır?

8) Buqələmunun (və ya guya təkamül keçirmiş əcdadı) bütün bu kompleks sistemlər yavaş-yavaş guya təkamül keçirərkən necə həyatda qala bilmişdir?

bukalemundiliBir təkamülçünün bu suallara verəcəyi heç bir cavabı yoxdur. Buqələmunun dilinin üfüqi kəsimi sxematik olaraq göstərən soldakı şəkil bu mükəmməl sistemin xüsusi bir dizayna söykəndiyini ortaya qoyur. Fərqli xüsusiyyətdə əzələ qrupları; dilin atılması, sürətləndirilməsi, hədəfə dəydikdə şiv budaq şəklini alması və sürətlə təkrarən geri çəkilməsi vəzifələrini qüsursuz bir şəkildə yerinə yetirirlər. Bu əzələ qrupları bir-birlərinin hərəkətlərinə heç bir şəkildə maneə törətmir, ovun bir saniyədən az müddətdə vurulub ağız içinə çəkilməsində koordinasiyalı şəkildə işləyirlər. Bundan başqa, görmə sistemiylə beynin birlikdə işləməsi sayəsində ovun mövqeyi hesablanır, daha sonra beyindəki neyronlara siqnal göndərməklə ballistik dilin “atəş açma” əmri verilir.

Əlbəttə, buqələmunun belə kompleks bir dizaynı özü ağıl işlədib hazırlaya bilməz. Bu dizayn bizlərə, üstün güc və ağıl sahibi Yaradıcının varlığını göstərir. Heç şübhəsiz, buqələmunu yaradan, hər şeyi bilən, Əziz və Hakim olan Uca Allahdır. Allah bir Quran ayəsində belə bildirir:

Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik. (Nəhl surəsi, 66)

1. Menno Schilthuizen, “Slip of the Chameleon’s Tongue,” Science Now, 8 Mart 2004,http://sciencenow.sciencemag.org/cgi/content/full/2004/308/1
2. Brad Harrub, “The Chameleon’s Incredible (Tongue) Acceleration!”,http://www.apologeticspress.org/inthenews/2004/itn-04-08.htm

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s